Arxiv
4 Dekabr 2009, 17:00 | REPORTAJ
“İtim qalib gələndə xeyli cavanlaşıram”

İT BOĞUŞDURMANIN TARİXİ VƏ MƏŞHUR İTBAZLAR

Bu günlərdə Bakının Qala kəndində qeyri-adi bir yarışma-it boğuşdurması keçirilib. Həmin yarışda bütün itlərə qalib gələn “Baron” adlı itə təşkilatçılar tərəfindən medal da verilib. Modern.az-ın əməkdaşı Azərbaycanın bir sıra bölgələrinə, xüsusuilə dı Bakı kəndlərinə xas olan bu cür qeyri-adi yarışmalar barədə araşdırma aparıb. Respublikamızın bəzi regionlarında ev heyvanı və quşları arasında döyüşlərin təşkili ta dövri-qədimdən ənənə halını alıb. Belə yarışların (xüsusilə it boğuşdurması və xoruz döyüşü) indi də keçirildiyi barədə çoxları bəlkə də az məlumatlıdır. Bilməyənlərə agah olsun ki, bəzi bölgələrdə, məsələn, Naxçıvanda və Bakı kəndlərində it boğuşdurmaq, xoruz döyüşdürmək kimi keçmişdə ənənə halını almış yarışlar bu gün də tez-tez təşkil olunur. Deyilənə görə, son illər Abşeronun Maştağa, Binə, Saray, Novxanı, Şüvəlan, Qala kəndlərində belə döyüşlərinin keçirilməsi az qala dəbə düşüb. Amma hüquq-mühafizə orqanlarının yarışlara müdaxilə edə biləcəyi yarış təşkilatçılarını döyüşlərin keçirilmə tarixi və yerini gizli saxlamağa məcbur edir.

 

Heyvan döyüşünün tarixi

 

Dünyada heyvan döyüşdürmək ənənəsinin qədim tarixi var. Bəzi mənbələrdə bu tarixin bizim eranın əvvəllərindən başladığı söylənilir. Məsələn, vaxtilə İspaniyada varlı sülalələrin sevimli əyləncəsi olan öküz döyüşü (korrida) bu gün həmin ölkədə ən populyar yarışa çevrilib. İndi korrida İspaniyada hətta ən vacib hadisələrin qeyd edildiyi meydanlarda keçirilir. Əgər vaxtilə öküz döyüşlərinin həvəskarı təkcə ispanlar idisə, artıq bütün dünyada belə yarışlar maraqla izlənilir. Xarici internet saytlardan əldə etdiyim bilgilər Türkiyə və Əfqanıstanda da it boğuşdurma yarışlarının tez-tez keçirildiyini deməyə əsas verir.

 

Elə ölkələr də var ki, orada heyvanlarla sərt davranışa qadağa qoyan qanunlar qəbul edilib, belə yerlərdə həmin yarışların keçirilməsinə icazə verilmir. Məsələn, qonşu Rusiyanı həmin ölkələr sırasına aid etmək olar.

Azərbaycanda isə heyvanlarla sərt davranışa qadağa qoyan qanun nə keçmişdə olub, nə də indi var. Yeri gəlmişkən, Bakı kəndlərində it döyüşlərinin keçirilməsinə dair faktlar «Mola Nəsrəddin» jurnalının 3 fevral 1907-ci il tarixli sayında dərc olunub. Jurnalın 5-ci sayında hətta bu döyüşü özündə əks etdirək şəkil də dərc olunub.

İt boğuşdurmaq qanunsuz sayılmasa da, həmin yarışın Bakı kəndlərindəki təşkilatçılarının döyüşləri hər dəfə ayrı-ayrı yerlərdə keçirdiyi bildirilir. Bu məlumatı mənə Təzə bazarın yaxınlığındakı ev heyvanları və quşlarının satıldığı bazarda verdilər. Bu bazardan hazırladığımız reportajı sabah oxucularımıza təqdim edəcəyik. Hələlik isə it döyüşləri barədə danışaq.

 

 

700 manatlıq “ovçarka”

Bir həftəlik axtarışlardan sonra nəhayət Bakı kəndlərində it boğuşdurmaqda məşhur olan Talıb Əhmədovla görüşə bildim. Həm də elə heyvan bazarında. O, bazara «Qafqaz ovçarkası» cinsindən olan “Alpaç” adlı itini satmağa gətirmişdi. Vahiməli baxışlarlarını ona yaxınlaşan müştərilərdən çəkməyən «Alpaç» adlı bu itə sahibi düz 700 manat qiymət qoymuşdu.

Uzun illərdir bəslədyi iti satmağa gətirən bu şəxs sən demə ehtiyac üzündən onunla vidalaşmaq məcburiyyətində qalıb. 

İt döyüşünün qaydaları

Uzun çək-çevirdən sonra «Qafqaz ovçarka»sının sahibini söhbətə razı salıb, ondan Bakı kəndlərində keçirilən it döyüşləri barədə bəzi faktlar öyrəndim. Amma nə illah elədimsə, kişi şəklinin çəkilməsinə razılıq vermədi. Dedi ki, onun deyil, itinin şəklini çəkim. Çünki onu məşhurlaşdıran itidir. 15 il əvvəl it döyüşlərinin ən qızğın həvəskarı olan Talıb Əhmədov son vaxtlar belə yarışlara getmir. Əvəllər saxladığı «Pələng» atlı iti isə bir neçə yarışda qalib gəlib. Talıb kişinin sözlərinə görə, Bakı kəndlərində keçirilən it döyüşlərinin ən tanınmış hakimi və ölkənin ən təcrübəli itbazlarından biri də maştağalı Fərhad Sultanov olub. «Onun indi yaşayıb-yaşamadığı barədə məlumatım yoxdur. Fərhadın «Bozdar» adlı bir iti vardı ki, dəfələrlə çətin sınaqlardan üzüağ çıxmışdı»-deyən Talıb kişi heyvan döyüşlərinin özünəməxsus xüsusiyyətləri barədə bunları bildirdi:

«İt döyüşləri bir qayda olaraq 12-15 dəqiqə sürür. Döyüşdə itin məğlub olması bir neçə şərtlə müəyyən edilir: it dişlərini göstərir, qışqırır və ya rəqibinin qabağından qaçır». T.Əhmədovun sözlərinə görə, hətta bir çoxları öz itinin qalib gəlməsi üçün heyvanın köpək dişlərini itiləyir ki, rəqibi onun qarşısında tab gətirməsin. «Əvvəllər it boğuşduranlar bu cür yarışların həvəskarları olduğundan sadəcə bir-birləri ilə «centlmen sazişi» bağlayırdılar. Bu «saziş»ə görə, məğlub itin sahibi qalib itin sahibinə qonaqlıq verirdi. Amma bəzi hallarda belə yarışlara tamaşaçılar və it sahibləri tərəfindən pul «stavka»ları da qoyulurdu. İndi keçirilən döyüşlərdə mərc qonaqlıqdan ibarət olmur. Bu yarışlara böyük pul “stavka”ları qoyulur.  Döyüş zamanı it sahibləri boğuşan heyvanların həndəvərində gəzişərək qışqırmaqla onları «ruhdan duşməməyə» çağırırlar. Belə hallarda bəzən hirslənmiş rəqib it ətrafda gəzişən «düşmən»i dişləyə də bilər. Bunsuz it döyüşünün nə ləzzəti?».

T.Əhmədovun sözlərinə görə, onun vaxtilə yarışlarda iştirak edən “Pələng” adlı məşhur iti bir neçə il öncə zəhərlənər ölüb: “O itə elə vurğun idim ki, öləndən sonra bir müddət xiffət elədim. İtim yarışlarda qalib gələndə, mən də xeyli cavanlaşırdım”. Qafqazın ən döyüşkən itləri 

T.Əhmədov dedi ki, Qafqazın ən döyüşkən itləri Dağıstanın Buynaksk qəsəbəsində yetişdirilir. «Bakı kəndlərindəki bəzi döyüş həvəskarlarının Dağıstanda yaşayan tanınmış itbazlarla əlaqələri var. Onlar oradan döyüşkə itlər alıb gətirirlər. Həm də çox baha qiymətə. Elə satmağa gətirdiyim «ovçarka»nın ata-anası da ordan gəlmədir». Müsahibimin sözlərindən belə məlum oldu ki, o, itini saxlaya bilmədiyi üçün satmağa gətirib: «Əvvəllər həvəsim vardı, həm də onun yemini çatdıra bilirdim. İndi buna imkanım yoxdur, həm də belə işlərdən uzaq durmaq istəyirəm. Bir neçə dəfə böyük pullar uduzmuşam. «Alpaç» cavan heyvandı, onu alan istəsə döyüşə də çıxara bilər. Öyrədilmiş it olduğundan yeni sahibinə təhlükə yaratmaz».

 

Bahalı döyüşlər

 

İt boğuşdurmağın həvəskarı olan müsahibim döyüşlərdən birinə təklif edilən ən bahalı «stavka» ilə bağlı maraqlı fakt da açıqladı. «Eşitdiyimə görə, bir dəfə Gəncədəki məşhur itbazlardan biri maştağalı Fərhad Sultanova it döyüşü üçün bahalı təklif göndərib. Gəncəli itbaz öz itinin Fərhadın «Bozdar»ı ilə döyüşməsi üçün 5 min dollar «stavka» təklif edib. Amma bu qədər pulu olmayan Fərhad Sultanov təkliflə razılaşmayıb. Gəncəli itbazın həmin iti ilin yaz və yay fəsillərində Azərbaycanda, payız və qışda isə Rusiyada saxlanılırmış, yediyi də ancaq kabab qırıntılrı, sümük şorbası və qayğanaq imiş».

Müsahibmizin sözlərinə görə, əvvəllər əksər it döyüşləri Maştağa ilə Məhəmmədi kəndinin yaxınlığında, Yanardağ deyilən yerdə keçirilirdi. Məhərrəmlik və Orucluq aylarını çıxmaq şərtilə ilin bütün aylarında belə döyüşlər təşkil olunurdu. “İndi belə döyüşlər daha çox Qala kəndində təşkil olunur. Bəzən həmin döyüşlərə tamaşa etmək üçün bahalı xarici avtomobillərdə imkanlı şəxslər də gəlirlər. Bax həmin döyüşlərin «stavka»ları çox yüksək olur». Müsahibimiz dedi ki, Bakı kəndlərində keçirilən it döyüşlərində qonşu Gürcüstan və Dağıstandan olan itbazların itləri də iştirak edirlər. Talıb kişi söyləyir ki, it döyüşlərinə hətta hüquq-mühafizə orqanlarının əməkdaşları da tamaşa edirlər: «Onların tamaşaçılar arasında olması döyüşün sakit tərzdə keçməsini təmin edir. Yəni polisləri görən it sahibləri uzun-uzadı mübahisə etmir, dava-dalaş salmırlar”.

İtin dəyəri insandan bahadır?

Söhbət əsnasında müsahibimin diqqətinə çatdırdım ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Heyvanları Mühafizə Cəmiyyəti hesab edir ki, digər heyvan döyüşləri kimi, it boğuşdurmaq da zorakılıq əlaməti olduğundan, onun keçirilməsi yolverilməzdir. Amma Talıb Əhmədov it döyüşlərində zorakılığın və cəhalətin əlamətlərini axtaranlarla razılaşmadı: «Ona qalsa, insanlar arasında da qaydasız döyüşlər keçirilir. Bu döyüşlərdə ciddi xəsarət alan, hətta ölənlər də olur. Yəni itin dəyəri insandan bu qədər bahadır?».

700 manatlıq it 550-yə satıldı

Sonda onu da qeyd edim ki, Talıb kişi ilə söhbətimizi tez-tez yarıda kəsməli olurdum. Buna səbəb «Qafqaz ovçarkası»nın qiymətilə maraqlanan müştərilər idi. İti almaq istəyənlər onun qiymətini aşağı salmağa çalışsalar da, sahibi tərslik edirdi. Söhbətimizi yekunlaşdırandan sonra mən bazarı gəzməyə getdim, Talıb kişi isə müştəri gözləməyində qaldı. İyirmi dəqiqədən sonra geri qayıdanda bazarın ən bahalı heyvanı artıq satılmışdı. Onun yeni sahibi bayaqkı qiymətdən bir qədər az-550 manat saymalı olmuşdu. Heyf, alqı-satqı prosesini müşahidə edə bilmədim, yoxsa bir itə 550 manat sayan itbazı da tanıyacaqdım…

 

550 manata satılan "Qafqaz ovçarkası"

 

Azərbaycanda it döyüşü

 

Türkiyədə it boğuşdurması

 

Əfqanıstanda təşkil olunan anoloji yarış

 

Qanlı döyüş

 

Tacikistan itbazlarının təşkil etdiyi döyüş

 

Ərəbistanda it yarışı

Adəm QORXMAZ

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mətbuat Şurası Prezidentin iradları ilə bağlı iclas çağırdı - FOTOLAR 18 Oktyabr 2019, 15:55 Türkiyəyə qarşı vuruşan erməni ata və qızı – FOTO 18 Oktyabr 2019, 15:54 "Qalatasaray"dan möhtəşəm addım: “Əbədi yaşa, Azərbaycan!” - FOTO 18 Oktyabr 2019, 15:51 “Əli Əsədov yaxın 6 ayda yeni komanda quracaq” - Deputatların GÖZLƏNTİLƏRİ 18 Oktyabr 2019, 15:43 Dövlət Komitəsinin sədri Ağcabədidə məcburi köçkünlərlə görüşdü 18 Oktyabr 2019, 15:40 Siyavuş Novruzov müstəqillik günü ilə bağlı çıxış etdi 18 Oktyabr 2019, 15:38 Parlament bu MƏSƏLƏLƏRİ müzakirəyə çıxaracaq 18 Oktyabr 2019, 15:21 Çavuşoğludan Müstəqillik Günü paylaşımı: “Can Azərbaycan” - FOTO 18 Oktyabr 2019, 15:19 UNEC-də Dövlət Müstəqilliyi Günü qeyd olunub 18 Oktyabr 2019, 15:19 Modul tipli məktəblərin sayı artırılır 18 Oktyabr 2019, 15:12 Deputat seçiciləri ilə müzakirələr aparıb 18 Oktyabr 2019, 14:50 Bakı Ali Neft Məktəbində SPE-nin regional sammiti keçirilib   18 Oktyabr 2019, 14:42 Prezident “Dövlətqaçqınkom”un sədrini qəbula ÇAĞIRDI 18 Oktyabr 2019, 14:41 “Maşın” şounun qalibi məlum oldu - FOTO 18 Oktyabr 2019, 14:37 Uşaqlarda piylənmə - Metobolik sindrom 18 Oktyabr 2019, 14:24 Tanınmışlar Müstəqillik Günü təbrikləri aldılarmı? - “Heç kəs təbrik etməyib” 18 Oktyabr 2019, 14:18 Milli qəhrəmanları təhqir edənlər necə cəzalandırılmalıdır?.. 18 Oktyabr 2019, 14:05 Tramp türklərlə kürdləri dalaşqan uşaqlara BƏNZƏTDİ 18 Oktyabr 2019, 14:03 Paşinyan Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı - Qarabağa görə 18 Oktyabr 2019, 13:52 Azərbaycanın davamlı iqtisadi inkişaf modeli qələbələrimizin rəhnidir - Eks-nazir 18 Oktyabr 2019, 13:49 Oqtay Şirəliyev  vəzifədən gedir?... - Nazirlikdən AÇIQLAMA 18 Oktyabr 2019, 13:30 ““Barış pınarı” dayanmayıb, biz atəşkəs deyil, fasilə vermişik” - Çavuşoğlu 18 Oktyabr 2019, 13:28 Anar Cəbrayıllı: “Ciddi nəzarət olmasa, uşaqlar düzgün yolda addımlamaqda çətinlik çəkər” - MÜSAHİBƏ 18 Oktyabr 2019, 13:20 Sabahın HAVASI: Yağış yağacaq, külək əsəcək 18 Oktyabr 2019, 13:15 Türkiyə Suriyada əməliyyatları bərpa edib? - Rusiya mətbuatından İDDİA 18 Oktyabr 2019, 13:13 Kəlbəcərli şair: “Əminliklə deyirəm ki, ermənilər torpaqlarımızı atıb qaçacaq” - MÜSAHİBƏ 18 Oktyabr 2019, 13:11 Prezident Administrasiyasının məsul işçisi icra başçısı ilə bu kəndə getdi - SƏBƏB 18 Oktyabr 2019, 13:10 Türkiyə terrorçuların yalanlarını ifşa etdi - FOTOLAR 18 Oktyabr 2019, 12:43 Səhiyyə Nazirliyindən küçəyə atılmış birgünlük uşaqla bağlı AÇIQLAMA 18 Oktyabr 2019, 12:37 “Barış Pınarı”na qarşı çıxan erməni deputata azərbaycanlı həmkarından CAVAB 18 Oktyabr 2019, 12:29 Əli Həsənov yeni müxalifətdən YAZDI 18 Oktyabr 2019, 12:28 “Bəlkə gələcəkdə 3-cü erməni dövləti yaratmaq istəyəcəklər?” 18 Oktyabr 2019, 12:17 Masallıda 30-dan çox uşaq günərzi xidmətlərlə təmin edilib 18 Oktyabr 2019, 12:17 Zahid Oruc: “Prezidentin hədəfli mesajları masa üzərindəki açıq və qapalı informasiyalara dayanır” 18 Oktyabr 2019, 12:02 Quzunun qoç ola bilməməkliyi 18 Oktyabr 2019, 11:46