Arxiv
21 Sentyabr 2018, 16:50 | AKTUAL
“Yolu çəkən də bizik, yola xidmət göstərən də” - MÜSAHİBƏ  

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli təmsil etdiyi qurumun son vaxtlar həyata keçirdiyi işlər, həmçinin qarşıdan gələn payız-qış mövsümü ilə bağlı yarana biləcək problemlərlə bağlı Modern.az-ın suallarını cavablandırıb. Onunla müsabəni təqdim edirik:

 

- Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən respublikanın müxtəlif yerlərindəki küçə və prospektlərdə təmir-tikinti işləri aparılır, hətta ucqar kəndlərə yollar çəkilir. Azərbaycanda yolların keyfiyyəti və istismar müddətilə bağlı isə birmənalı olaraq həmişə narazılıqlar var. Ekspertlər yolların dünya standartlarına uyğun çəkilmədiyi qənaətindədir. Təbii ki, Agentlik olaraq, bu iddialarla razılaşmayacaqsınız. O zaman soruşmaq istərdik təmir etdiyiniz, yaxud yeni saldığınız yolların əvvəlki illərdə çəkilən yollardan fərqi nədir?

 

- Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə Azərbaycanda sürətli və davamlı sosial-iqtisadi inkişafa nail olunub. Bu inkişafın əsas elementlərindən biri də yol infrastrukturunun müasir səviyyədə yenidən qurulmasıdır ki, bu istiqamətdə də ölkəmizdə tarixi layihələr icra olunub. Hazırda beynəlxalq əhəmiyyətli yolların inşası ilə yanaşı, yeni kənd yollarının çəkilməsi, mövcud yolların yenidən qurularaq müasir səviyyəyə çatdırılması istiqamətində də çox mühüm layihələr icra olunub və olunmaqda davam edir. Əvvəllər xüsusən kəndlərarası avtomobil yolları yerli İcra hakimiyyətlərinin sifarişi ilə özəl şirkətlər tərəfindən çəkilirdi. Həmin şirkətlər isə bəzən keyfiyyətə o qədər də fikir vermədən bu işi görürdülər. Çünki çəkdikləri yola sonradan xidmət göstərmirdilər. Ancaq indi tamam fərqlidir. Ölkədə yol tikintisi sahəsində yeganə ixtisaslaşmış və güclü maddi-texniki bazaya malik dövlət qurumu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir. Bu iş hazırda tamamilə Agentliyə həvalə edilib. Yəni yolu çəkən də bizik yola xidmət göstərən də. Təbii ki, görülən iş də keyfiyyətlə və tikinti norma-standartlarına tam uyğun şəkildə aparılır. Biz o yolu keyfiyyətli çəkməsək, sabah özümüz ona xidmət apararkən əziyyət çəkəcəyik.

 

- Çox iddialı fikirlər səsləndirirsiz, yeniliklər, standartlardan danışırsız. Maraqlıdır, yeni çəkilən yollarda hansı yeni texnologiyalar, yaxud materiallardan istifadə olunur?

- Ümumiyyətlə, hazırda AAYDA-nin əsas məqsədi yolları daha keyfiyyətli şəkildə yenidən quraraq istifadəyə verməkdir. Bu isə ən son texnologiyaların tətbiqi ilə mümkündür. Misal üçün hazırda körpülərin inşasında öncədən gərginləşdirilmiş armaturlardan, yol əsası ilə asfalt-beton örtük arasında geotekstil materialdan istifadə olunur. Bundan başqa, asfalt-beton örtüyünün ömrünü uzatmaq, şaxtaya, istiyə və nəmişliyə davamlığını artırmaq məqsədi ilə xüsusi qatqılardan və polimer qatqılardan istifadə olunur.

 

- Bu qədər yeniliklər tətbiq edilərək inşa olunan yolların istismar müddəti neçə ildir və bu illərin sayı hansı faktorlara görə dəyişir?

- Yeni çəkilən asfalt-beton örtüklü yolların orta təmirarası istismar müddəti 6, əsaslı təmirarası müddəti 18 ildir. Ancaq bu müddət dəyişə də bilər. Azala və ya əksinə, çoxala da bilər. Bura müxtəlif faktorlar öz təsirini göstərir.

Ən başlıca amil həmin avtomobil yolundakı hərəkət intensivliyidir. Əgər birinci texniki dərəcəli yollarda sutkada 7-10 min arası avtomobil hərəkət edirsə, əsaslı yenidənqurma işləri 16-20 ildən bir aparılmalıdır. İkinci texniki dərəcəli yollarda sutkada 3-7 min arası avtomobil hərəkət edirsə, əsaslı yenidənqurma işləri 13-16 ildən bir aparılmalıdır. Üçüncü texniki dərəcəli yollarda sutkada 1-3 min arası avtomobil hərəkət edirsə, əsaslı yenidənqurma işləri 12-15 ildən bir aparılmalıdır. Dördüncü texniki dərəcli yolarda hərəkət intensivliyi sutkada 500-1 min arasındadırsa, bu müddət 10-12 il nəzərdə tutulub.

Qeyd etdiyim həmin hərəkətə uyğun nəzərdə tutulmuş əsaslı yenidənqurma işlərinin aparılmasının normalarıdır. Hərəkət intensivliyi göstərilən rəqəmlərdən çoxdursa təbii ki, əsaslı yenidənqurma işlərinin aparılma müddəti də aşağı düşür. Orta təmir vaxtları da intensivliyə görə dəyişir. Norma olaraq, bu rəqəm 6 il götürülüb. Ancaq əgər yolun 1 zolağına düşən hərəkət intensivliyi sutkada 200 avtomobildirsə, bu norma 8 il ola bilər, 200-2500 arasıdırsa 6 ildir, 2500-4500-dürsə 4 ildir, 4500-6000-dirsə 3 il, 6500-dən çoxdursa, 2 ildən bir yollarda təmir işlərinin aparılması mütləqdir. Orta təmir işləri aparılmasa, yollarda əsaslı yenidənqurma işlərinin aparılması arasında olan müddət də aşağı düşmüş olur....

 

- Ölkə başçısı yolların təmirinə böyük diqqət göstərir. Şəhərlərarası və kəndlərarası yolların təmiri və yenidən qurulması üçün kifayət qədər böyük vəsaitlər ayrılması üçün sərəncamlar verir. Hazırda bu işlər çərçivəsində hansı yollarda təmir işləri davam etdirilir?

- Bu ilin 8 ayı ərzində respublikanın avtomobil yollarının inkişafı istiqamətində çox mühüm layihələr həyata keçirilib və bir sıra nailiyyətlər əldə edilib. AAYDA-nın 2018-ci il üçün tərtib etdiyi Tədbirlər Planına əsasən uzunluğu 415,2 km olan respublika əhəmiyyətli 11, Bakı şəhəri üzrə uzunluğu 107,8 km olan 13, uzunluğu 1527,8 km olan 67 kəndlərarası avtomobil yolu və 2 körpünün bərpası, Sumqayıt şəhərində 2 prospekt və 2 küçənin yenidən qurulması və Bakıda 5 ədəd piyada keçidinin tikintisi layihəsinin yerinə yetirilməsi nəzərdə tutulur. Bu layihələrin həyata keçirilməsi nəticəsində 702 yaşayış məntəqəsində yaşayan 2,7 mln. nəfər əhalinin 2050,8 km uzunluğunda rahat avtomobil yollarından istifadə edilməsi təmin ediləcək. Bundan əlavə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisinə də başlanılıb.

AAYDA-nın kollektivi tərəfindən 2018-ci ilin 6 ayı ərzində uzunluğu 607.4 km olan avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub. 2018-ci ilin 6 ayı ərzində respublikamızın ümumi istifadədə olan avtomobil yollarında qəzalı vəziyyətə düşmüş 7 körpü təmir edilib. Ümumilikdə 2018-ciin 8 ayı ərzində respublikanın 33 rayonunda 38 layihə - 4 respublika əhəmiyyətli, 30 kəndlərarası, 1 Bakı şəhərinin qəsəbələrarası, 1 tunel tipli yol qovşağı və Sumqayit şəhərində 2 avtomobil yolu layihələri üzrə tikinti və yenidənqurma işləri başa çatıb. Bakı şəhərində ümumi uzunluğu 46,5 km kilometr olan şəhər yolları yenidən qurulub və təmir olunub. Bu il ərzində Bakı şəhərində 5 ədəd piyada keçidinin tikintisi də nəzərdə tutulur.

Sentyabr - oktyabr aylarında ümumilikdə 30-dan çox rayonda 30-dan çox rayonu əhatə edən və 800 km uzunluğa malik 29 kəndlərarası avtomobil yolu layihələrinin, Bakı şəhərində isə 45 km uzunluğa malik 6 rayon ərazisində 6 qəsəbələrarası avtomobil yolu layihəsinin yekunlaşdırılması nəzərdə tutulub. Bununla da sentyabr-oktyabr ayları da daxil olmaqla bu il reallaşdırılan avtomobil yolu layihələrinin ümumi uzunluğu 1500 km-ə yaxın olacaq. İlin sonuna kimi isə 2 min km-i ötəcək.

 

- Ümumilikdə Azərbaycanda magistral yolların 1-ci texniki dərəcəyə uyğun yenidən qurulmasının yekunlaşdırılması nə vaxta nəzərdə tutulub?

- Artıq Ələtdən Astarayadək 204 km-lik məsafədə 1-ci texniki dərəcəli yol istifadəyə verilib. Bildiyiniz kimi  sentyabrın 8-də dövlət başçısının iştirakı ilə yeni magistral yolun açılış mərasimi keçirildi. Bu yol Şimal-Cənub nəqliyyat dəhlizinin əsas elementlərindən biridir. Dəhlizin digər əsas elementi Bakı-Quba-Rusiya sərhədi yeni avtomobil yoludur ki bu yolun da inşasına ölkə başçısının sərəncamına əsasın bu ilin əvvəlindən start verilib. Bu istiqamətdə işlərin 2020-ci il ərzində yekunlaşdırılması planlaşdırılır.

Bizim digər nəqliyyat dəhlizimiz Şərq-Qərb dəhlizidir ki, bu dəhliz üzrə Bakıdan Gəncəyədək magistral yolumuz 1-ci texniki dərəcəyə uyğun yenidən qurulub. Hazırda yolun Gəncədən Gürcüstan Respublikası ilə dövlət sərhədinədək olan hissəsinin də II texniki dərəcədən I texniki dərəcəyə təkmilləşdirilməsi layihəsi üzərində işlənilir və yaxın müddətdə bu istiqamətdə də işlərə start veriləcək. Bu əsas nəqliyyat dəhlizləri üzərində yerləşən magistral yollarımızdır.

Digər magistral yollarımızda da işlər aparılır. Məsələn Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Bakıdan-Şamaxıyadək olan 101 km-lik hissəsi artıq 1-ci texniki dərəcəyə uyğun inşa olunub. Hazırda yolun 101-117-ci km-lik hissəsinin I dərəcəyə uyğun təkmilləşdirilməsi işləri görülür. Qeyd edim ki, magistralın Muğanlı-Yevlax hissəsi 2015-ci ildə II texniki dərəcəyə uyun yenidən qurularaq istifadəyə verilib.

Daha bir magistral yolumuz olan Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 0-112 km-lik hissəsi 2015-ci ildə, 113-177-ci km-lik hissəsi isə 2018-ci ildə II texniki dərəcəyə uyğun yenidən qurularaq istifadəyə verilib. Onu da fəxr hissi ilə əlavə etmək istəyirəm ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən yol başlanğıcını məhz Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun təqribən 177-ci km-dən götürür. Magistral yolun 64 km-lik hissəsinin yenidən qurulması ilə artıq Bakı şəhərindən istər Beyləqan və Füzuli rayonlarının yol boyu yerləşən yaşayış məntəqələrinə, istərsə də işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə rahat, maneəsiz və təhlükəsiz şəkildə gediş-gəliş təmin olunub, yük və sərnişin daşıması asanlaşıb.

Gürcüstanla sərhədə uzanan daha bir magistralımız Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yoludur. Bu yolda da hazırda yenidənqurma işləri aparılır. Magistralımız tam olaraq 2025-ci ilə qədər II texniki dərəcəyə uyğun yenidən qurulacaq. Belə demək olarsa, 2025-ci ilə qədər bütün 5 magistral yolda yenidənqurma işləri bitmiş olacaq.

 

- Qarşıdan payız-qış mövsümü gəlir. AAYDA yarana biləcək hər cür çətinliyə hazırdırmı? Bu payız yollarımız aşıb daşmayacaq ki?

- 2018-2019-cü payıq-qış mövsümündə avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hazırda tədbirlər planı hazırlayır. “Tədbirlər planı”na əsasən, yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə agentlik tərəfindən körpülərin requlyasiyalarının dağılmış hissələrinin bərpası, körpülər yerləşən ərazidə çayların yataqlarının təmizlənməsi, yol nişanları və yol avadanlıqlarının, siqnal dirəklərinin texniki vəziyyətinə baxış keçirilməsi, həmçinin avtomobil yollarının cari təmiri, çiyinlərin bərkidilməsi, suötürücü boruların giriş-çıxış hissələrinin və küvetlərin təmizlənməsi işləri aparılacaq. Bundan başqa qış mövsümündə avtomobil yollarına, prospekt və küçələrinə xidmət, həmçinin yolların qardan təmizlənməsi üçün yol texnikası, maşın və mexanizmlər hazır vəziyyətə gətiriləcək. Sözügedən yol texnikası, maşın və mexanizmlərin yanacaqla təmin edilməsi məqsədi ilə lazımi miqdarda yanacaq-sürtgü materialları ehtiyatı, yollarda buzlaşmanın qarşısını almaq məqsədi ilə mövsümdə tələb olunan miqdarda qum və texniki duz ehtiyatının toplanması da “Tədbirlər planı”na uyğun həyata keçiriləcək.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
May ayı üzrə bank sektorunun icmal göstəriciləri - RƏQƏMLƏR 27 İyun 2019, 13:28 Ermənistan Rusiyadan yeni silahlar alacaq 27 İyun 2019, 13:27 Təhsil müəssisələri ilə bağlı dövlət rüsumu müəyyənləşdi 27 İyun 2019, 13:17 Deputat Xəzərin sahilinin hasarlanmasını PİSLƏDİ: “Bir neçə ailənin ixtiyarına verilə bilməz” 27 İyun 2019, 13:14 Abdulla Gül yeni partiya yaradır – Ərdoğana növbəti rəqib gəlir 27 İyun 2019, 13:11 Azərbaycan daha bir beynəlxalq sənədə qoşuldu 27 İyun 2019, 13:02 Parlament minimum pensiyanın artırılmasına “HƏ” dedi 27 İyun 2019, 13:00 Tahir Kərimli deputatların pul təminatını artırmağa çağırdı 27 İyun 2019, 12:57 Prezidentin təyyarəsindən 40 kiloqram narkotik çıxdı 27 İyun 2019, 12:54 “Gənc liderlər məktəbi”nin üzvləri mədəniyyət naziri ilə görüşüblər 27 İyun 2019, 12:54 Məhkəmə hakimlərinin də maaşı artırılır 27 İyun 2019, 12:45 Azərbaycandan Gürcüstana gedən turistlərin sayı azalmayıb - RƏSMİ   27 İyun 2019, 12:39 Təqaüdçü deputatların pensiyası artacaq 27 İyun 2019, 12:35 Deputat maliyyə amnistisiyası elan etməyə çağırdı 27 İyun 2019, 12:26 Bu ilin büdcəsində dəyişiklik olacaq - Milli Məclis “HƏ” dedi 27 İyun 2019, 12:11 Parlament büdcənin icrası ilə bağlı sənədi 3-cü oxunuşda təsdiqlədi 27 İyun 2019, 12:08 Azərbaycanda turizm polisi yaradılacaq 27 İyun 2019, 12:03 Macarıstanda təhsil almaq hüququ qazanmış şəxslərin siyahısı təsdiqləndi 27 İyun 2019, 11:57 Merkel yenə titrədi 27 İyun 2019, 11:56 MDB-də daha bir eks-prezident həbsə göndərilə bilər 27 İyun 2019, 11:54 20 nəfərin dönərdən zəhərlənməsinə görə cinayət işi başlandı 27 İyun 2019, 11:50 “Dünya irsi. Gənc Peşəkarlar Forumu” Qobustan qoruğunda davam edib 27 İyun 2019, 11:49 “Azərenerji” xəbərdarlıq video çarxı yaydı 27 İyun 2019, 11:43 İstixanadan 244 kiloqramlıq çətənə kolu aşkarlandı 27 İyun 2019, 11:40 Nazirlikdən XƏBƏRDARLIQ: 41 dərəcədən çox istidə bütün işlər dayandırılmalıdır 27 İyun 2019, 11:34 Fuad Abbasovun evini əlindən aldılar 27 İyun 2019, 11:31 AŞPA-ya yeni sədr seçildi 27 İyun 2019, 11:22 Dənizi çirkləndirən obyekt sahibləri cəzalandırıldı – ADLAR 27 İyun 2019, 11:22 DİM növbəti imtahanlar keçirəcək 27 İyun 2019, 11:20 Fazil Məmmədovun səhhəti ilə bağlı AÇIQLAMA: Qastritdir... 27 İyun 2019, 11:16 Azərbaycan Turizm Bürosu: “İran və Rusiyadakı gərginlikdən səmərəli istifadə etməliyik”   27 İyun 2019, 11:08 Bakıda qardaş bacısını qətlə yetirdi 27 İyun 2019, 11:00 Turizm şirkətlərinin fəaliyyətinə yenidən baxılacaq - RƏSMİ 27 İyun 2019, 10:54 Azərbaycandakı bir neçə yeni məkanım UNESCO-nun Dünya İrs siyahısına salınması təklif ediləcək - Nazir 27 İyun 2019, 10:51 Dərman oğurlayıb satmaq istəyən şəxs tutuldu 27 İyun 2019, 10:45