Arxiv
2 mart 2019, 16:20 | DİASPOR
20 yaşında ABŞ-da əməliyyat aparan azərbaycanlı cərrah - FOTOLAR  

Belə bir oğulu necə bağrına basıb, alnından öpməyəsən, mümkün deyil. Bəli, bu biçimdə övladlar yetişdirən xalqın qarşısında baş əyməmək günahdır, onların varlığına sevinməmək insanlıqdan olmaz…

28 yaşın içindədir, amma 28 il iş təcrübəsi olan bəzi həkimlərdən çox iş görüb, çox adama şəfa verib, necə deyərlər, bu insan, sanki anadan cərrah olmaq üçün doğulub. Haqqında söhbət açdığım Firudin Azəri mərhum Seyid Cəfər Pişəvərinin bacısı nəvəsidir. 1991-ci ildə Bakıda dünyaya gəlib. 2003-cü ildə 7-ci sinfi 7 nömrəli məktəbdə bitirdikdən sonra, Kanadaya köçüb. 2009-cu ildə tam orta təhsilini Kanadanın Fort Erie şəhərində başa vurub. Həmin il ABŞ-a gələrək, Corc Meyson Universitetinin fiziki kimya fakültəsinə qəbul olunub. Orada tam təqaüdlə oxuyb və 2013-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirib. Bununla kifayətlənməyib, 2013-2017-ci illərdə Virciniya Universitetinin tibb fakültəsində MD həkimlik dərəcəsinə yiyələnib. Bu elm ocağında təhsil aldığı dövrdə apardığı tədqiqatlara, qazandığı ballara görə universitet üzrə ən yaxşı 10 məzundan biri, cərrahiyə üzrə isə birinci olub. 2017-ci ildən Filadelfiya şəhərinin Pensilvaniya Universitetinin cərrahiyə fakültəsində ilk azərbaycanlı kimi rezidentura keçir. O, bu fakültədə elmi araşdırmalar və cərrahi əməliyatlar aparmaq üçün min həkimin arasından seçilən səkkiz nəfərdən biri olub. Desəm inanmayacaqsız, indiyədək 500-dən çox cərrahi əməliyyat aparıb. Əsasən də sahəsi ağ ciyər və mədə xərçəngidir. Söylədiyinə görə, ilk əməliyyatı hələ 20 yaşı olanda kor bağırsaq üzərində edib. Yeri gəlmişkən, ABŞ qanunlarına görə rezident həkimin nəzarəti altında cərrahi əməliyyat apara bilər. 

Qısa müddətdə bir neçə mükafata layiq də görülüb - "Cərrahiyə üzrə R.Skott Cons mükafatı" və "Hemotologiya üzrə Samuel Maykl Bruk adına mükafat"…

…Virciniya Universitetində təhsil alanda təsadüfən bir tələbə orada çalışan həmyerlimiz, cərrah Rauf Şahbazova xəbər aparır ki, bəs universitetdə bir azərbaycanlı tələbə var. Görüşüb tanış olurlar. Sonradan, bu tanışlıq dostluğa çevrilir. Birlikdə "Azərbaycan Amerika Tibb Asossasiyası"nı təsis ediblər. Təşkilat bir sıra layihələr həyata keçirib. Hətta Azərbaycandan ABŞ-a tibb sahəsində oxumağa gələn bir neçə tələbəyə yardımçı olub…

Deyir ki, - "Burada şanslar çoxdur. Özünə güvənənlər, savadına arxalananlar üçün hər cür şərait var. Mən çox istərdim ki, həkim olmaq istəyən gənclərimiz çəkinmədən ABŞ-a üz tutsunlar. Çətinliklərdən qorxmasınlar"…

18 il karatenin şotakan, enşin növü ilə məşğul olub. Caz musiqisini dinləməkdən yorulmur, internet üzərindən Azərbaycan radiolarına qulaq asır…

Anası Şəhla Azəri Bakıda yaşayır. SOKAR-ın neft bölməsində mühəndis işləyir. Onun bu səviyyəyə yetişməsində anasının rolunu xüsusi qeyd edib söyləyir ki, bütün varlığımla anama borcluyam. Mən evimizdən çıxanda 11 yaşım var idi. O, mənə inanıb, ehtimad göstərməsəydi çətin ki, bu gün burada olardım…

Söhbətimi bu yerdə bitirmək istəyirdim, amma bu gənc oğlanın həm də necə qeyrətli oğul olduğuna dəlalət edən bir hadisəni də nəzərinizə çatdırmağı lazım bildim. 17 ildir xaricdə yaşamasına baxmayaraq, milli kimliyini itirməyib. Uşaqlıqdan amerikalılar arasında yaşayıb böyüsə də ana dilində səlist danışır. On il bundan əvvəl Nyu Yorkda iştirak etdiyi məclislərin birində altı yaşından ABŞ-da böyüyən Jalə adında bir azərbaycanlı qızla tanış olub. Bu tanışlıq sevgiyə rəvac verib. Bəli, Firudin il yarımdır ki, Jalə Seyidzadə ilə nişanlıdır. İyulda adət-ənənəmizə uyğun toy etməyə hazırlaşırlar.
Uzaq Amerikada bir-birini sevən bu iki gənc azərbaycanlıya, gəlin Allahdan xoşbəxtlik diləyək…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan
[email protected]

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyülüb 21 Sentyabr 2019, 00:46 Nazirlikdən hava şəraiti ilə bağlı xəbərdarlıq: Ağac altda durmayın 21 Sentyabr 2019, 00:34 9 yaşlı uşağı maşın vurdu 21 Sentyabr 2019, 00:16 Kərbəladakı partlayışda 9 nəfər öldü 20 Sentyabr 2019, 23:53 Azərbaycan karateçisi ermənini məğlub edib qızıl medal qazandı 20 Sentyabr 2019, 23:35 Günəş sistemində partlayış 20 Sentyabr 2019, 23:16 Dünyanın 156 ölkəsində iqlim tətilləri keçirilir 20 Sentyabr 2019, 22:57 Azərbaycanda qızılca epidemiyası müşahidə olunmur 20 Sentyabr 2019, 22:42 Azərbaycanlılar Rusiya bazarından çıxarılır? - Səfirlik 20 Sentyabr 2019, 22:24 Azay Quliyev seçiciləri qəbul etdi - FOTOLAR 20 Sentyabr 2019, 22:08 Nikahdankənar əlaqələrə görə 6 aylıq həbs cəzası  - QANUN DƏYİŞİR 20 Sentyabr 2019, 21:54 “Neft gəlirləri sosial məsələlərə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək” - İlham Əliyev 20 Sentyabr 2019, 21:34 Prezident: “Neftdən əldə edilən gəlirlər ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəldilib” - YENİLƏNİB  20 Sentyabr 2019, 21:23 «İki sahil» qəzeti Neftçilər Gününə həsr olunan xüsusi buraxılış hazırladı 20 Sentyabr 2019, 21:16 Penitensiar xidmətdən İkram Rəhimovla bağlı AÇIQLAMA 20 Sentyabr 2019, 21:06 Dünya VİZAdan imtina edir 20 Sentyabr 2019, 20:50 Prezident sarayı ilə parlament binası qarşısında aksiya keçirilir 20 Sentyabr 2019, 20:33 Məhkumlar qiyam qaldırdı - VİDEO 20 Sentyabr 2019, 20:16 Deputatın qardaşının da külli miqdarda borcu var: Qalmaqal böyüyür 20 Sentyabr 2019, 20:03 Fuad Qəhrəmanlı AXCP-dən istefa VERDİ 20 Sentyabr 2019, 19:49 Telefonla ayaqyoluna girmək babasil yaradır 20 Sentyabr 2019, 19:40 Leyla Əliyeva Dənizkənarı Milli Parkda fotosərginin açılışında iştirak edib - FOTOLAR 20 Sentyabr 2019, 19:31 ABŞ İranın Milli Bankına sanksiya tətbiq etdi 20 Sentyabr 2019, 19:22 Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib -FOTO   20 Sentyabr 2019, 19:13 Novruz Məmmədov Çin parlamentinin sədri ilə görüşüb - FOTO 20 Sentyabr 2019, 19:04 Raquf Orucovun xanımından şəhid polislərin ailəsinə dəstək 20 Sentyabr 2019, 18:55 Müəllimlərin müddətli müqavilə ilə işə qəbul prosesində dəyişiklik olunur - RƏSMİ 20 Sentyabr 2019, 18:46 İstirahət günlərində gözlənilən hava PROQNOZU 20 Sentyabr 2019, 18:38 Xaricdə nə qədər azərbaycanlı dini təhsil alır? - RƏSMİ AÇIQLAMA 20 Sentyabr 2019, 18:30 Prezidentin təyin etdiyi xanım direktor kimdir? - DOSYE 20 Sentyabr 2019, 18:20 “Əsrin müqaviləsi” ilə Azərbaycan sürətli inkişaf mərhələsinə daxil oldu 20 Sentyabr 2019, 18:11 Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi 20 Sentyabr 2019, 18:09 İlham Əliyev maltalı həmkarını təbrik etdi 20 Sentyabr 2019, 17:59 Nizami Cəfərov “Şöhrət” ordeni ilə təltif edildi 20 Sentyabr 2019, 17:57 Koçaryan zaminə buraxılmadı 20 Sentyabr 2019, 17:55