Modern.az

Su kanalından qadın meyiti tapıldı

Su kanalından qadın meyiti tapıldı

Aktual

8 Fevral 2019, 21:54

Göyçay rayonunda su kanalından qadın meyiti tapılıb. Modern.az "Report"a istinadən xəbər verir ki, meyit bu gün səhər saatlarında Şirvan kanalının rayonun Cəyirli kəndindən keçən hissəsində aşkar edilib. Meyit yaxınlıqdakı insanların köməkliyi ilə sudan çıxarılıb.

 

Onun Göyçay şəhər, Qantəmir küçəsində qeydiyyatda olan, 1958-ci il təvəllüdlü Şəhla Abdullayeva olduğu müəyyənləşib.

 

Qadının ruhi xəstə olduğu və ailə qurmadığı bildirilir.

 

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü