Arxiv
28 Yanvar 2019, 14:44 | ÖLKƏ
Bütün şəhid ailələri birdəfəlik müavinət alacaqlar - Prezident yeni FƏRMAN imzaladı - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşüblər.

 

Modern.az xəbər verir ki, şəhid ailələrinin nümayəndələrinə dərin hörmətini ifadə edən Prezident İlham Əliyev şəhidlərimizə Allahdan rəhmət diləyib, onların torpaq, Vətən uğrunda həlak olaraq şəhidlik zirvəsinə yüksəldiyini deyib. 1990-cı illərin əvvəllərində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində minlərlə şəhid verdiyimizi, 1 milyondan çox insanın məcburi köçkünə çevrildiyini deyən dövlət başçısı o dövrdə müşahidə olunan hakimiyyətsizlik nəticəsində torpaqlarımızın bir hissəsinin işğal olunduğunu bildirib.

 

Bu gün Azərbaycanın güclü hərbi potensialı, dünyadakı nüfuzu, artan imkanları sayəsində danışıqlar prosesində mövqelərimizin kifayət qədər gücləndiyini deyən Prezident İlham Əliyev vurğulayıb ki, bizim üçün ölkəmizin ərazi bütövlüyünün bərpası ən vacib məsələdir və münaqişə ilə bağlı qəbul olunan çoxsaylı qətnamələr ölkəmizin ərazi bütövlüyünə beynəlxalq dəstəyi təmin edib.

“Azərbaycan xalqı və dövləti heç vaxt bu işğalla barışmayacaq”,- deyən dövlət başçısı son illərdə ordu quruculuğu istiqamətində böyük işlərin görüldüyünü bildirib, müharibədən əziyyət çəkən insanların qayğı ilə əhatə olunduğunu deyib. Son illərdə məcburi köçkünlər üçün 100-dən çox qəsəbənin tikildiyini, bu kateqoriyadan olan insanlara yeni mənzillərin verildiyini və bu prosesin bu il də davam etdiriləcəyini deyən Prezident İlham Əliyev şəhid ailələrinin də ev və avtomobillərlə təmin edildiyini diqqətə çatdırıb.

Keçən il prezident seçildikdən sonra ilk Fərmanının şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olduğunu deyən dövlət başçısı bu Fərmanla 10 minə yaxın şəhid ailəsinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsinin nəzərdə tutulduğunu bildirib, artıq bu prosesin başladığını və 3 mindən çox şəhid ailəsinin vəsaiti aldığını deyib. Dövlət başçısı vaxtilə müavinəti almış ailələrlə bağlı araşdırmaların aparıldığını, onların aldığı vəsaitin bu günün məzənnəsi ilə uyğunsuzluq təşkil etdiyini nəzərə alaraq yeni Fərman imzaladığını və bu Fərmana əsasən 11 min manat alacaq vətəndaşların sayının artdığını bildirib.

 

Sonra dövlət başçısı birdəfəlik ödəməni almaq üçün istifadə olunan plastik kartları şəhid hərbi qulluqçularının vərəsələrinə təqdim edib.

 

Daha sonra şəhid anası İbadət Əliyeva, şəhid atası Şirvan Nüsrətov, şəhid həyat yoldaşı Vərziyar Əliyeva və şəhid vərəsəsi Sevinc Quluzadə onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Xalqa xidmət etməyin onun üçün böyük fərəh olduğunu deyən dövlət başçısı bu gün ölkəmizin sürətlə inkişaf etdiyini, uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycanda böyük sosial layihələrin icra olunduğunu vurğulayıb. Bildirib ki, əsas məqsəd vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Bu istiqamətdə icra edilən proqramlardan danışan Prezident İlham Əliyev ölkəmizin hərbi potensialının da gücləndirildiyini, bu məqsədlər üçün böyük vəsaitin ayrıldığını deyib, ötən il Bakıda keçirilən iki hərbi paradın ölkəmizin qüdrətini bir daha nümayiş etdirdiyini bildirib.

Dövlət  başçısı Cocuq Mərcanlının bizim əyilməz iradəmizin rəmzinə çevrildiyini, onun yenidən qurulmasının hərbi qələbə nəticəsində mümkün olduğunu vurğulayıb.

 

“Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan güclü dövlətdir, ölkəmizin güclü ordusu var və xalqımız heç vaxt işğalla barışmayacaq”,- deyən Prezident İlham Əliyev şəhid ailələrinə Vətən üçün gözəl övladlar yetişdirdiklərinə görə təşəkkür edibi, xalqımızın şəhidlərlə fəxr etdiyini, onların bizim ürəyimizdə əbədi yaşayacağını bildirib.

 

Qeyd edək ki, şəhid ailələrinə diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir.

İndiyə qədər bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil, ötən il isə 626 mənzil verilib. Bu il həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub.

 

Bununla da şəhid ailələrinin sosial müdafiəsi ildən ilə yaxşılaşıb, dövlət başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən hər zaman böyük rəğbət və məmnunluqla qarşılanıb. 2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman da bu qəbildəndir. Şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsini nəzərdə tutan bu Fərman onların sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində ən mühüm addımlardan olmaqla ölkə vətəndaşlarının rifahının dirçəldilməsinə xidmət edən ən humanist addımlardan biri kimi qəbul edilməlidir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiya “Fyodor”u kosmosa göndərdi - FOTO 22 Avqust 2019, 12:02 Azərbaycanda 880 nəfər UZUNÖMÜRLÜ yaşayır 22 Avqust 2019, 11:43 Bakı metrosuna daha 2 yeni qatar buraxıldı 22 Avqust 2019, 11:34 Üç uşaq anası evdən niyə qacıb? - Kənd icra nümayəndəsi: “O hadisəyə görə izahatı alınmışdı” - YENİLƏNİB 22 Avqust 2019, 11:27 Qubada 100-ə qədər gənc “Vətən bizə əmantədir” yay düşərgəsinə qatıldı 22 Avqust 2019, 11:24 “Kənddən Şəhərə” yarmarkası davam edir 22 Avqust 2019, 11:19 Bakı Ali Neft Məktəbinə qəbul planı 100 faiz dolub 22 Avqust 2019, 11:08 Nazilikdən yeni layihə 500 nəfər əlil kiçik biznesini quracaq 22 Avqust 2019, 11:06 Azərbaycanda xəstənin cinsi fəaliyyəti bərpa olundu - Unikal ƏMƏLİYYAT 22 Avqust 2019, 10:46 Neçə rayonumuz 100 % qazlaşdırılıb? - Azəriqaz-dan AÇIQLAMA 22 Avqust 2019, 10:42 Peşə məktəblərinə qəbul olunanların qeydiyyatı başlayır 22 Avqust 2019, 10:35 MiQ-29 təyyarəsinin qəza SƏBƏBİ rəsmən açıqlandı - “Qara qutu” OXUNDU 22 Avqust 2019, 10:29 Yardımlı dağlarında YANĞIN başladı 22 Avqust 2019, 10:25 Deputatları Qafqaz Müsəlmanları İdarəsinə ÇAĞIRDILAR 22 Avqust 2019, 10:23 Elçibəy PARADOKSU 22 Avqust 2019, 10:05 Azərbaycanda zəlzələ oldu: 3-4 bal 22 Avqust 2019, 10:02 Ermənistan atəşkəsi 20 dəfə pozdu 22 Avqust 2019, 09:58 Bu gün bir neçə rayonda qaz olmayacaq 22 Avqust 2019, 09:52 Yüksək bal toplayan abituriyent niyə İlahiyyat İnstitutunu seçdi? - MÜSAHİBƏ 22 Avqust 2019, 09:43 Ağac kəsən şəxs cəzalanıb 22 Avqust 2019, 09:39 Çempionlar Liqasında pley-off - daha 3 oyun keçirildi - NƏTİCƏLƏR 22 Avqust 2019, 09:24 Elçibəyin vəfatından 19 il ötür 22 Avqust 2019, 09:17 Sabir Rüstəmxanlıdan Oqtay Rzaya VİDA YAZISI 22 Avqust 2019, 09:10 Bütün Rusiyada məşhurlaşan azərbaycanlı ailə - Mehralıyevlər 6 rus uşağını övladlığa götürüb - REPORTAJ 22 Avqust 2019, 08:47 “Qarabağ” bu gün AvroLiqanın səfər oyununa çıxır 22 Avqust 2019, 08:32 Qubada FACİƏ: Yol qəzasında 2 ölü, 3 yaralı 22 Avqust 2019, 08:28 Manatın məzənnəsi dəyişir?... 22 Avqust 2019, 08:23 ABŞ İŞİD liderlərinə görə 5 milyon dollar mükafat ayırdı 22 Avqust 2019, 00:54 Azərbaycanda qəbiristanlığın saytı yaradılacaq - VİDEO 22 Avqust 2019, 00:38 İranlı gənc Ali Rəhbərlə görüşdə hökuməti tənqid etdi 22 Avqust 2019, 00:17 Bakıda kürəkən qayınanasını döydü 21 Avqust 2019, 23:56 Rusiya, İran və Türkiyə liderləri Ankarada görüşəcək 21 Avqust 2019, 23:39 Qazax sakini restoranda bıçaqlandı 21 Avqust 2019, 23:21 Qurban Qurbanov “Qarabağ”ın sabahkı oyunundan danışdı 21 Avqust 2019, 23:02 Bakının mərkəzini su basdı - SƏBƏB 21 Avqust 2019, 22:43