Modern.az

Bakıda avtobus iki piyadanı vurdu

Bakıda avtobus iki piyadanı vurdu

Aktual

25 Avqust 2019, 00:28

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

Modern.az APA-ya istinadən xəbər verir ki, avtoqəza zamanı piyadaları avtobus vurub.

Belə ki, Zabrat qəsəbəsində qeydə alınmış yol qəzasında 186 saylı xətt marşrutu üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu yolu keçmək istəyən iki piyadanı vurub. Nəticədə ağır xəsarət alan Rza və Əli adlı piyadalar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyətinin daha ağır olduğu deyilir.

Hadisənin təfərrüatlarını Sabunçu polisi araşdırır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mehdiyevin Əli Kərimliylə gizli əlaqəsi - Putinin məkirli planı