Arxiv
1 Dekabr 2009, 11:15 | REPORTAJ
Bakının “hava balonu”nu kimlər məhv edir?

Canlı aləmin mövcud olduğu yeganə planetdə-Yerdə 500 mindən çox bitki növü var ki, bunlardan 300 mini ali , qalan hissəsi isə mürəkkəb qurluşludur. Bitki aləminin həyatımızdakı əhəmiyyətindən saatlarla danışmaq olar. Yaşıl bitkilərin il ərzində 550 mlyard ton karbon qazını udaraq, 400 mlyard ton oksigen verməsi kifayət edir ki, yaşıllıqların həyatımızdakı rolu nədən ibarətdir. Bitki aləminin bu faydasından xəbərdar olsaq da, Bakının yaşıllıq zonasına daxil olan Mərkəzi Nəbatat Bağının məhvinə biganəyik. 1934-cü ildə salınmış nadir bitkilər və qiymətli ağaclardan ibarət bağ niyə məhv olur? Sualımıza Nəbatat Bağının baş aqronomu Asif Mehralıyevdən cavab istədik. Nəbatat Bağında olduğumuz müddətdə bizə bələdçilik edən A.Mehralıyevlə söhbətə bu “yaşıl ada”nın yaranma tarixindən başladıq. Nəbatət Bağının 1934-cü ildə salındığını deyən baş aqronom bir müddət öncə 75 illik yubleyi də qeyd etdiklərini diqqətə çatdırdı. Asif müəllim “Bakının hava balonu” adını qazanmış Nəbatat Bağının 45 hektar 17 sot əraziyə malik olduğunu qeyd etdi. Azərbaycanın “Qırmızı Kitab”ına düşən 160 növ bitkinin burada yetişdirilib qorunması Nəbatat Bağının özünəməxsus xüsusiyyətlərindəndir. Dünyada bitki aləminin 2500 növü bizim Nəbatat Bağında var. Söhbət əsnasında A.Mehralıyev Berlin şəhəri Nəbatət Bağının onlarda qonaq olan əməkdaşların təəsüratları barədə danışdı: “Berlin şəhəri Nəbatat bağının əməkdaşı bizim bağa qonaq gəlmişdi. Ondan soruşdum ki, Almaniyada bu cür bağın həndəvərində göydələn tikməyə icazə verərlərmi? Cavab verdi ki, rəsmi qurumlar bir yana, sadə alman camaatı belə bir şeyə yol verməz”. Asif Mehralıyev almanlarla söhbəti təsadüfən açmadı. Çünki bizim Mərkəzi Nəbatat Bağının bir neçə santimetrliyində çoxmərtəbəli binalar ucaldılıb. Elə bağdakı bitki aləminin məhvinə səbəb də bu binadır. Bağın hasarına bitişik inşa olunan 17 mərtəbəli dörd bina Nəbatat bağının təcrübə sahəsini gün işığından məhrum edib. Burada «Qırmızı Kitab»a düşən dəmirağac, azad, şümşad, mantar kimi nadir ağaclar var. Onlar məhv olur. Çünki gün işığı bitkinin canıdır.

Tikinti meydançasından taxta parçaları və başqa materiallar düz bağın içinə tökülüb. Mərkəzi Nəbatat Bağı rəhbərliyinin Nazirlər Kabineti, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Məclis və digər dövlət orqanlarına şikayət məktubları, müraciətləri hələ ki cavabsız qalır. Baş aqronom bildirdi ki, tikintisi davam etdirilən binadan inşaat materiallarının bağa tökülməsi, göydələnin kölgəsi artıq xeyli nadir bitkinin məhvinə səbəb olub. Həmin ərazinin suvarılması bağ işçiləri üçün də təhlükəlidir. “Burada 29 növ yemişan var, onların hamısı quruyub. Ağacları belləmək də olmur. Burda yanğın olsa, yanğınsöndürən hansı yolla gələcək? Əvvəllər yanğınsöndürənlər çöl yoluyla gəlirdi, indi o yolu da kəsiblər. Bundan başqa, təbii yağıntılar hasar altından xüsusi yollarla gəlirdi, indi o yolları da kəsiblər, ağaclar nə gün işığıyla, nə də təbii yağıntıyla qidalana bilir. Hələ bu harasıdır, bağın faciəvi günləri burda yaşayış olandan sonra başlayacaq»-deyə A.Mehralıyev bildirdi. Yeri gəlmişkən, Azərbaycanın da qoşulduğu beynəlxalq konvensiyalara əsasən, bu cür obyektlərin ən azı 100 metr həndəvərində tikinti aparmaq olmaz.

Nəbatət Bağı Ceyranbatan su qovşağından qidalanır. Asif Mehralıyev dedi ki, yay mövsümündə təxminən 2-3 min kubmetr su işlədirlər. Halbuki yayda bağa 10-20 min kubmetr su verilməlidir: “Qış və payız aylarında su normal verilsə də yayda bağı suvarmaq müşkül məsələyə çevrilir. Bu problemimizdən aidiyyatı qurumlar xəbərdar olsa da, onu həll etmək istəmirlər”. Nəbatat Bağında olarkən burada dəmirağac, Hirkan şümşadı, Şərq çinarı, eldar şamı, Lənkəran akasiyası və başqa növ nadir ağac və kollarla yanaşı, müxtəlif heyvanların da yaşadığını gördük: cürbəcür quşlar, çaqqal, tısbağa, ilan, kirpi, dovşan, balıqlar. Bağdan ayrılarkən diqqətimizi çəkən bir ağaca yaşınlaşdıq. Həmin ağac barədə baş aqronom Asif Mehralıyev belə məlumat verdi: “Bu sidrağacıdır. Yəni bizim məsəllərdə işlətdiyimiz qədir ağacı...” 

 

 

 

 

 

 

Xəzri XUDİYEV

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Qalatasaray"dan möhtəşəm addım: “Əbədi yaşa, Azərbaycan!” - FOTO 18 Oktyabr 2019, 15:51 “Əli Əsədov yaxın 6 ayda yeni komanda quracaq” - Deputatların GÖZLƏNTİLƏRİ 18 Oktyabr 2019, 15:43 Dövlət Komitəsinin sədri Ağcabədidə məcburi köçkünlərlə görüşdü 18 Oktyabr 2019, 15:40 Siyavuş Novruzov müstəqillik günü ilə bağlı çıxış etdi 18 Oktyabr 2019, 15:38 Parlament bu MƏSƏLƏLƏRİ müzakirəyə çıxaracaq 18 Oktyabr 2019, 15:21 Çavuşoğludan Müstəqillik Günü paylaşımı: “Can Azərbaycan” - FOTO 18 Oktyabr 2019, 15:19 UNEC-də Dövlət Müstəqilliyi Günü qeyd olunub 18 Oktyabr 2019, 15:19 Modul tipli məktəblərin sayı artırılır 18 Oktyabr 2019, 15:12 Deputat seçiciləri ilə müzakirələr aparıb 18 Oktyabr 2019, 14:50 Bakı Ali Neft Məktəbində SPE-nin regional sammiti keçirilib   18 Oktyabr 2019, 14:42 Prezident “Dövlətqaçqınkom”un sədrini qəbula ÇAĞIRDI 18 Oktyabr 2019, 14:41 “Maşın” şounun qalibi məlum oldu - FOTO 18 Oktyabr 2019, 14:37 Uşaqlarda piylənmə - Metobolik sindrom 18 Oktyabr 2019, 14:24 Tanınmışlar Müstəqillik Günü təbrikləri aldılarmı? - “Heç kəs təbrik etməyib” 18 Oktyabr 2019, 14:18 Milli qəhrəmanları təhqir edənlər necə cəzalandırılmalıdır?.. 18 Oktyabr 2019, 14:05 Tramp türklərlə kürdləri dalaşqan uşaqlara BƏNZƏTDİ 18 Oktyabr 2019, 14:03 Paşinyan Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı - Qarabağa görə 18 Oktyabr 2019, 13:52 Azərbaycanın davamlı iqtisadi inkişaf modeli qələbələrimizin rəhnidir - Eks-nazir 18 Oktyabr 2019, 13:49 Oqtay Şirəliyev  vəzifədən gedir?... - Nazirlikdən AÇIQLAMA 18 Oktyabr 2019, 13:30 ““Barış pınarı” dayanmayıb, biz atəşkəs deyil, fasilə vermişik” - Çavuşoğlu 18 Oktyabr 2019, 13:28 Anar Cəbrayıllı: “Ciddi nəzarət olmasa, uşaqlar düzgün yolda addımlamaqda çətinlik çəkər” - MÜSAHİBƏ 18 Oktyabr 2019, 13:20 Sabahın HAVASI: Yağış yağacaq, külək əsəcək 18 Oktyabr 2019, 13:15 Türkiyə Suriyada əməliyyatları bərpa edib? - Rusiya mətbuatından İDDİA 18 Oktyabr 2019, 13:13 Kəlbəcərli şair: “Əminliklə deyirəm ki, ermənilər torpaqlarımızı atıb qaçacaq” - MÜSAHİBƏ 18 Oktyabr 2019, 13:11 Prezident Administrasiyasının məsul işçisi icra başçısı ilə bu kəndə getdi - SƏBƏB 18 Oktyabr 2019, 13:10 Türkiyə terrorçuların yalanlarını ifşa etdi - FOTOLAR 18 Oktyabr 2019, 12:43 Səhiyyə Nazirliyindən küçəyə atılmış birgünlük uşaqla bağlı AÇIQLAMA 18 Oktyabr 2019, 12:37 “Barış Pınarı”na qarşı çıxan erməni deputata azərbaycanlı həmkarından CAVAB 18 Oktyabr 2019, 12:29 Əli Həsənov yeni müxalifətdən YAZDI 18 Oktyabr 2019, 12:28 “Bəlkə gələcəkdə 3-cü erməni dövləti yaratmaq istəyəcəklər?” 18 Oktyabr 2019, 12:17 Masallıda 30-dan çox uşaq günərzi xidmətlərlə təmin edilib 18 Oktyabr 2019, 12:17 Zahid Oruc: “Prezidentin hədəfli mesajları masa üzərindəki açıq və qapalı informasiyalara dayanır” 18 Oktyabr 2019, 12:02 Quzunun qoç ola bilməməkliyi 18 Oktyabr 2019, 11:46 Qərbi Azərbaycan İcması BƏYANAT verdi: “Prezidentin bu çağırışına qoşuluruq!” 18 Oktyabr 2019, 11:25 Milli Məclis gələn həftə toplanır 18 Oktyabr 2019, 11:14