Modern.az

Mənzillər ucuzlaşdı - SƏBƏBLƏR

Mənzillər ucuzlaşdı - SƏBƏBLƏR

Aktual

25 Fevral 2019, 11:18

“Bu ilin yanvar ayının nəticələrinə görə, mənzil bazarında durğunluq və ucuzlaşma müşahidə olunur”.

 

Bunu Modern.az-a mənzil bazarında alış və satış aktivliyi haqqında danışarkən  "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov söyləyib. O bazarda durğunluğun səbəbini bu cür izah edir:

 

“Hazırda bütün seqmentlər üzrə mənzil bazarında ucuzlaşma müşahidə olunur. Bu durumun səbəbi yeni ilin başlanğıcı ilə əlaqədardır.

 

Kredit təşkilatları bazara pul buraxmırlar, gözləmə mövqeyinə çəkiliblər və hesabat –uçotlar aparılır. Həmçinin, insanlar da hələlik bu ilə öz palanlarını tam qurub, dəqiqləşdirə bilməyiblər. Yeni situasiya deyil, hər ilin əvvəlində - yanvar-fevral aylarında aktivlik aşağı düşür, qiymətlər ucuzlaşır.

 

Mənzil bazarında canlanma isə əsasən mart ayında, Novruz bayramından sonra başlayır. O dövrdə mütləq ki, qiymətlər də əvvəlki səviyyəsinə qayıdacaq, bahalaşacaq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı