Modern.az

Ukraynada 3 nəfəri ölümdən qurtaran azərbaycanlı qardaşlar təltif olundular - FOTO  

Ukraynada 3 nəfəri ölümdən qurtaran azərbaycanlı qardaşlar təltif olundular - FOTO   

25 Yanvar 2019, 01:45

Ukraynada 3 nəıfəri ölümdən qurtaran azərbaycanlı Sabir və Ümid Şirinov qardaşları təltif olunublar.

Modern.az xəbər verir ki, həyatlarını təhlükəyə ataraq yanan avtomobildən üç nəfərlik ailəni xilas edən Sabir və Ümid Şirinov qardaşlarına Nikolayev vilayət radasının sədri Viktoriya Moskalenko tərəfindən "Müqəddəs Nikolay xaçı" nişanı təqdim edilib.


Xatırladaq ki, Ukraynada yaşayan azərbaycanlı qardaçlar yanvarın 19-da Nikolayev şəhəri ətrafında hərəkət edərkən yolun kənarında çevrilmiş və artıq yanmağa başlayan bir avtomobil görüblər. Maşının içindən körpə səsi gəlirmiş. Qardaşlar içəridə sıxışıb qalanları çıxarmaq üçün ətrafdakı insanlara müraciət edirlər. Lakin kimsə həyatını riskə atmaq istəmir. O zaman Sabir və Ümid özləri təkcə maşındakıları qurtarmağa girişirlər. 
Yan şüşələri sındırıb içəridəkiləri çıxarmaq cəhdi uğursuz olduqda, baqaj tərəfdən salona daxil olurlar. Ana və körpəni xilas edirlər. Bu zaman maşın daha bərk yanmağa başlayıb. Ətrafdakılar qışqırıb onları uzaqlaşmağa çağırırlar. Lakin qardaşlar ön oturacağı sındıraraq ailə başçısını da çıxara bilirlər. Bir-iki dəqiqədən sonra isə maşın partlayır.

Sabir və Ümid bundan sonra həmin ailəni xəstəxanaya aparan təcili yardımı müşayiət ediblər və ailəyə maddi yardım da göstəriblər.

Ailə hazırda xəstəxanada müalicə olunur.

Sabir və Ümid Şirinovlar ailəlidirlər, hər birinin iki uşağı var. Onlar Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayətindəki üzvləridir.




A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir