Arxiv
25 İyun 2019, 15:17 | AKTUAL
Universiteti ən yüksək balla bitirən məzun: “Çox xoşbəxtəm ki, məhz BMU-nu seçdim”

Bakı Mühəndislik Universiteti müasir tələblərə cavab verən tədris sistemi ilə yanaşı, tələbə həyatı və müsbət ənənələri ilə fərqlənir. Belə ənənələrdən biri də universiteti ən yüksək balla bitirən tələbənin adı yazılmış lövhənin məzun kötüyündə yer almasıdır. Bu il BMU-nu 99.14 balla bitirən və İngilis dili və ədəbiyyatı müəllimliyi ixtisasından məzun olan Almaz Mirzəyeva eyni zamanda ölkəmizin digər universitetlərindən məzun olanlar arasında da birinci yeri tutub.

 

Modern.az xəbər verir ki, Almaz Mirzəyeva universitetdə keçirilən “Məzun Günü” tədbirində çıxış edərək beş il təhsil aldığı təhsil müəssisəsi haqqında təəssüratlarını və ürək sözlərini ifadə edib:

“Çox xoşbəxtəm ki, məhz BMU-nu seçdim, çünki elə birinci kursdan etibarən universitet bütün ümidlərimi doğrultmağa başladı. Universitetin professional müəllim heyəti və səmimi ab-havasından tutmuş, beynəlxalq nüfuzu, ingilis dilində tədrisi, dünya standartlarına cavab verən təhsil sisteminə qədər bütün üstünlükləri  mənim həm elmi sferada, həm də sosial cəhətdən şəxsi inkişafıma təkan vermişdir. Beş il ərzində hər zaman bu universitetin tələbəsi olmağın fərqini hiss etmiş və hər yerdə fəxr hissi ilə adını çəkmişəm. Universitetdə qazandığım bilik və bacarıqlar nəticəsində bir sıra nailiyyətlər əldə edə bilmişəm. Təhsil müddətində Alman Akademik Mübadilə (AAM) proqramı olan DAAD tərəfindən təqaüd qazanaraq Almaniyada beynəlxalq yay məktəbində iştirak etmiş, eləcə də Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən “Gələcəyin müəllimi” təqaüdünə layiq görülmüşəm. Burada qazandığım bacarıqlar mənə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu kimi bir sıra qlobal forum və beynəlxalq konfranslarda iştirak haqqı qazandırmış, eləcə də bu bilikləri beynəlxalq arenada tətbiq etmək imkanı yaradıb. Tələbəlik illərimdə amerikalı mütəxəssislə birlikdə “Elm, Texnologiya və Mühəndislik üzrə ingilis dilinin tətbiqi”  adlı layihə həyata keçirmiş, daha sonra Beynəlxalq Təhsil üzrə Amerika Şurasında təlimçi kimi fəaliyyət göstərmişəm. Həmçinin bakalavr tələbəsi kimi tədqiqatlar aparmış və bunun nəticəsində beynəlxalq elmi jurnallarda 4 akademik məqaləm nəşr olunmuşdur. Nəşr olunan məqalələrimə görə academia.edu saytında ən yaxşı (top 0,5% ) müəlliflər sırasına yüksələ bilmişəm.  Bütün bunlarla yanaşı, ixtisasımla bağlı olan müxtəlif kurslarda onlayn təhsil almış və Arizona Universiteti, Qlasqov Universiteti, Pensilvaniya Universiteti kimi dünyaca məşhur bir sıra universitetlərdən sertifikatlar əldə edə bilmişəm. Bütün bu uğurlarımda universitetdəki dəyərli müəllimlərimin və ümumilikdə universitetimin yaratdığı imkanların rolu əvəzsizdir”. 

 

Qeyd edək ki, Almaz Mirzəyeva 1996-cı ildə Bakı şəhərində dünyaya göz açıb. 2003-cü ildə Bakı şəhər 187 saylı tam orta məktəbə gedib, 11 il ərzində əla qiymətlərlə oxuyan Almaz Mirzəyeva orta təhsili qızıl medalla bitirib. O, 10-cu sinifdə oxuyarkən “Nizami Gəncəvi – 870” adlı  inşa yazı müsabiqəsində Respublika üzrə I yerə layiq görülüb. Almaz deyir: “Yalnız ixtisas qrupundakı 5 fənni deyil, məktəbdə tədris olunan bütün fənləri yaxşı oxuyurdum. Qəbul imtahanlarında 545 bal toplayaraq Bakı Mühəndislik Universitetinə qəbul olundu. Bu universitetdə təhsil almaq arzusu məndə 11-ci sinifdə oxuyan zamanlardan yaranmışdı. Məktəbimizin universitetə təşkil etdiyi ekskursiya sayəsində BMU-nu tanıdım və burada olan təhsil mühitinin canlı şahidi oldum. Elə o gün universitet seçiminə qərar verdim. Bu gün bir daha düzgün qərar verməyimin sevincini yaşayıram”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Türkiyəni qınayanlar evlərində rahat yatırlar” 14 Oktyabr 2019, 09:32 Türkdilli ölkələrin prezidentləri Bakıya toplaşır 14 Oktyabr 2019, 09:05 Şimali Kipr prezidenti rəsmi Ankaranı QƏZƏBLƏNDİRDİ 14 Oktyabr 2019, 08:57 Tənzilə Rüstəmxanlı: “Bizi biabır edən bu gənclər nə zaman yetişdi?” - MÜSAHİBƏ 14 Oktyabr 2019, 08:36 Dövlət Nəzarət Təhükəsizlik Departamenti... Adı vahimə yaradan, xüsusi geyim forması olan bu qurum nə işlər görür? - FOTOLAR 14 Oktyabr 2019, 08:13 Bu gün “Avro-2020”nin seçmə mərhələsində final kimi oyun: Fransa-Türkiyə - TƏQVİM 14 Oktyabr 2019, 08:11 “Avro-2020”nin seçmə mərhələsində daha 9 oyunun NƏTİCƏSİ 14 Oktyabr 2019, 08:01 Yeni robot fotoqraf işə başlayıb 14 Oktyabr 2019, 00:34 Niyam "Maşın"dan getdi: Laləni isə göz yaşları qorudu 14 Oktyabr 2019, 00:08 Bakıda jurnalist vəfat etdi 13 Oktyabr 2019, 23:57 Hakim səhvini etiraf edib Azərbaycandan ÜZR İSTƏDİ 13 Oktyabr 2019, 23:50 Makron təcili Təhlükəsizlik Şurasını topladı 13 Oktyabr 2019, 23:31 Suriya ordusu Türkiyəyə qarşı 13 Oktyabr 2019, 23:14 Vasim Məmmədəliyev vəfat edib 13 Oktyabr 2019, 22:56 "Ən çox oyunçularıma görə üzülürəm" - Nikola Yurçeviç  13 Oktyabr 2019, 22:38 Türkiyə Suriyada 525 terrorçunu zərərsizləşdirdi 13 Oktyabr 2019, 22:16 Millimiz hakim səhvinin qurbanı oldu - VİDEO 13 Oktyabr 2019, 21:57 Bakıda təkər emalı sexi yandı 13 Oktyabr 2019, 21:29 Azərbaycan idmançısı Olimpiya Oyunlarına lisenziya qazandı 13 Oktyabr 2019, 21:13 ABŞ hərbçilərini  Suriyadan çıxarmağa başlayıb 13 Oktyabr 2019, 20:47 Türkiyə ilə Ukrayna arasında diplomatik qalmaqal 13 Oktyabr 2019, 20:26 Türk Ordusu 59 məntəqəni terrorçulardan təmizləyib 13 Oktyabr 2019, 19:31 Tanınmış telejurnalistə ağır itki üz verib 13 Oktyabr 2019, 18:53 Müsavat Partiyasında yeni başqan məlum oldu - NƏTİCƏLƏR 13 Oktyabr 2019, 18:26 NASA-dan ürküdücü FOTOlar - "Dünya fəlakətə doğru gedir!" 13 Oktyabr 2019, 18:00 Tramp ABŞ qoşunlarının Suriyadan çıxarılması barədə əmr verdi 13 Oktyabr 2019, 17:52 Ocaq yandırdı, partlayışa səbəb oldu - Xəsarət alan var 13 Oktyabr 2019, 17:45 Bakıda 4 otaqlı ev yanıb 13 Oktyabr 2019, 17:36 Gəncədə ev yanıb, xəsarət alanlar var - FOTO   13 Oktyabr 2019, 17:22 Tanınmış müğənni Türkiyəyə köçdü 13 Oktyabr 2019, 17:07 Metroda tapdığı pulu polisin köməyi ilə sahibinə qaytardı   13 Oktyabr 2019, 16:50 Nursultan Nazarbayev Türk Şurasının fəxri sədri elan ediləcək   13 Oktyabr 2019, 16:30 Aliment ödənilməməsi minlərlə uşağı dözülməz duruma salır 13 Oktyabr 2019, 16:09 Mirhəsən Seyidov Türk Şurası Gənclər Platformasının prezidenti seçildi - FOTO 13 Oktyabr 2019, 16:00 Ərdoğan sabah Azərbaycana gəlir   13 Oktyabr 2019, 15:50