Modern.az

Deputat seçicilərini evlərində ziyarət edib - VİDEO

Deputat seçicilərini evlərində ziyarət edib - VİDEO

Aktual

13 Mart 2019, 10:04

Millət vəkili Naqif Həmzəyev Novruz bayramı ərəfəsində seçiciləri ilə görüş keçirib.

Modern.az-ın məlumatına görə, deputat seçicilərin yaşadığı məhəllələrə gedib, evlərində qonaq olub. Yel çərşənbəsinə təsadüf edən görüşdə Naqif Həmzəyev xalqımızın ən qədim və müqəddəs bayramlarından olan Novruz bayramı münasibəti ilə seçicilərini təbrik edib, ən xoş arzularını və diləklərini çatdırıb.

Deputat görüşdüyü hər bir seçicinin, qonağı olduğu hər bir ailənin qayğıları, problemləri ilə maraqlanıb. Əsasən sosial, məişət məsələlərin qaldırıldığı görüşdə millət vəkili bunları həll etmək üçün aidiyyatı qurumlara müraciət edəcəyini bildirib

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü