Arxiv
30 May 2018, 15:52 | MEDİA
Nəbatat Bağının elmi işçisi: “Düzgün seçki keçirilsə, İctimai Televiziyanın rəhbəri mən olacam”

İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar bu vəzifəyə seçilmək üçün elan olunmuş müsabiqəyə namizədlərdən sənəd qəbulu başa çatıb.

Bu gün məlum olub ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə 7 nəfər iddiaçı var:

 

1

Abbasov Rauf Müzəffər oğlu

Gəncə regional fövqəladə hallar və

mülki müdafiə şöbəsi, rəis müavini

2

Abbasov Səbuhi Mübariz oğlu

7news.az saytı, baş redaktor

3

Mehrəliyeva Şəfəq Akif qızı

ADA Universiteti, aparat rəhbəri

4

Mehtiyeva Rahilə İbrahim qızı

Elit informasiya agentliyi, MMC

baş direktor

5

Xəlilova Qərənfil Əli qızı

Hal-hazırda işsizdir

6

Qarayev Sadıq Qurban oğlu

AMEA Mərkəzi Nəbatat

Bağı, elmi işçi

7

Qasımov Balakişi Ələkbər oğlu

İctimai Televiziya və Radio Yayımları

Şirkəti,baş direktorun müavini



Qeyd edək ki, prosedura görə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər müəyyənləşdirildikdən sonra "İctimai Televiziya və Radio Yayımı haqqanda" Qanun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq seçkinin keçirilməsi üçün namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına təqdim edilir.


İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru kimi ciddi vəzifəyə bu tərkibdə iddiaçıların elan olunması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və müzakirələr açılıb, hətta istehza edənlər tapılıb. Bu müzakirələrdə namizədlər tənqid atəşinə də tutulub.


Məsələn, hazırda  AMEA Mərkəzi Nəbatat Bağında elmi işçi vəzifəsini tutan Sadıq  Qarayevin İTV rəhbərliyinə gəlmək istəyi nə ilə bağlıdır?

Modern.az saytı Sadıq Qarayevlə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında deyib ki, namizədliyini düşünülmüş şəkildə verib:

 “İctimai TV-yə baş direktor seçilmək üçün elana rast gələndə öncə bu işin öhdəsindən gəlib-gəlməyəcəyimi fikirləşdim. Son vaxtlar prezident İlham Əliyevin gənclərimizə böyük yer verməsi mənim üçün bir motivasiya oldu. Bunu bir alim, yazıçı kimi təqdir edirəm”.


AMEA-nın əməkdaşı heç vaxt öhdəsindən gələ bilməyəcəyi işin arxasınca getmədiyini deyir:

“Tutaq ki, 500 kq-lıq ştanq qoyublar. Mən ora getmərəm. Çünki fiziki cəhətdən ona gücüm çatmaz. Amma İctimai TV-yə rəhbərlik məsələsində fikirləşdim ki, bu işin öhdəsindən gələ bilərəm. Doğulduğum Şərur rayonunun Xanlıqlar kəndi, böyüdüm mühit, kimya-bioloji təmayüllü liseydə oxumağım mənə ruh verdi.  Çünki adını çəkdiyim yerlərdə cəmiyyətin müxtəlif təbəqələrinin yaşam tərzini görmüşəm. Hərbi çavuş olmuşam. Seçki məntəqələrində iştirak etmişəm. Üstəlik, İctimai Televiziya adından da göründüyü kimi ictimaidir, cəmiyyətin müxtəlif təbəqələrini əhatə edir. Rəhbər işçi gərək bunları bacarsın. Kənd təsərrüfatından, ədəbiyyatdan bir veriliş hazırlananda, gərək onu redaktə etmək düşüncəsinə malik olasan. Ona görə də namizədliyimi verdim”.

Sadıq Qarayev seçilmə şansının böyük olduğunu da söyləyib.

“Fikirləşirəm ki, dəqiq araşdırma, doğru anlaşma olsa, o namizədlərin içindən mən seçilə bilərəm”.

AMEA-nın elmi işçisi baş direktor seçiləcəyi təqdirdə görəcəyi işlərdən də danışıb.

“Əgər baş direktor seçilsəm, çalışacam ki, verilişlərimizə, televiziyamıza elmi yanaşma gətirim. Əsas məqsəd intellektual səviyyəli, milli dövlətçilik, dünyagörüşünü mənimsəmiş, təmiz mənəviyyatlılıq, azərbaycançılıq məfkurəsini özünə əqidə seçmiş vətəndaşlar çoxluğu yaratmaqdır. Dövlətimizin də, xalqımızın da gücü budur. Neft kapitalı sərvət deyil, vasitədir. Çox istəyərəm ki, elə televiziya yaradaq ki, digər televiziyalar üçün də nümunə olsun və insanlarımızın elmi və dünya zövqü korlanıb getməsin. Yoxsa çox şey itirə bilərik”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda evdən 130 min dollar, 10 min avro və 40 min manatlıq qızıl oğurlanıb 23 May 2019, 11:40 Türkiyə ABŞ-dan ultimatum aldıqlarını təkzib edir 23 May 2019, 11:34 Lənkəran limanını Rusiyaya icarəyə verməyi təklif edən deputat DANIŞDI 23 May 2019, 11:33 Azərbaycan qadın zorakılığı ilə bağlı Avropa Konvensiyasına qoşulacaq 23 May 2019, 11:26 Ağcabədidən Bakıya daşınan leş əti tutuldu 23 May 2019, 11:24 Azərbaycanda kişilərin 32.5 faizi qadınlara zorakılıq edir – BMT rəsmisi 23 May 2019, 11:17 600-dək əlil özünüməşğulluq proqramına cəlb olunub 23 May 2019, 11:11 Komitə sədri qadın zorakılığı ilə bağlı məsələ qaldırdı 23 May 2019, 11:07 Hesablama Palatası 6 milyon manatdan çox büdcə vəsaitini bərpa edib 23 May 2019, 11:01 Qəzaya düşən tələbələrlə bağlı rəsmi məlumat: 2 nəfər ölüb, 2-si ağır vəziyyətdədir 23 May 2019, 10:58 İlham Əliyev Çinin Xarici İşlər nazirini qəbul edib 23 May 2019, 10:57 “Qadın zorakılığı iqtisadiyyata 1,5 trilyon dollar zərər vurur” - Komitə sədri 23 May 2019, 10:32 Masallı sakini Balakəndə marixuana qurutmaq istəyərkən saxlanıldı 23 May 2019, 10:25 Həmid Müfidzadə - Sumqayıt Elektrik şəbəkəsinin yaradıcısı 23 May 2019, 10:08 20 cinayətin üstü “isti izlər”lə açıldı 23 May 2019, 09:54 Ermənilər kəndlərimizi atəşə tutdu 23 May 2019, 09:40 Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı 23 May 2019, 09:39 Deputat, yazıçı, şair, siyasətçi, müğənni, jurnalistin ən çox qorxduğu HADİSƏLƏR 23 May 2019, 09:33 Nazir: “Dünya muzeylərindəki eksponatlarımızı Azərbaycana gətirib nə qazanacağıq?!” - EKSKLÜZİV 23 May 2019, 09:27 Magistratura imtahanlarının II mərhələsinə 8 mindən çox bakalavr buraxılacaq 23 May 2019, 09:14 Subbakalavrlar ali məktəblərə müsabiqə yolu ilə qəbul ediləcək 23 May 2019, 09:12 Neftçalada ağır qəza – 4 ölü, 2 yaralı 23 May 2019, 09:09 Bizimkilər - Lalə Azərtaş: “Yola çıxanda şərti şumda kəsirəm ki, xırmanda yabalaşmayım” - MÜSAHİBƏ 23 May 2019, 08:53 Məşqçisinin qızı ilə evlənmiş əfsanəvi Peter Şmeyxel 23 May 2019, 08:24 Ramazan ayının 18-ci gününün DUASI 23 May 2019, 08:00 Manat və dolların bugünkü MƏZƏNNƏSİ 23 May 2019, 07:59 Leyla Əliyeva dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisində - FOTO 23 May 2019, 01:00 ABŞ-la Venesuela müharibə vəziyyətində 23 May 2019, 00:57 Leyla Əliyeva I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresində - FOTOLAR 23 May 2019, 00:46 Saakaşvili Ukrayna vətəndaşı olmaq üçün Zelenskiyə müraciət etdi 23 May 2019, 00:32 Türkiyədə özəl xəstəxana yandı 23 May 2019, 00:12 Azərbaycan nefti ucuzlaşdı 22 May 2019, 23:59 Əməkdar artist vəfat etdi 22 May 2019, 23:47 Avroviziya-2019-un nəticələri dəyişdi 22 May 2019, 23:35 Rəsmi Bakı Gürcüstanla sərhəd məsələsin müzakirə edir 22 May 2019, 23:19