Arxiv
20 Fervral 2019, 17:07 | AKTUAL
Azərbaycanda “Creative Business Cup”ın layihə qəbuluna başlanılır

Mədəniyyət Nazirliyinin əsas tərəfdaşlığı və “Social Innovation Lab (Sil.)” innovasiya mərkəzinin rəsmi təşkilatçılığı ilə yaradıcı və mədəniyyət sənayeləri üzrə beynəlxalq startap proqramı -  “Creative Business Cup (CBC)”- ın Azərbaycan üzrə 2019-cu il üçün Milli mərhələsinə qəbul açıq elan edilir!

 

Modern.az xəbər verir ki, proqramın Açılış tədbiri 21 fevral 2019-cu il tarixində, saat 15:00-da, Holiday Inn Otelinin “Baku 2” zalında keçiriləcəkdir.

Sahibkarlıq və innovasiyalar üzrə qlobal təşəbbüs olan “Creative Business Cup” yaradıcı və mədəniyyət sənayelərində təmsil olunan startapları dəstəkləyərək onları investorlar və qlobal bazarlarla əlaqələndirir, biznesin və cəmiyyətin inkişafı naminə onların innovativ qabiliyyətlərini daha da inkişaf etdirir. “Creative Business Cup” çərçivəsində 70-ə yaxın ölkədə tərəfdaş təşkilatları vasitəsilə baş tutan Milli müsabiqələrin qalibləri Kopenhagen şəhərində hər il keçirilən beynəlxalq müsabiqədə iştirak etmək imkanı əldə edir.

Proqramın əsas tərəfdaşı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və əsas təşkilatçısı Sil. innovasiya mərkəzidir. Nazirlik “Creative Business Cup” 2019 müsabiqəsinə yaradıcı və mədəniyyət sənayelərinin inkişafı, bu sahədə müasir biznes təşəbbüslərini dəstəkləmək, innovativ ideyalara təkan vermək məqsədilə qoşulmuşdur.

Proqram qəbul olunan startaplara və ideya müəlliflərinə geniş təkmilləşdirmə proqramı təklif edir. İnnovativ yaradıcı biznes ideyasına sahib olan sahibkar ruhlu hər bir şəxs - tələbə, sahibkar, startapçı, müəllim və digər iddiaçılar müraciət edə bilər.

Proqrama aşağıdakı sahələrdən istənilən birinə aid hərhansı innovativ layihə və ya startap ideyası ilə müraciət etmək mümkündür:

Musiqi, Film, Video & Fotoqrafiya, Sənətkarlıq, Rəssamlıq və Heykəltəraşlıq, Teatr, Ədəbiyyat və Nəşriyyat, Radio və Televiziya, Dizayn, Moda, Memarlıq, Reklam, Kompüter Oyunları və Elektronika, Oyuncaqlar və Oyunlar, 3D Çap, Proqram təminatı, Antik Bazarlar, Qastronomiya, Asudə Vaxt fəaliyyətləri.

"Creative Business Cup" 4 əsas mərhələdən ibarətdir:

Mərhələ 1: 2-günlük intensiv təlim kampı (Bootcamp) – 16-17 mart, 2019

Azərbaycan üzrə nəticələrə görə, “Creative Business Cup” proqramına qəbul olunan 13 startap komandası/layihə CBC proqramının Azərbaycanda rəsmi təşkilatçısı “Sil.” innovasiya mərkəzinin mentor komandası tərəfindən 9 modul üzərində keçirilən 2 günlük intensiv təlimlərdə iştirak edirlər. Burada iştirakçılar startap qurulmasında ən vacib biznes biliklərini praktiki olaraq öz layihələri üzərində tətbiq edərək öyrənirlər.

Mərhələ 2: İntensiv pre-akselerasiyaproqramı – 17 mart-10 aprel, 2019

İki günlük təlim proqramı bitdikdən sonra komandalar 5 həftəlik ölkədaxili kouçinq sessiyalarına başlayırlar. Burada komandalar ekspertlər tərəfindən “Creative Business Cup”-ın müəyyən etdiyi vacib biznes konseptləri üzərində praktiki olaraq işləyəcək, layihələrinin ilkin işlək versiyasını tərtib edərək, ölkə finalına hazırlaşacaqlar.

Mərhələ 3: Ölkə Finalı – 12 aprel, 2019

Ölkədaxili kouçinq sessiyalarından sonra komandalar xarici ekspertlərin də iştirak edəcəyi münsiflər qarşısında Dünya Finalına vəsiqə əldə etmək üçün təqdimatlar edəcəklər. Ümumilikdə, 70-ə yaxın ölkənin hər birinin ölkə finalı qalibi olan startap komandası Danimarkanın Kopenhagen şəhərində keçiriləcək Dünya Finalına vəsiqə qazanacaqdır.

Mərhələ 4: "Dünya Finalı" – Kopenhagen, Danimarka, 29-30 iyun, 2019 (Dünya Finalistləri üçün Kamp), 1-2 iyul, 2019 (Dünya Finalı)

Hər ölkədən olan qalib startap komandalar Dünya Finalında bir yerə toplanacaq və dünyanın qabaqcıl investorları və ekspertləri qarşısında təqdimatlar edəcəklər. Dünya Finalında dünyanın 70-ə yaxın ölkəsindən iştirakçıların iştirak etdiyi proqramda Milli qalib startapımız yarışacaq.

Müsabiqənin milli mərhələsi üzrə Azərbaycandan proqrama qəbul olunacaq 13 startap pre-akselerasiya proqramı çərçivəsində təkmilləşərək Danimarkada keçiriləcək qlobal final və aşağıdakı mükafatlar uğrunda yarışacaqlar:

  • Birinci yerin qalibi: Dünya Finalında iştirak üçün bütün xərclərin sponsorluğu,
  • İkinci, üçüncü yerlər və ən bəyənilən qadın sahibkar (startapçı) nominasiyalarının qaliblərinə dəyərli hədiyyələr.

CBC Qlobal Finalının mükafatları:

  • Birinci yer: 7,000 avro,
  • İkinci yer: 3,500 avro,
  • Üçüncü yer: 1,500 avro,
  • Əlavə olaraq 4 fərqli mövzu mükafatı (cəmi: 17,000 avro).

 

Son müraciət tarixi: 10 mart, 2019-cu il

Özünüzə və ideyalarınıza güvənin və müraciət edin!

Müraciət forması: https://platform.younoodle.com/competition/cbc_2019_azerbaijan

Suallarla bağlı “CreativeBusinessCupAzerbaijan” və ya “Social Innovation Lab” facebook səhifələrinə yaza və ya +994772099700 nömrəsinə zəng vuraraq müraciət edə bilərsiniz.

“Sil.” innovasiya mərkəzinin təşkil etdiyi digər beynəlxalq proqramlar haqqında məlumatlı qalmaq üçün “Social Innovation Lab” facebook səhifəsini izləyə və www.sil.vc veb səhifəsindən ətraflı məlumat əldə edə bilərsiniz.

Bir daha qeyd edək ki, “Creative Business Cup” 2019 proqramı Azərbaycanda “Sil.” innovasiya mərkəzinin rəsmi təşkilatçılığı və Mədəniyyət Nazirliyinin əsas tərəfdaşlığı ilə həyata keçirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hesablama Palatası 6 milyon manatdan çox büdcə vəsaitini bərpa edib 23 May 2019, 11:01 Qəzaya düşən tələbələrlə bağlı rəsmi məlumat: 2 nəfər ölüb, 2-si ağır vəziyyətdədir 23 May 2019, 10:58 İlham Əliyev Çinin Xarici İşlər nazirini qəbul edib 23 May 2019, 10:57 Yevlaxda tələbələri aparan mikroavtobus qəzaya düşdü - 2 ölü, 22 yaralı - YENİLƏNİB 23 May 2019, 10:42 “Qadın zorakılığı iqtisadiyyata 1,5 trilyon dollar zərər vurur” - Komitə sədri 23 May 2019, 10:32 Masallı sakini Balakəndə marixuana qurutmaq istəyərkən saxlanıldı 23 May 2019, 10:25 Həmid Müfidzadə - Sumqayıt Elektrik şəbəkəsinin yaradıcısı 23 May 2019, 10:08 20 cinayətin üstü “isti izlər”lə açıldı 23 May 2019, 09:54 Ermənilər kəndlərimizi atəşə tutdu 23 May 2019, 09:40 Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı 23 May 2019, 09:39 Deputat, yazıçı, şair, siyasətçi, müğənni, jurnalistin ən çox qorxduğu HADİSƏLƏR 23 May 2019, 09:33 Nazir: “Dünya muzeylərindəki eksponatlarımızı Azərbaycana gətirib nə qazanacağıq?!” - EKSKLÜZİV 23 May 2019, 09:27 Magistratura imtahanlarının II mərhələsinə 8 mindən çox bakalavr buraxılacaq 23 May 2019, 09:14 Subbakalavrlar ali məktəblərə müsabiqə yolu ilə qəbul ediləcək 23 May 2019, 09:12 Neftçalada ağır qəza – 4 ölü, 2 yaralı 23 May 2019, 09:09 Bizimkilər - Lalə Azərtaş: “Yola çıxanda şərti şumda kəsirəm ki, xırmanda yabalaşmayım” - MÜSAHİBƏ 23 May 2019, 08:53 Məşqçisinin qızı ilə evlənmiş əfsanəvi Peter Şmeyxel 23 May 2019, 08:24 Ramazan ayının 18-ci gününün DUASI 23 May 2019, 08:00 Manat və dolların bugünkü MƏZƏNNƏSİ 23 May 2019, 07:59 Leyla Əliyeva dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisində - FOTO 23 May 2019, 01:00 ABŞ-la Venesuela müharibə vəziyyətində 23 May 2019, 00:57 Leyla Əliyeva I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresində - FOTOLAR 23 May 2019, 00:46 Saakaşvili Ukrayna vətəndaşı olmaq üçün Zelenskiyə müraciət etdi 23 May 2019, 00:32 Türkiyədə özəl xəstəxana yandı 23 May 2019, 00:12 Azərbaycan nefti ucuzlaşdı 22 May 2019, 23:59 Əməkdar artist vəfat etdi 22 May 2019, 23:47 Avroviziya-2019-un nəticələri dəyişdi 22 May 2019, 23:35 Rəsmi Bakı Gürcüstanla sərhəd məsələsin müzakirə edir 22 May 2019, 23:19 Ali Rada  Zelenskini rədd etdi 22 May 2019, 23:01 Paşinyan ciddi kadr dəyişikliklərinə hazırlaşır 22 May 2019, 22:41 Gənc qızı it dişlədi 22 May 2019, 22:27 UEFA İcraiyyə Komitəsinin gündəliyi açıqlandı     22 May 2019, 22:13 “Səbail” ilk yay transferini həyata keçirib 22 May 2019, 21:59 “Biz daim azərbaycanlı iş adamlarına dəstək verməyə çalışırıq” – Səfir 22 May 2019, 21:29 Türkiyədə avtobus qəzası: yaralılar var 22 May 2019, 21:13