Modern.az

Bu serialın qəhrəmanı dünyanın ən güclü insanı seçildi

Bu serialın qəhrəmanı dünyanın ən güclü insanı seçildi

Aktual

7 May 2018, 21:58

Məşhur “Taxt oyunları” serialında pəhləvan rolunu oynayan islandiyalı aktyor Haftor Yulius Byernson “dünyanın ən güclü insanı” titulunu əldə edib.

 

Modern.az  xəbər verir ki, Byernson artıq yeddinci dəfədir ki, “World's Strongest Man” yarışında iştirak edir.

 

Filippində keçirilən turnirdə ən çətin tapşırıqlarından biri xüsusi platformaya 163 kiloqram çəkidə beş yükü qaldırmaq olub. Aktyor 41 saniyə ərzində onlardan dördünü qaldırmağa nail olub.

 

Qeyd edək ki, islandiyalı pəhləvan “Taxt oyunları” serialı ilə yanaşı “Kikboksçu geri qayıdır” və “Zona 261” kimi bədii filmlərə çəkilib.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü