Modern.az

Türkiyəyə 15 milyardlıq yardım ərəb ölkələrini özündən çıxardı

Türkiyəyə 15 milyardlıq yardım ərəb ölkələrini özündən çıxardı

Aktual

16 Avqust 2018, 22:01

Qətərin Türkiyəyə 15 milyard dollar sərmayə yatıracağını açıqlamasına Körfəz ölkələri tərəfindən fərqli mövqelər irəli sürülüb. Modern.az Axar.az-a istinadən xəbər verir ki, Misir, Səudiyyə Ərəbistanı və BƏƏ-nin mediası Qətərin qərarını kəskin tənqid edib. Ərəb mediası Saninin Qətər xalqının 15 milyard dollarlıq vəsaitini Türkiyəni qane etməyə sərf edəcəyini bildirib.

 

Qətər mediası isə məsələyə fərqli yanaşaraq, hökumətin sözdə deyil, əməldə dəstək olduğunu söyləyib.

 

Qeyd edək ki, ötən gün Qətər əmiri Şeyx Tamim bin Həməd əs-Sani Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşündə bu ölkəyə birbaşa 15 milyard dollarlıq vəsait yatıracaqlarını bəyan edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü