Modern.az

Əli Əhmədov: “Sadə ermənilər də bu qərarı gözləyir”

Əli Əhmədov: “Sadə ermənilər də bu qərarı gözləyir”

Təhsil

11 Yanvar 2012, 17:13

“Əgər belə bir görüş baş tutacaqsa, təbii ki, ondan nəsə gözləmək olar. Çünki görüşdən heç nə gözləməsək, o görüşə getməyin heç mənası olmazdı”.

Bu fikirləri jurnalistlərlə söhbətində Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, millət vəkili Əli Əhmədov Azərbaycan və Ermənistan prezidentlərinin yanvarın 23-24-də Soçidə keçirilməsi gözlənilən görüşü ilə bağlı fikirlərini açıqlayarkən deyib.

YAP rəsmisi bildirib ki, Azərbaycanın siyasətində münaqişənin dinc yolla həll olunması prioritet istiqamətdir: “Biz hesab edirik ki, danışıqların uzun müddət davam etməsinə baxmayaraq, onun potensialı tükənməyib. Hələ də münaqişənin dinc yol və vasitələrlə nizama salınması ehtimalı qalır. Buna görə də Azərbaycan danışıqlar prosesində iştirak edir. Bu mənada növbəti danışıqdan da gözləntimiz ondan ibarətdir ki, nəhayət, Ermənistan qeyri-konstruktiv mövqeyinə son qoysun və danışıqlar masası ətrafında ədalətli şəkildə münaqişənin nizama salınması ilə bağlı qərar qəbul etsin. Belə qərarı tək Azərbaycan gözləmir. Ermənistanın iqtisadi sıxıntılar və demoqrafik fəlakətlər içərisində yaşayan sadə insanları da bu qərarı çoxdan gözləyir. Sadəcə, Ermənistanın həmin sadə insanları da siyasətçilərinin həyata keçirdiyi ağıllı olmayan siyasətin girovuna çevriliblər. Düşünürük ki, Ermənistan siyasətçiləri bunu dərk edəcək və münaqişənin həlli üçün cəsarət tələb edən addımları ata biləcəklər. Gözləntilərimiz bundan ibarətdir”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü