Arxiv
17 Sentyabr 2018, 21:08 | ÖLKƏ
“Paşinyanın addımları bölgəni yenidən iri miqyaslı hərbi əməliyyatlara sürükləyir”-  Azay Quliyev

"Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin Azərbaycanın xüsusi təyinatlı və yüksək döyüş qabiliyyətli hərbi birləşməsində xidmətə başlaması ölkə ictimaiyyəti tərəfindən ruh yüksəkliyi və rəğbətlə qarşılanıb. Ali Baş Komandanın oğlunu hərbi xidmətə göndərməsi və sıravi əsgər atası kimi andiçmə mərasimində iştirakı Azərbaycan ordusunun döyüş ruhunu daha da artırıb, onun hər bir Azərbaycan əsgərinə övladı kimi yanaşdığını və dəyər verdiyini bir daha sübut edib. Hamımız yaxşı bilirik ki, Ali Baş Komandan döyüş əmri verəcəyi təqdirdə Aprel döyüşlərində olduğu kimi məhz bu hərbi birləşmənin əsgərləri öndə gedəcək". Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev tvitterdə Nikol Paşinyanın son bəyanatına münasibət bildirərkən yazıb.

 

Azay Quliyev qeyd edib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanla bağlı dövlət rəsmisinə yaraşmayan, qeyri-ciddi və küçə ritorikasından kənara çıxmayan son bəyanatı onun təxribatçı mahiyyətindən, diletantlığından və Azərbaycan əsgərinin xofundan qaynaqlanır: "Oğlu haqqında yaydığı “hərbi xidmət” haqqında ucuz təbliğat xarakterli məlumatlara isə öz ölkəsinin mətbuatı belə rişxənd və kinayə ilə yanaşır.

 

Paşinyan bu cür davranışı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olmadığını, reallıq hissini itirdiyini, belə mürəkkəb məsələlərdə nə qədər məsuliyyətsiz və səbatsız olduğunu nümayiş etdirmiş oldu. Paşinyan anlamalıdır ki, bu addımları ilə onsuz da dalana dirənmiş sülh danışıqlarına olan son ümidləri də öldürür və bölgəni yenidən iri miqyaslı hərbi əməliyyatlara sürükləyir.

 

Münaqişənin sülh yolu ilə həlli missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Paşinyanın danışıqlar prosesini açıq şəkildə pozan bəyanatlarına təcili münasibət bildirərək onu bu cür addımlardan çəkindirməli və məsuliyyətini xatırlatmalıdır".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qaradağda ağır qəza - 3 nəfər ölüb 17 İyun 2019, 18:32 Qarabağda partizan müharibəsi?.. - Keçmiş döyüşçü başqa variant təklif etdi 17 İyun 2019, 17:55 “Elçibəy mənə baş nazir vəzifəsini təklif etdi” - Etibar Məmmədov 17 İyun 2019, 17:28 Rektordan iş axtaran gənclərə məsləhət: “Mütləq “adamın” olması vacib deyil” 17 İyun 2019, 17:23 Sumqayıtda aptekdən oğurluq edən şəxs “iş başında” yaxalandı 17 İyun 2019, 17:18 Gürcüstan Prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirildi 17 İyun 2019, 17:02 Xırdalanda hündürlükdən yıxılan 32 yaşlı kişi ölüb 17 İyun 2019, 16:46 Ağdamda 120 kiloqram yararsız ət aşkarlanıb - FOTO 17 İyun 2019, 16:32 Ermənilər Ağdama 10 min nəfərlik qoşun topladılar - VİDEO 17 İyun 2019, 16:16 CAR-da avtobus qəza törətdi - 24 ölü 17 İyun 2019, 16:03 Azərbaycan neftinin bir bareli 64,21 dollara satılır 17 İyun 2019, 15:48 Abşeronda “Mercedes” betona çırpılıb - Sürücü ölüb 17 İyun 2019, 15:37 Böyüdü, atasının və əmisinin qisasını “Kalaşnikov”la aldı... 17 İyun 2019, 15:20 İlkin Xəlilov: “ATV-də işimə davam edirəm, bu, 3 aymı çəkəcək, 6 aymı, bilmirəm...” 17 İyun 2019, 15:19 NATO-nun şərq cinahındakı ABŞ qoşunları Polşadan idarə olunacaq 17 İyun 2019, 15:08 Azərbaycanda QAN DAVALARI - Fəxrəddinin müsibəti sonuncu deyilmiş… 17 İyun 2019, 15:07 Nigeriyada terror aktları 17 can aldı 17 İyun 2019, 14:40 Məktəblilərimiz beynəlxalq olimpiadalarda 23 medal qazanıblar 17 İyun 2019, 14:35 ABŞ Bakıda BMT-nin Ümumdünya Turizm Təşkilatına qayıtdı - FOTOLAR 17 İyun 2019, 14:23 Azərbaycan qazı Avropaya çatdırıldı 17 İyun 2019, 14:17 Türkiyədə 45 PKK-çı saxlanıldı 17 İyun 2019, 14:13 Gürcüstan prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirildi 17 İyun 2019, 14:07 Apple şirkətindən gecə rejimi ilə bağlı YENİLİK 17 İyun 2019, 13:47 Tanınmış mühəndis vəfat etdi 17 İyun 2019, 13:44 ATV-dən telejurnalist İlkin Xəlilovla bağlı AÇIQLAMA 17 İyun 2019, 13:20 Tələbə qəbulunun keyfiyyət göstəriciləri daha da yüksəlib - Təhsil Nazirliyi 17 İyun 2019, 13:10 Azərbaycanlıların bəlası - “Çörəyi çox yemək xəstəliklərə YOL AÇIR!” - Mütəxəssis MƏSLƏHƏTİ: “İmtina edin!” 17 İyun 2019, 12:58 Eldar Sabiroğlu oğlundan imtina etdi: Məzarım üstə gəlməni istəmirəm! 17 İyun 2019, 12:56 Azərbaycan kommunistləri Venesuela səfiri ilə ABŞ-ın müdaxiləsini müzakirə etdilər 17 İyun 2019, 12:50 Sumqayıtda aptekdən oğurluq edən şəxs hadisə yerində yaxalandı 17 İyun 2019, 12:43 Azərbaycan bu il xaricə 3 milyon 689 min dollarlıq çay SATIB 17 İyun 2019, 12:22 Ağstafada 7 nəfər güllələndi - 4-ü öldü  17 İyun 2019, 12:05 Sabahın HAVASI: Küləkli olacaq, yağış yağacaq 17 İyun 2019, 11:43 Azercell-dən möhtəşəm rəqəmsal şou! 17 İyun 2019, 11:31 Alın yazısı 17 İyun 2019, 11:30