Modern.az

Tbilisidə əzilmiş avtomobillər bu şəkildə nümayiş etdirildi - FOTO

Tbilisidə əzilmiş avtomobillər bu şəkildə nümayiş etdirildi - FOTO

Aktual

10 Aprel 2019, 21:36

Gürcüstan paytaxtı Tbilisidə əzilmiş avtomobillərin nümayişi keçirilib. Modern.az “Azərtac”a istinadən xəbər verir ki, avtomobil qəzaları nəticəsində əzilmiş və yararsız hala düşmüş avtomobillər Tbilisinin mərkəzi küçələrində xüsusi hazırlanmış bir neçə yerdə tərsinə qoyularaq nümayiş etdirilib.

 

Yerli mətbuatın məlumatına görə, ölkədə ilk dəfə keçirilən aksiyanın təşkilatçısı nə paytaxt meriyası, nə də Daxili İşlər Nazirliyidir. Bununla belə, heç bir qurum əzilmiş avtomobillərin nümayişinə etiraz etməyib.

 

Aksiyanın özəl şirkətlər və qeyri-hökumət təşkilatları tərəfindən keçirildiyi ehtimal olunur. Bildirilir ki, aksiya son zamanlar avtomobillərin iştirakı ilə törədilən qəzaların sayının artmasına etiraz əlaməti olaraq təşkil edilib.

 

Təşkilatçılar bu yolla avtomobil sahiblərini, xüsusən də avtomobilləri sərxoş halda, narkotik vasitələrin təsiri altında, sürətlə idarə edən, işıqforların qadağanedici siqnallarına məhəl qoymayan sürücüləri ehtiyatlı olmağa çağırırlar.

 

Əzilmiş avtomobillərin çevrilmiş halda nümayişi böyük marağa və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Əksəriyyət aksiyanı dəstəkləsə də, təşkilatçıları tənqid edənlər də var.

 

Məlumat üçün qeyd edək ki, Gürcüstanda baş verən avtomobil qəzalarının böyü əksəriyyəti paytaxt Tbilisidə qeydə alınıb. 2018-ci ildə ölkə üzrə 6400 avtomobil qəzası qeydə alınıb, nəticədə 459 nəfər həyatını itirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü