Arxiv
21 Fervral 2019, 00:03 | ÖLKƏ
 Azərbaycanın Avropada tanıdılmasının peşəkarı - Hüquq müdafiəçisi yazır

"Cavanşir müəllimi Avropa İttifaqının tədbirlərində gördüyümdən onun hər zaman məşğul olduğunu təsəvvür edirəm. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü və Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri kimi daimi olaraq səfərlərdədir. Azərbaycanın Avropa İttifaqı ilə bağlı bütün tədbirlərinin keçirilməsində məhz Cavanşir müəllimin əməyinin şahidi olmuşam. Xüsusən də Dağlıq Qarabağla bağlı istənilən tədbirlərin keçirilməsində məsləhəti və kontaktları ilə Azərbaycandan gedən hər bir təşkilata dəstək olduğunun da şahidi olmuşam”. Modern.az xəbər verir ki, bunu hüquq müdafiəçisi Əvəz Həsənov öz feysbuk səhifəsində yazıb.

“Bu gün sosial şəbəkələrdə və bir neçə internet saytlarda Millət Vəkili Cavanşir Feyziyev haqqında yayılan məlumatları oxudum. İlkin yayılan məlumatlarda C.Feyziyevə məxsus olan avtomobilin fevralın 15-də Xəzər rayonu ərazisində qəza törətdiyi və maşının vurduğu qadının hərəkət edən diğər maşının təkərləri altında qalaraq həlak olduğu bildirilir. Hadisə ilə bağlı Cavanşir müəllimin mətbuata müraciətini də gördüm və qeyd edib ki, fevralın 12-dən Avropada səfərdədir. Mətbuata açıqlamasında qeyd edir ki, “Bakıda olmadığı müddətdə onun maşınını sürücüsü idarə edib. Qəza hər kəsin başına gələ bilər, heç kəs bu cür hadisələrdən sığortalanmayıb”,- deyə Ə.Həsənov qeyd edir.

 

Əvəz Həsənov bildirib ki, indi Bakı Avropa Birliyi ilə təmaslarını aktivləşdirib.: “Avropa Birliyi ilə məsləhətləşmələr fonunda təbii ki, Azərbaycan tərəfinin Avropa institutlarında fəal iş aparmasına ehtiyac vardır. Bildiyim qədər hal-hazırda Avropa Birliyi ölkələrində, xüsusən Avropa Parlamentində Xocalı Faciəsi ilə bağlı çoxlu sayda tədbirlər planlaşdırılır. Bakıdan Brüsselə səfər edəcək bir neçə QHT həmkarlarımız bu barədə məlumat yayıblar. Mənim də həmin tarixlərdə Avropada olub-olmayacağımı soruşurdular. Məndə olan məlumata görə Avropa Parlamentində Xocalı ilə bağlı tədbirlərin keçirilməsini koordinasiyaya dəstək olmaq üçün Cavanşir müəllim artıq keçən həftədən Brüsseldədir. Cavanşir müəllimi öz işinin və Azərbaycanın Avropada tanıdılması prosesinin ən yaxşı profesionalı kimi tanıdım. Bir neçə görüşlərimiz və bəzən epizodik təmaslar imkan verdi ki, bunu müqayisə edə bilim. Avropa institutları ilə sistemli işləmək və onlara Azərbaycanla bağlı məlumatları diplomatiyadan kənara çaxmadan yaymaq bacarığını çox az diplomatlarımızda seyr etmişəm.

 

Belə bir arada mətbuatda ona məxsus olan maşının qəza törədildiyi barədə xəbər yayılır və jurnalistlərimiz məsələni araşdırmadan başlayırlar məlumatı tirajlamağa. Azərbaycan mətbuatında araşdırma aparmadan ittiham dolu yazılar yazmaq xəstəliyi uzun illərdir ki, az qala məşğuliyyətə çevrilib. Məlumatın mahiyyətinə baxmadan, qarşı tərəfin arqumentini dinləmədən başlayırlar məlumatı tirajlamağa. “Facebook” istifadəçiləri isə özlərini daha sərbəst bildiklərindən daha məlumatın mənbəyinin fərqində deyillər. Əsas odur ki, qısa müddətdə layk yığılsın və yaxud bir az da lağlağı olsun. Olmaz, belə olmaz qardaşlar! Mətbuata, azad fikrə hörmətin olunmasını istəyiriksə, o demək deyildir ki, mətbuat məsuliyyətsiz olmalıdır. Hər şeyi bayağılaşdırmaq olmaz. Məsələnin mahiyyətinə varmadan tərəfləri dinləmədən məlumatı yaymaqla mətbuata hörmət gətirmək onu dayanıqlı etmək olmayacaq.

 

Təbii ki, heç kim qəzalardan, cinayətdən, böhtandan və yaxud şantajdan sığortalanmayıb. Onu aradan qaldırmağın ən gözəl yolu baş verən hadisələri soyuqqanlı dəyərləndirməkdir. Mətbuat bu işdə əsas aparıcı qüvvə olmalıdır ki, ona cəmiyyətin hörməti olsun. Mətbuatın hansı şərtlər və yaxud hansı resurslar ilə işləməsindən asılı olmayaraq. Nəzərə alaq ki, uğurlu və azad saydığımız bütün mətbuat hansısa oliqarxlar və yaxud sponsorlar tərəfindən təsis olunublar. Sonralar onların yaratdıqları imic və cəmiyyətdə inamın artması onları dayanıqlı edib. Mətbuat şayələrin, uydurulan məlumatların və yaxud ötürülən kompramatların əlində alətə çevrilməmlidir. Əks halda onun əhəmiyyəti olmayacaq və yaxud “sözünün kəsəri olmayacaq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azarkeşlərin sevdiyi, klub rəhbərliyinin nifrət etdiyi “Beşiktaş”lı Paskal Numa 25 May 2019, 16:33 "Xalq yazıçı"sı prezidentə: “Balaca yaradıcılığıma böyük qiymət verdiyi üçün...” 25 May 2019, 16:14 Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib 25 May 2019, 16:00 Öldürdüyü şəxsin meyitini zirzəmiyə atan keçmiş məhkum saxlanılıb 25 May 2019, 15:52 Ermənistan Boks Federasiyası Azərbaycanı müdafiə etdi 25 May 2019, 15:51 Əlilliyi olan şəxslər üçün Bərpa Mərkəzində bayram ab-havası 25 May 2019, 15:41 Azərbaycanda həkim-xəstə münasibətlərində yaranan problemlər... 25 May 2019, 15:33 Musa Yaqubun oğlu: “Atam “Xalq şairi” adını aldığını eşidib, kövrəldi” 25 May 2019, 15:03 “Fənərbağça” “Barselona”nın oyunçusu icarəyə götürmək istəyir 25 May 2019, 14:58 Bakıda iki şirkətdən 220 min manatlıq məişət texnikası oğurlanıb 25 May 2019, 14:47 Azərbaycana 3 gün dolu düşəcək - XƏBƏRDARLIQ 25 May 2019, 14:31 İcbari Tibbi Sığortanın tətbiq sahəsi genişləndirilə bilər 25 May 2019, 14:20 İlham Əliyev Salome Zurabişvilini təbrik edib 25 May 2019, 14:17 Azərbaycanın yeni "Xalq şair"ləri, "Xalq artist"ləri, "Xalq yazıçı"ları– SİYAHI 25 May 2019, 13:56 Bir sıra mədəniyyət xadimləri “Tərəqqi” medalı ilə təltif edilib 25 May 2019, 13:51 Bazar gününün HAVA PROQNOZU 25 May 2019, 13:40 Deputatlar 28 May bayramını necə qeyd edəcəklər? - SORĞU 25 May 2019, 13:34 "Qızıl buts" 6-cı dəfə ona qismət oldu 25 May 2019, 13:18 Baş nazirin müavini: “Yataqxanalarda təhlükəsizliyi təmin etmək üçün yoxlamalar aparılır” 25 May 2019, 13:16 Prezident İlham Əliyev indoneziyalı həmkarını təbrik edib 25 May 2019, 13:08 Çingiz Qənizadə seçicilərini dinlədi 25 May 2019, 12:52 Goranboyda 400 nəfərin iştirakı ilə iməclik keçirilib 25 May 2019, 12:49 Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq 25 May 2019, 12:47 Azərbaycan dolu düşüb 25 May 2019, 12:35 Fuad Abbasova yeni vəkil tutuldu – Ailəsindən AÇIQLAMA 25 May 2019, 12:19 Ermənistanın keçmiş prezidentləri gizli görüş keçiriblər 25 May 2019, 12:11 “Arsenal” yayda Mxitaryanı satmağa hazırdır 25 May 2019, 11:50 Döydü, sürüyüb mətbəxə apardı, bıçaqla saçını kəsdi və...zorladı? 25 May 2019, 11:34 Bakıda kafe sahibi qətlə yetirildi 25 May 2019, 11:29 Turizm obyektlərində qiymətlər od tutub yanır... - SƏBƏBLƏR 25 May 2019, 11:24 İsmayıllıda avtomobil ustaları heroinlə tutuldular 25 May 2019, 11:10 İcra başçısı vətəndaşların problemlərini dinlədi 25 May 2019, 11:06 Heç bir qüvvə ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə əngəl törədə bilməz 25 May 2019, 10:54 Abşeronda tikinti meydançasında krandan qırılan tros fəhləni öldürdü 25 May 2019, 10:52 Massalıda kəndə təsərrüfatı sistemi sürətlə elektronlaşır 25 May 2019, 10:41