Arxiv
25 İyun 2019, 09:44 | AKTUAL
BNA evakuatorları işə salır – Qayda pozanlar təxliyə olunacaq

Nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin edilməsi və yol hərəkətinin təşkili sahəsində tədbirlər davam etdirilir.

 

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayevin Modern.az-a verdiyi məlumata görə, gündəlik olaraq paytaxtın inzibati ərazisində dayanma və durma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirləri görülür:

“Proses həm xüsusi proqram təminatı olan planşetlərlə təmin olunmuş əməkdaşlar, həm də qanunsuz parklanmaya intellektual nəzarət sisteminin kameraları vasitəsi ilə icra edilir. İnzibati tədbirlərlə yanaşı, sürücülərin yol hərəkəti qaydalarına, o cümlədən dayanma və durma qaydalarına əməl etməyə sövq edən maarifləndirmə işləri də aparılır. Görülən müvafiq tədbirlər sayəsində bır sıra, xüsusən də mərkəzi küçə və prospektlərdə nəqliyyat axını əhəmiyyətli dərəcədə yaxşılaşıb, yolların buraxıcılıq qabiliyyəti artıb”.

 

M.Ağayev vətəndaşların əvvəlcədən məlumatlandırılmasının əhəmiyyətini nəzərə alaraq bildirib ki, yaxın günlərdə Agentlik tərəfindən dayanma, durma və parklanma qaydalarını pozan nəqliyyat vasitələrinin nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa daşınması– təxliyə xidmətinə başlanılacaq:

“İlkin olaraq təxliyyə işləri vətəndaşlar tərəfindən daha çox şikayət olunan, qanunsuz parklanma səbəbindən günün pik və qeyri-pik saatlarında nəqliyyat sıxlığı müşahidə edilən ərazilərində həyata keçiriləcəkdir. Təxliyyə prosesi əsasən, yolun hərəkət zolağında, ikinci cərgədə, yol kəsişmələrində, eyni səviyyəli piyada keçidlərində, avtobus dayanacaqlarında, səkilərdə park edərək digər yol hərəkəti iştirakçılarına ciddi maneə yaradan nəqliyyat vasitələrinə qarşı tətbiq ediləcək.

 

Şəffaflığın təmin edilməsi məqsədi ilə təxliyə prosesinin video qeydiyyatı təmin olunacaq. Təxliyə olunan nəqliyyat vasitələri Bakı Nəqliyyat Agentliyinin inzibati binasının yerləşdiyi avtobus deposunun ərazisindəki, Hökumət Evi qarşısındakı və Fizuli və Mirzağa Əliyev küçələrinin arasındakı yeraltı avtomobil duracaqlarına daşınacaq. Hər iki duracaqda nəqliyyat vasitələri sahiblərinin qanunvericiliklə nəzərdə tutulan ödənişləri etməsi üçün müvafiq terminallar quraşdırılıb. Ödənişlər yalnız nağdsız qaydada aparılacaq.

Bir daha bütün sürücülərə müraciət edərək onları dayanma-durma qaydalarına əməl etməyə və bir-birimizə qarşı anlayışlı olmağa səsləyirik. Yalnız anlayışla yanaşdığımız halda, şəhər yollarında hərəkətin daha rahat, maneəsiz və təhlükəsiz olacağına ümid edirik”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sürücülər üçün dünyanın ən arzuolunmaz şəhəri 21 Noyabr 2019, 00:48 "WhatsApp"da boşluq aradan qaldırıldı 21 Noyabr 2019, 00:30 Soçidə 6 hektar meşə yanıb kül oldu 21 Noyabr 2019, 00:13 Samuxda qaz sızmasından partlayış  20 Noyabr 2019, 23:53 Azərbaycan nefti ucuzlaşıb 20 Noyabr 2019, 23:37 Bakıda "Qoşa çinar" restoranı yandı 20 Noyabr 2019, 23:19 Naxçıvanda qanunsuz yaşayan 36 əcnəbi aşkarlanıb 20 Noyabr 2019, 22:59 Azərbaycana gələnlərin sayı artdı - SƏBƏB 20 Noyabr 2019, 22:43 Bu ölkənin Azərbaycana 7 milyon dollar borcu var 20 Noyabr 2019, 22:24 İrandan ABŞ-a etiraz notası 20 Noyabr 2019, 22:11 "Kürdlərin geri çəkilməsi prosesi başa çatıb" - Lavrov 20 Noyabr 2019, 21:58 Kürdəmirdə ağr qəza: Ölən və yaralanan var 20 Noyabr 2019, 21:42 Bərdədən Bakıya ziyarətgaha gələn ruhi xəstə qadın itkin düşdü 20 Noyabr 2019, 21:31 QDİƏT-in iclasında erməni təxribatının qarşısı alındı 20 Noyabr 2019, 21:14 Qarakənd üzərində vertalyotu kim vurdu? - Hadisə yerinə ilk çatan jurnalist DANIŞDI 20 Noyabr 2019, 21:07 AFFA-ya sərt tənqid: Futbolu 23 il əvvələ qaytardınız - VİDEO 20 Noyabr 2019, 20:49 "Rusiya ilə Azərbaycan qarşılıqlı əlaqələrini genişləndirir" - Valentina Matviyenko 20 Noyabr 2019, 20:29 QHT Şurası 18 dövlət orqanı ilə birgə müsabiqə elan etdi 20 Noyabr 2019, 20:16 Gəncədə daha bir qadın itkin düşdü 20 Noyabr 2019, 20:01 Dünyanın ən yaxşı pasportları açıqlandı - Azərbaycan 100-lüyə düşmədi 20 Noyabr 2019, 19:59 İrəvanda etiraz aksiyası keçirilir 20 Noyabr 2019, 19:56 “Ölkəyə gətirilən ərzaq məhsullarının tərkibi əsil xəstəlik mənbəyidir” - Deputat həyacan təbili çaldı 20 Noyabr 2019, 19:41 Hindistan səfiri Aslan Aslanovla görüşüb 20 Noyabr 2019, 19:30 Rəsulzadə və Nuru Paşanın birgə rəsmi olan avro çap olundu - FOTO 20 Noyabr 2019, 19:16 Van Damm heykəlinə görə Azərbaycana təşəkkür etdi - FOTO 20 Noyabr 2019, 18:49 Prezident tanınmış jurnalistə fəxri ad verdi 20 Noyabr 2019, 18:30 Mehriban Əliyeva Rusiyaya səfər edib 20 Noyabr 2019, 18:25 Xaricdəki daha 1385 azərbaycanlı geri qaytarılacaq 20 Noyabr 2019, 18:00 Prezident sumqayıtlıları təltif etdi - TAM SİYAHI 20 Noyabr 2019, 18:00 Tahsil Nazirliyi valideynlərin payız tətili ilə bağlı iradına CAVAB VERDİ 20 Noyabr 2019, 17:54 ABŞ-ın Dövlət katibi istefa vermək istəyir 20 Noyabr 2019, 17:48 Xalq artisti evini satışa çıxardı - ŞOK QİYMƏTƏ - VİDEO 20 Noyabr 2019, 17:42 Azərbaycanda polisi ürəyindən vurdular 20 Noyabr 2019, 17:35 Göygöldə yol qəzası: ağır yaralılar var 20 Noyabr 2019, 17:28 Maradona istefa verdi 20 Noyabr 2019, 17:20