Modern.az

Putin Şimali Koreya lideri ilə Vladivostokda görüşəcək

Putin Şimali Koreya lideri ilə Vladivostokda görüşəcək

Dünya

22 Aprel 2019, 22:30

Şimali Koreya lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putinin görüş yeri dəqiqləşib.

Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, prezidentlər aprelin 25-də Vladivostokda görüşəcək.

Məlumata görə, iki liderin görüşü Russki adasında yerləşən Uzaq Şərq Federal Universitetinin kampusu ərazisində baş tutacaq. Danışıqlardan sonra Putin Çinə gedəcək, Kim Çen In isə aprelin 26-dək Vladivostokda qalacaq. Burada onun üçün mədəni proqram hazırlanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!