Arxiv
19 May 2019, 14:04 | AKTUAL
Ukrayna Azərbaycanlıları Radası ölkə ictimaiyyətinə müraciət etdi – “Təxribatlara uymayın”

Ukrayna Azərbaycanlıları Radası Diasporla İş üzrə Dövlət Komitəsinə, Mətbuat Şurasına və Azərbaycan ictimaiyyətinə müraciət edib.

Modern.az xəbər verir ki, Müraciətdə deyilir: “Bildiyiniz kimi, ötən gün Ukraynanın Jitomir şəhərində soydaşlarımız arasında qanlı hadisə baş vermiş, nəticədə Pərvin Şirinov adlı soydaşımız amansızcasına qətlə yetirilmişdir. Hadisə ilə bağlı Ukrayna hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Ukrayna Azərbaycanlıları Radası da öz növbəsində məsələni yaxından izləyir. Ümid edirik ki, bu ağır cinayət hadisəsində iştirak edənlərin hamısı layqli cəzalarını alacaqlar.

Təəssüflə bildiririk ki, Ukraynada fəaliyyət göstərən diaspor təşkilatlarının milli maraqlardan çıxış edərək bir araya gəlməsindən tədirgin olan bəzi qüvvələr məişət zəminində törədildiyi ehtimal olunan sözügedən qətl hadisəsindən Ukrayna Azərbaycanlıları Radasına qarşı istifadə etməyə çalışır, Azərbaycan ictimaiyyətində çaşqınlıq yaratmağa xidmət edən təxribatçı fəaliyyətlə məşğul olurlar. Narahatılıq yaradan hallardan biri də odur ki, belə təxribatçı planların həyata keçirilməsində Azərbaycanın bəzi xəbər resurslarından da istifadə olunur. Həmin xəbər mənbələri faktları dəqiqləşdirmədən və hər hansı araşdırma aparmadan məqsədli şəkildə diaspor fəallarının adını hallandıraraq, onların işgüzar nüfuzuna xələl gətirir, diaspor quruculuğu və dövlət maraqlarının təmin olunması istiqamətində həyata keçirlən fəaliyyətə kölgə salmağa çalışırlar.

Qətiyyətlə bildiririk ki, baş vermiş cinayət hadisəsinin, Ukrayna Azərbaycanlıları Radası – bu qurumda bir araya gələn diaspor təşkilatlarının təmsilçiləri ilə heç bir əlaqəsi yoxdur. Diaspor təşkilatlarının adının bu məsələdə hallandırılmasını böyük zəhmət hesabına əldə olunmuş bilrliyi pozmağa cəhd kimi qiymətləndiririk. Bu kimi ziyanlı fəaliyyət nümunələri əslində dövlət maraqlarımıza qarşı yönəlir, böyük bir coğrafiyada milli ideyaların təbliği kimi vacib istiqamətə ciddi zərbə vurmuş olur.

İllərdir birliyin əldə olunmaması, diaspor təşkilatları arasında narazılıq mühitinin hökm sürməsi və bundan da şəxsi maraqlar üşün istifadə etməyə çalışan məkirli dairələrin təxribatları gözlənilən idi. Lakin onların bu işi adi məişət müstəvisində baş vermiş qətl hadisəsi üzərindən həyata keçirəcək qədər kiçiləcəklərini gözləmirdik. Görünür Ukrayna Azərbaycanlıları Radasının yaradılması və soydaşlarımızın vahid bir platformada birləşməsi həmin dairələrin şəxsi maraqlarına çox ciddi təsir göstərib. 

Diasporla İş üzrə Dövlət Komitəsini və bu ideyanın təşəkkül tapması üçün dəstəyini əsirgəməmiş Azərbaycan mətbuatını əmin edirik ki, Ukraynadakı diaspor fəallarının gərgin əməyi ilə ərsəyə gətirilmiş Ukrayna Azərbaycanlıları Radası sağlam və səmimi münasibətlər üzərində qurulmuş diaspor birliyidir və bu birliyin qorunub saxlanılması üçün əlimizdən gələni əsirgəməyəcəyik. 

Ölkə ictimaiyyətini, bu məsələdə tələskənliyə yol verərək mövqe nümayiş etdirən ziyalılarımızı mənbəsi bəlli olmayan “informasiyalara” etimad göstərməməyə çağırırıq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Abid Tahirlinin yeni monoqrafiyası nəşr olunub 24 İyun 2019, 15:19 Azərbaycan dili fərdlər arasında birlik yaradır... - I YAZI 24 İyun 2019, 14:49 “İmamoğlu Ərdoğana rəqib ola bilər, amma...” - Azərbaycanlı deputatlardan REAKSİYA 24 İyun 2019, 14:31 Media nümayəndələri İlahiyyat İnstitutunda imtahanları izlədi   24 İyun 2019, 14:12 Paşinyan Qarabağa görə Təhlükəsizlik Şurasının iclasını çağırdı 24 İyun 2019, 14:04 595192 hektar sahədə taxıl biçini aparıldı 24 İyun 2019, 13:53 Sabah 40 dərəcə isti olacaq - XƏBƏRDARLIQ 24 İyun 2019, 13:50 Vilayət Eyvazov müşavirə keçirdi 24 İyun 2019, 13:45 Ölmüşdü Ağdam... 24 İyun 2019, 13:34 Mehdiabad yolunda qəza – 3 nəfər yaralandı   24 İyun 2019, 13:15 Şəhriyar Məmmədyarov 28 şahmatçı ilə eyni anda oynadı   24 İyun 2019, 12:58 Nazir: “İlk dəfə minimum əməkhaqqı yaşayış minimumunu üstələyir” 24 İyun 2019, 12:53 Gürcüstan iqtidarı müxalifətin əsas tələbini qəbul etdi 24 İyun 2019, 12:53 “Namizədlər bu işə məsuliyyətsiz yanaşıb” – Məleykə Abbaszadə   24 İyun 2019, 12:40 Elçibəyin oğlu: “Atam təmtəraqlı ad günlərini sevməyib” 24 İyun 2019, 12:37 İstirahət günlərində Azərbaycan yollarında 11 nəfər öldü 24 İyun 2019, 12:36 Xarici diplomatlar DOST MƏRKƏZİNDƏ - FOTOLAR 24 İyun 2019, 12:31 Kanadada Azərbaycan mətbəxi haqda kitab buraxıldı 24 İyun 2019, 12:26 Diaspor rəhbəri Finlandiya səfiri ilə müzakirə apardı   24 İyun 2019, 12:16 Bakıda BMT-nin Dövlət Xidmətləri üzrə mükafatlandırma mərasimi keçirilib   24 İyun 2019, 12:06 “Yol polisini hər adama etibar etmək olmaz” - General Zeynalovla bağlı məsələyə deputatdan münasibət 24 İyun 2019, 12:01 BDU-nun 300-ə yaxın tələbəsi rektora ŞİKAYƏT ETDİ 24 İyun 2019, 12:00 İstilər normadan 3-4 dərəcə yüksəkdir - AÇIQLAMA 24 İyun 2019, 11:46 İran ABŞ sanksiyalarına görə Azərbaycandan “nəfəs” istəyir - RƏSMİ 24 İyun 2019, 11:38 Çingiz Qənizadə seçicilərinə söz verdi 24 İyun 2019, 11:33 Mehriban Əliyeva BMT Baş katibinin müavini ilə görüşdü - YENİLƏNİB 24 İyun 2019, 11:29 Elza Yazıçılar Birliyinə üzv olmaqda israrlıdır 24 İyun 2019, 11:25 Təhsil Nazirliyindən dərsliklərlə bağlı ÇAĞIRIŞ 24 İyun 2019, 11:19 Artur Rasizadə son nazir təyinatlarından DANIŞDI: “Bu şəxslər çoxdandır ki...” - EKSKLÜZİV 24 İyun 2019, 11:12 Saakaşvilinin partiyası seçkilərə buraxılmadı, səbəbi AÇIQLANDI 24 İyun 2019, 11:07 BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək 24 İyun 2019, 10:54 Ağdamda monitorinq keçiriləcək 24 İyun 2019, 10:53 Mehriban Əliyeva BMT-nin Dövlət Xidmətləri Forumunun açılışında  - FOTOLAR 24 İyun 2019, 10:48 Rezidenturaya qəbul olmaq istəyənlər mütləq OXUSUNLAR! 24 İyun 2019, 10:47 Bizi öldürən pis VƏRDİŞLƏR - Ürəyin ən güclü DÜŞMƏNLƏRİ 24 İyun 2019, 10:44