Arxiv
24 Aprel 2019, 16:51 | AKTUAL
Zaqatalada heyvanlar peyvəndləndi

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Dövlət Baytarlıq Xidməti bildirir ki, hazırda Zaqatala Rayon Baytarlıq İdarəsi vətəndaşların xüsusi mülkiyyətində olan 60715 baş iribuynuzlu, 137802 baş xırdabuynuzlu, 4369 baş təkdırnaqlı, 329125 ev quşu, 30647 arı ailəsinə baytarlıq xidməti göstərir.         

 

Cari ilin ilk günlərindən başlayaraq rayonun həm fərdi, həm də fermer təsərrüfatlarında saxlanılan heyvanlar arasında profilaktiki peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verilib. Heyvanlar arasında tədbirlər 19 sahə baytarlıq məntəqəsi vasitəsi ilə aparılır.

 

Hazırda Zaqatala Rayon Baytarlıq İdarəsi  tərəfindən rayonun Əliabad qəsəbə sakini Həsənov Nəzirə məxsus 102 baş iribuynuzlu və 220 baş xırdabuynuzlu heyvan saxlanılan təsərrüfatda, eləcə də həmin qəsəbə sakini Qarayev Sayada  məxsus 48 baş iribuynuzlu, 400 baş xırdabuynuzlu və digər heyvanlarda müvafiq epizootik tədbirlər icra edilib. Qeyd edək ki, Əliabad qəsəbəsinə daxil olan ərazidə 72000 baş iribuynuzlu heyvan, 4071 baş xırdabuynuzlu heyvan 25410 baş quş, 539 baş at və 1757 arı ailəsi mövcuddur. Ümumiyyətlə, isə rayonun 32 kənd, 2 qəsəbə və 1 şəhəri əhatə edən təsərrüfatlarında 60341 baş iribuynuzlu, 3709 baş təkdırnaqlı heyvanda qarayara, 3443 baş itdə quduzluq, 278572 baş cücədə (“La-sota” ştammı ilə) və 63086 baş quşda (“H” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı profilaktik peyvəndləmə aparılıb.

 

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 2765 baş iribuynuzlu və 83 baş xırdabuynuzlu heyvandan qan alınaraq seroloji müayinə edilməsi üçün laboratoriyaya göndərilib. Eləcə də 15062 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya tədbirləri görülüb.  

Fevral ayından Zaqatala rayonu ərazisində saxlanılan heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 60908 baş iribuynuzlu və 38181 baş xırdabuynuzlu heyvanda dabaq xəstəliyinə qarşı peyvəndləmə aparılıb.

 

Mart ayının ilk günlərindən isə Zaqatala Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı aparılacaq vaksinin bölgüsü başa çatdırılıb və peyvəndləmə tədbirinə başlanılıb. Artıq 24989 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.

Qeyd edək ki, tədbirlər çərçivəsində maarifləndirmə işi aparılaraq həm xüsusi təhlükəli, həm də yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri mozalanlarına qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.

 

Zaqatala rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, leptospiroz, bruselyoz (Ştam-19 vaksini ilə), xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiroz, quşlar arasında xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin atlarda manqo (göz sınağı müayinəsi), iribuynuzlu heyvanlarda vərəm (allergik müayinə), xırdabuynuzlu heyvanlarda bruselyoz və qoçlarda epididimitə (seroloji müayinə) görə diaqnostik, quşlarda, iri və xırdabuynuzlu heyvanlarda (askaridioz, diktikaulyoz, fassilyoz və s.) koproloji müayinələrin aparılması nəzərdə tutulur.  

 

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Polislərin hədəf alındığı partlayış 20 Avqust 2019, 00:47 Sabirabadda 34 yaşlı kişi özünü asdı 20 Avqust 2019, 00:33 Binəqədidə ev ikinci dəfə qarət edildi 20 Avqust 2019, 00:17 Ukraynanı qorxuda saxlayan 3 Gürcüstan vətəndaşı saxlanılıb 19 Avqust 2019, 23:59 Azərbaycan nefti bahalaşıb 19 Avqust 2019, 23:44 Deputatın həbs edilən qardaşı oğlu kimdir? 19 Avqust 2019, 23:26 Gömrükdə 74 500 ədəd aksiz markası aşkarlandı 19 Avqust 2019, 23:12 Azərbaycanda Aqrar Sığorta Fondu yaradılır - FƏRMAN 19 Avqust 2019, 22:52 "Neftçi" yenə xal itirdi 19 Avqust 2019, 22:33 Ərdoğan xanımı ilə antik kəndi gəzdi - FOTO 19 Avqust 2019, 22:19 Azərbaycandakı “KQB agentləri” bir neçə qrupa bölünür - Gizli şəbəkə üzvləri... 19 Avqust 2019, 22:03 İran S-300-ün analoqunu yaratdı 19 Avqust 2019, 21:58 ABŞ qadağan olunan silahın sınağını keçirdi 19 Avqust 2019, 21:45 Masallılı gənc toyundan 11 gün sonra öldü - FOTO 19 Avqust 2019, 21:26 “Relaks”dakı dava belə başladı - VİDEO 19 Avqust 2019, 21:13 Elmar Məmmədyarov ABŞ-da oğluna toy etdi - FOTO 19 Avqust 2019, 20:56 Azərbaycanda neft hasilatı azalıb 19 Avqust 2019, 20:44 Bizneslə məşğul olan qadınların sayı 12 faiz artıb 19 Avqust 2019, 20:30 Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla sərhəddə gəldi 19 Avqust 2019, 20:18 Astarada 40 yaşlı qadın itkin düşüb 19 Avqust 2019, 20:05 Azərbaycanda çəkilən “Şollerin arxivi” filmi daha bir beynəlxalq uğura imza atdı - FOTOLAR 19 Avqust 2019, 20:03 Göygöl polisinə yeni rəis təyin olundu   19 Avqust 2019, 19:49 Maşın oğrusu tutuldu 19 Avqust 2019, 19:38 Taqım komandirlərin hazırlıq məşğələləri yekunlaşdı - FOTOLAR 19 Avqust 2019, 19:29 Nazir müavini yol qəzasında öldü - FOTO 19 Avqust 2019, 19:17 "WhatsApp" da barmaq izinə keçir 19 Avqust 2019, 19:05 Mənim doğma universitetim...     19 Avqust 2019, 18:58 Sərhədin razılaşdırılmamış sahələrinə baxış keçiriləcək 19 Avqust 2019, 18:46 Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO 19 Avqust 2019, 18:34 Nazirlik şagirdlərin elektron yerdəyişməsi prosesinə aydınlıq gətirdi   19 Avqust 2019, 18:22 Dövlət büdcəsinin kəsiri 667 milyon manatı ötdü - Azərbaycanda 19 Avqust 2019, 18:11 Bakı Metropoliteni qış qrafikinə keçir - Yeni dərs ilindən  19 Avqust 2019, 18:00 Deputat İqbal Məmmədov “Relaks”dakı insidentlə bağlı açıqlama YAYDI 19 Avqust 2019, 17:43 Saxta içkilər istehsal edən sex aşkarlandı - FOTO 19 Avqust 2019, 17:35 General Vilayət Eyvazov əsgərlərlə birlikdə nahar etdi - FOTO 19 Avqust 2019, 17:32