Modern.az

Məişət tullantılarından səmərəli istifadə təbliğ ediləcək

Məişət tullantılarından səmərəli istifadə təbliğ ediləcək

Aktual

8 May 2019, 22:59

"Rəqəmsal İnkişaf" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə may ayndan başlayaraq “Tullantılara ikinci həyat bəxş et” layihəsini həyata keçirir.

 

İctimai Birliyin sədri Könül Ağayevanın Modern.az-a verdiyi məlumata görə, layihənin əsas məqsədi gənc nəsilə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, lazımsız saydıqlarımız əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməklə atılmış əşyalar, tullantı materiallarına yenidən həyat vermək prinsiplərini əsas tutaraq bir qrup gənclərə birlikdə Trash ART – Tullantıdan İncəsənətə adlı kampaniyanın təşkilindən ibarətdir.

 

Layihə dövründə 3 günlük Trash ART – Tullantıdan incəsənətə adlı təlim təşkil olunacaq. Təlimdə məişət tullantılarından, lazımsız əşyalardan istifadə edərək 30-a yaxın kiçik sənət nümunələri hazırlanacaq. 3 günlük TRASH ART - Tullantıdan incəsənətə adlı təlim xarakterli kampaniyada 25 nəfər gənc iştirak edəcək.

 

Təlim zamanı hazırlanan 30 (otuz) ədəd kiçik sənət nümunələri Park Bulvar Ticarət mərkəzində gənclərin iştirakı ilə 1 (bir) gün müddətində “İkinci Həyat” adlı sərgi təşkil olunacaq. Sərgidə layihədə iştirak edən gənclərimizin köməyi ilə vətəndaşlara tullantıların düzgün idarə edilməsinə töhfə vermiş olacağıq. Biz bu sərgi vasitəsilə istifadəyə yararsız saydığımız əşyalara təkrar istifadə yolu ilə ikinci həyat verildiyini, məişət tullantıların azaltmaqla ətraf mühiti və təbiətimizi qorumağa təbliğ etməklə gənclərimizi asudə vaxtlarının səmərəli istifadəsinə mesaj vermiş olarıq.

 

Bununla yanaşı məişət tullantılarının təkrar emalı və eləcə də tullantıdan incəsənətə haqqında bukletlər, və eləcə də ingilis, rus və azərbaycan dillərində TRASH ART haqqında təqdimat proqramı hazırlanaraq disklərə yazılıb ibtidai sinif müəllimlərinə təqdim olunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü