Modern.az

Vilayət Quliyevin Topçubaşovla bağlı kitabı çıxdı

Vilayət Quliyevin Topçubaşovla bağlı kitabı çıxdı

Aktual

26 Sentyabr 2018, 16:04

Sabiq xarici işlər naziri, Azərbaycanın Macarıstandakı  səfiri Vilayət Quliyevin yeni kitabı təqdim edilib.

Modern.az-ın məlumatına görə “Əlimərdan bəy Topçubaşov: Xalqımızın müstəqil yaşayacağına inanırdıq...” adlı kitab Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

Dövlət İdarəçilik Akademiyasında baş tutan tədbiri giriş sözü ilə açan Akademiyanın rektoru Orxan Ələkbərov kitab haqqında danışıb.

Daha sonra kitabın müəllifi Vilayət Quliyev çıxış edərək, AXC parlamentinin sədri Əlimərdan bəy Topçubaşov haqqında məlumat verib. O bildirib ki, kitabda Topçubaşovun rus dilində yazdığı məqalələri, məktubları, çıxışları, səfər qeydləri, bədii publisistikası və digər fəaliyyətləri yer alıb.

Tədbirdə çıxış edən digər iştirakçılar da kitab və müəllifi haqda öz fikirlərini bildiriblər.

Tədbirdə millət vəkili Elman Nəsirli, akademiyanın müəllim-tələbə heyəti, ziyalılar və media nümayəndələri iştirak ediblər.

Kitab Azərbaycan Tərcümə Mərkəzi tərəfindən nəşr edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı