Arxiv
26 İyun 2019, 11:30 | AKTUAL
“Tam məhv edəcəyik...Daha heç bir Kerri, Obama olmayacaq!”

ABŞ prezidenti Donald Tramp “hansısa Amerika hədəfinə” hücum edərsə İranı “tam məhv etməklə” hədələyib.

Virtualaz.org xəbər verir ki, Tramp bu hədəsini özünün Twitter bloqunda yerləşdirib.

Trampın sözlərinə görə, İranın Amerika hədəflərinə hücumu “nəhəng və əzici güclə” qarşılanacaq.

 

 

“Bəzi sahələrdə əzici güc tətbiqi tam məhv edilmə demək olacaq...Bir daha heç bir Con Kerri və Obama olmayacaq!”-ABŞ prezidenti bildirib.

Trampın belə bəyanatı İran prezidenti Həsən Ruhaninin Vaşinqton tərəfindən ali dini lider Xameneyini də hədəf alan sanksiyaların tətbiqinə dair dediklərinə reaksiyadır. İran prezidenti bildirmişdi ki, Amerika administrasiyasını “ağıldan kəmlik bürüyüb” və onlar nə etdiklərinin fərqində deyillər.

 

Tehranla Vaşinqton arasında gərginlik İranın Hörmüz körfəzi üzərində ABŞ-ın pilotsuz kəşfiyyat təyyarəsini vurmasından sonra daha da gərginləşib. Tramp pilotsuz təyyarənin vurulmasına cavab olaraq İranın üç hərbi obyektinə zərbələrin endirilməsi barədə əmr verib. Lakin hücum cəmi 10 dəqiqə qalmış əmrini geri götürüb.

 

 

Bununla belə ABŞ prezidenti deyib ki, İranın vurulması əmrini ləğv etməyib, sadəcə təxirə salıb və hərbi əməliyyatlar planı onun masası üzərində qalır. Habelə Tramp Konqresin arzılığı olmadan İrana qarşı hərbi əməliyyatlar əmrini vermək səlahiyyətinin olduğunu bildirib.

ABŞ prezidentinin bu bəyanatından sonra iki konqresmen ölkənin hərbi büdcəsinə Trampı Konqresin razılığı olmadan İrana qarşı hərbi əməliyyatlara başlamaq səlahiyyətindən məhrum edən düzəliş təklif ediblər. Demokrat Ro Hanna və respublikaçı Mett Hets tərəfindən təklif edilən düzəlişlərə əsasən Konqresin razılığı olmadan başladılan hərbi əməliyyatlara maliyyə ayırmaq qadağan edilməlidir.

 

 

Ro Hanna bildirib ki, Tramp seçki kampaniyası zamanı xaricdə müharibələrə pul xərcləməyi dayandıracağını demişdi, amma bu vədini yerinə yetirmir. Onun sözlərinə görə, Yaxın Şərqdə məqsədsiz, qeyri-konstitusion, sonu görünməyən müharibələr ABŞ-ı möhkəmləndirmir, əksinə, zəiflədir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“AzerTelecom” “Microsoft”un rəsmi tərəfdaşı oldu 22 İyul 2019, 15:58 Jurnalistlərin Daxili İşlər Nazirliyi qarşısında aksiyası – RƏSMİ 22 İyul 2019, 15:39 Jurnalistika fakültəsinin dekanı və professor “Şirməmməd Hüseynov mükafatı”nı ALQIŞLADILAR 22 İyul 2019, 15:28 Jurnalistikanı atan məşhur jurnalistlər… 22 İyul 2019, 15:23 Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb   22 İyul 2019, 15:20 İlham Əliyev Çin nümayəndə heyətini qəbul etdi 22 İyul 2019, 15:18 Azərbaycan “Zeytun ağacları” beynəlxalq mədəni marşrutuna daxil edildi 22 İyul 2019, 15:07 Fədayə Laçının məhkəməsi yenə təxirə düşdü - SƏBƏB 22 İyul 2019, 15:01 “22 iyul varisi” olan media qurumları və jurnalistlərin adları - SİYAHI 22 İyul 2019, 14:30 SSRİ zamanında Azərbaycanda Mətbuat günü necə qeyd edilirdi? 22 İyul 2019, 14:19 Ermənistanın müdafiə naziri “hərbi sürprizlər” vəd edir   22 İyul 2019, 14:13 Zərdabi niyə müəllim oldu?   22 İyul 2019, 14:05 Beş güləşçimiz Avropa Gənclərinin Olimpiya Festivalının FİNALINDA   22 İyul 2019, 13:59 Müəllim olmaq istəyənlər imtahan verir 22 İyul 2019, 13:52 Əli Əhmədov: “Azərbaycan reallıqlarının üzərinə kölgə salmağa çalışırlar” 22 İyul 2019, 13:50 Sosial şəbəkələrdə hər kəs bu uşaqlardan danışır - FOTO/VİDEO 22 İyul 2019, 13:42 BDU hansı beynəlxalq reytinq agentliklərində təmsil olunur?    22 İyul 2019, 13:35 Hərbçilərimiz beynəlxalq yarışlara hazırlaşır - FOTOLAR 22 İyul 2019, 13:27 Deputat Eldar Quliyev təltif olundu 22 İyul 2019, 13:18 “Azərsu” sədri vətəndaşları qəbul etdi 22 İyul 2019, 13:14 Nazir Mirşahinə müsahibə verdi - VİDEO 22 İyul 2019, 13:09 “Azərbaycanda söz və mətbuat azadlığı tam təmin olunur” 22 İyul 2019, 13:02 Sabahın HAVASI: Güclü külək əsəcək 22 İyul 2019, 12:56 Prezident qəzetlərə 1 milyon manat ayırdı 22 İyul 2019, 12:46 Bakıda yük avtomobillərinin hərəkətinə məhdudiyyət qoyuldu 22 İyul 2019, 12:26 Ölkə.az-da yeni baş redaktor 22 İyul 2019, 12:21 Əbülfəs Qarayevdən jurnalistlərə TƏBRİK 22 İyul 2019, 12:10 Təhsil naziri İctimai Şura yaratdı - hər kəs üzv ola bilər 22 İyul 2019, 12:00 Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri vəfat etdi 22 İyul 2019, 11:54 Deputat:  “YAP gənclərin inkişafını daim diqqət mərkəzində saxlayır” 22 İyul 2019, 11:51 Cahangir Hacıyevin məhkəməsi təxirə düşdü 22 İyul 2019, 11:51 “Western Union” Rusiyadan Azərbaycana pul köçürmələrini məhdudlaşdırdı 22 İyul 2019, 11:37 Sumqayıtda 55 yaşlı kişi 8 yaşlı qızı oğurladı 22 İyul 2019, 11:21 “Gülazar” limonadları da zay çıxdı - FOTOLAR 22 İyul 2019, 11:17 Binəqədidə narkotacir qadın tutuldu - FOTO   22 İyul 2019, 11:11