Arxiv
5 Fervral 2019, 10:46 | DİASPOR
Virciniya ştatında yaşayan azərbaycanlı professor  

Mərhum xalq yazıçısı İsmayıl Şıxlının əsəri əsasında çəkilən "Dəli Kür" bədii filminə çox adam baxıb. Həmin filmdə haqqında bəhs olunan Qori seminariyasının Qazax filialı yəqin ki, yadınızdadır. Bax, həmin elm ocağı üçün binanı Hacı Kərim Sanılı bağışlayıb. O vaxt o, çar dumasının üzvü, mülkədar olub. Haqqında söhbət açdığım Faiq Musayev də Sanılı şəcərəsinin davamçılarındandır…

O, 1952-ci ildə Qazax rayonunun Çaylı kəndində dünyaya gəlib. 1969-cu ildə orta təhsilini qızıl medalla başa vuraraq, Azərbaycan Dövlət Pedaqoji İnstituna qəbul olunub. 1973-cü ildə oranın kimya fakultəsini fərqlənmə diplomu ilə bitirib. Bir il Qaradağ rayonunun Sanqaçal qəsəbəsindəki orta məktəbdə müəllimlik edib. 1974-cü ildə indiki AMEA-nın Qeyri üzvi və Fiziki Kimya İnstitutunun aspiranturasına daxil olub. Xudu Məmmədovun rəhbərlik etdiyi laboratoriyada elmi araşdırmalara başlayıb. Arada bir il əsgəri xidmət keçib. Ordudan qayıtdıqdan sonra elmi fəaliyyətini davam etdirən Faiq Musayev 1979-cu ildə kimya elmləri namizədi, 1991-ci ildə isə kimya elmləri doktoru elmi dərəcələrinə yiyələnib. Və Tayvana yola düşənədək bu laboratoriyada aparıcı elmi işçi vəzifəsinədək yüksələ bilib. 1993-1998-ci illərdə Tayvan Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunda zülalların ayrılması və onların kristal quruluşunun öyrənilməsi ilə məşğul olub. 1998-ci ildə ABŞ-ın Virciniya Kommonvels Universitetinə dəvət alıb. Bu günədək həmin elm ocağının tibb kafedrasında çalışır. Post doktorluqdan professor vəzifəsinədək yüksələ bilib. Həm də "Quruluş Bioligiyası" laboratoriyasının rəhbəridir…

…Atası Nəsif Musayev uzun illər Çaylı kənd məktəbində tarix fənnindən dərs deyib. Ömür-gün yoldaşı Təranə xanım Xarici Dillər Universitetini bitirib. Bakıda yaşayarkən orta məktəblərdən birində ingilis dili müəllimi olub. Virciniyaya gələndən sonra tibbi təhsil alaraq peşəsini dəyişib. Hazırda həyat yoldaşının işlədiyi universitetin hospitalında çalışır. Böyük oğlu Sanı Sanıyevin 37, ikinci oğlu Emil Sanıyevin isə 24 yaşı var. Sanı bəy Virginiya Kommonvels Universitetində informasiya texnologiyaları üzrə təhsil alıb, kiçik qardaşı isə əzzaçılıq fakultəsində oxuyur…

…Professor Faiq Musayev Azərbaycanın Amerikadakı səfirliyinin bütün tədbirlərinə dəvət alır. Söylədiyinə görə, həmin tədbirlərin əksəriyyətində iştirak edib…
Deyir ki,- "ABŞ-a gəlmək istəyən gənclərə bir tövsiyəm var. Heç nədən qorxmasınlar, gəlib təhsillərini burada davam etdirsinlər. Yüksək texniki bazası olan universitetlərdə oxusunlar. Əlbəttə, ilk illərdə çətinliklər olacaq. Amma bu ölkədə çalışmaq, uğur qazanmaq istəyən gənclərə geniş imkanlar var"…

…Onun arzuları çoxdur- istəyir ki, Qarabağ problemi tezliklə həllini tapsın. Doğma vətənində təhsilin səviyyəsi yüksək olsun. Baxmayaraq ki, iyirmi bir ildir Amerikada yaşayır, hələ də Azərbaycanı unutmur. Gözləyir ki, təqaüdə çıxıb, vətənə dönsün…

…Deyir ki,- "Rəhmətlik Xudu Məmmədov bizə təkcə elm öyrətmədi. O, bizə yaxşı insan olmağı öyrətdi. Bu gün də onun öyüdləri ilə yaşayıram"…

…Bu mehriban, təvazökar, hələ də şirin Qazax ləhcəsi ilə danışan azərbaycanlı professorun gözlərinə baxanda, qəlbinin dərinliklərindən boylanan vətən həsrətini görməmək olmur. İnanıram ki, bu həsrət onu nə vaxtsa vüsala qovuşduracaq…


Elman Eldaroğlu,
ABŞ, Miçiqan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyülüb 21 Sentyabr 2019, 00:46 Nazirlikdən hava şəraiti ilə bağlı xəbərdarlıq: Ağac altda durmayın 21 Sentyabr 2019, 00:34 9 yaşlı uşağı maşın vurdu 21 Sentyabr 2019, 00:16 Kərbəladakı partlayışda 9 nəfər öldü 20 Sentyabr 2019, 23:53 Azərbaycan karateçisi ermənini məğlub edib qızıl medal qazandı 20 Sentyabr 2019, 23:35 Günəş sistemində partlayış 20 Sentyabr 2019, 23:16 Dünyanın 156 ölkəsində iqlim tətilləri keçirilir 20 Sentyabr 2019, 22:57 Azərbaycanda qızılca epidemiyası müşahidə olunmur 20 Sentyabr 2019, 22:42 Azərbaycanlılar Rusiya bazarından çıxarılır? - Səfirlik 20 Sentyabr 2019, 22:24 Azay Quliyev seçiciləri qəbul etdi - FOTOLAR 20 Sentyabr 2019, 22:08 Nikahdankənar əlaqələrə görə 6 aylıq həbs cəzası  - QANUN DƏYİŞİR 20 Sentyabr 2019, 21:54 “Neft gəlirləri sosial məsələlərə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək” - İlham Əliyev 20 Sentyabr 2019, 21:34 Prezident: “Neftdən əldə edilən gəlirlər ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəldilib” - YENİLƏNİB  20 Sentyabr 2019, 21:23 «İki sahil» qəzeti Neftçilər Gününə həsr olunan xüsusi buraxılış hazırladı 20 Sentyabr 2019, 21:16 Penitensiar xidmətdən İkram Rəhimovla bağlı AÇIQLAMA 20 Sentyabr 2019, 21:06 Dünya VİZAdan imtina edir 20 Sentyabr 2019, 20:50 Prezident sarayı ilə parlament binası qarşısında aksiya keçirilir 20 Sentyabr 2019, 20:33 Məhkumlar qiyam qaldırdı - VİDEO 20 Sentyabr 2019, 20:16 Deputatın qardaşının da külli miqdarda borcu var: Qalmaqal böyüyür 20 Sentyabr 2019, 20:03 Fuad Qəhrəmanlı AXCP-dən istefa VERDİ 20 Sentyabr 2019, 19:49 Telefonla ayaqyoluna girmək babasil yaradır 20 Sentyabr 2019, 19:40 Leyla Əliyeva Dənizkənarı Milli Parkda fotosərginin açılışında iştirak edib - FOTOLAR 20 Sentyabr 2019, 19:31 ABŞ İranın Milli Bankına sanksiya tətbiq etdi 20 Sentyabr 2019, 19:22 Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib -FOTO   20 Sentyabr 2019, 19:13 Novruz Məmmədov Çin parlamentinin sədri ilə görüşüb - FOTO 20 Sentyabr 2019, 19:04 Raquf Orucovun xanımından şəhid polislərin ailəsinə dəstək 20 Sentyabr 2019, 18:55 Müəllimlərin müddətli müqavilə ilə işə qəbul prosesində dəyişiklik olunur - RƏSMİ 20 Sentyabr 2019, 18:46 İstirahət günlərində gözlənilən hava PROQNOZU 20 Sentyabr 2019, 18:38 Xaricdə nə qədər azərbaycanlı dini təhsil alır? - RƏSMİ AÇIQLAMA 20 Sentyabr 2019, 18:30 Prezidentin təyin etdiyi xanım direktor kimdir? - DOSYE 20 Sentyabr 2019, 18:20 “Əsrin müqaviləsi” ilə Azərbaycan sürətli inkişaf mərhələsinə daxil oldu 20 Sentyabr 2019, 18:11 Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi 20 Sentyabr 2019, 18:09 İlham Əliyev maltalı həmkarını təbrik etdi 20 Sentyabr 2019, 17:59 Nizami Cəfərov “Şöhrət” ordeni ilə təltif edildi 20 Sentyabr 2019, 17:57 Koçaryan zaminə buraxılmadı 20 Sentyabr 2019, 17:55