Modern.az

İlham Əliyev Roma Papası Fransiski təbrik etdi

İlham Əliyev Roma Papası Fransiski təbrik etdi

Aktual

12 Mart 2019, 18:00

Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb.

Modern.az xəbər verir ki, təbrikdə deyilir: "Zati-müqəddəsləri, Tacqoyma Gününüzün ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün həmməzhəblərinizə öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlər, eyni zamanda, dinlər və mədəniyyətlər arasında dialoq və tolerantlıq mühitinin təşviqi üçün bariz nümunədir. İnanıram ki, əməkdaşlıq zəminində addımlarımız bundan sonra da dünyada sülhün və əmin-amanlığın, qarşılıqlı anlaşma və həmrəyliyin bərqərar olmasına xidmət edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, ali missiyanızda uğurlar diləyirəm".

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı