Modern.az

Aprelin 15-də keçiriləcək imtahan iştirakçılarının NƏZƏRİNƏ!  

Aprelin 15-də keçiriləcək imtahan iştirakçılarının NƏZƏRİNƏ!   

Aktual

9 Aprel 2018, 11:52

Aprelin 15-də keçiriləcək imtahanlarda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.  

DİM tərəfindən aprelin 15-də :

– ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları;

– əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar;

– üzrlü səbəbdən mart ayında keçirilən buraxılış imtahanlarının birinci mərhələsində iştirak edə bilməyən cari ilin məzunları (IX sinif) üçün imtahanlar keçiriləcək.

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları //www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=9 linkindən, üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunları (IX sinif) və eksternat qaydasında imtahan verən məzunlar isə //www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

Çap üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləmək olar.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü