Arxiv
8 Sentyabr 2019, 16:48 | AKTUAL
Növbəti əfv sərəncamını gözləyənlər...

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Sərəncamının 1-ci hissəsində dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvləri sırasından Ramil Usubovun adı daxili işlər naziri Vilayət Eyvazov və Mədət Quliyevin adı Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev sözləri ilə əvəz edilib.

 

Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Modern.az-a açıqlamasında bildirib ki, bu, vəzifəyə görə edilən dəyişikliklərdir:


“Vilayət Eyvazovun daxili işlər naziri, Əli Nağıyevin DövlətTəhlükəsizlik Xidmətinin rəisi təyin olması ilə əlaqdar prosedur xarakterli dəyişikliklərdir. Və bu dəyişikliklər ümumilikdə Komissiyanın fəaliyyətində hər hansı dəyişikliklərin olması anlamına gəlmir. Belə ki, Əfv Məsələləri Komissiyası daimi fəaliyyət göstərən qurumdur. Bu mənada ki, onun katibliyi də daimi fəaliyyət göstərir. İl boyu, hər ay, hər gün müxtəlif şəxslərdən, məhkumlardan, onların səlahiyyətli nümayəndələrindən, valideynlərindən, vəkillərdən, Pentensiar Xidmətin qurumlarından, deputatlardan gələn ayrı-ayrı məktubları emal edir və müraciət etmiş şəxslər barəsində müvafiq arayışlar hazırlayır”.

Ə.Nuriyev qeyd edib ki, əfv sərəncamının imzalanması Prezidentin səlahiyyətində olan məsələdir:


“İclasların keçirilməsilə bağlı tarixin müəyyən olunması isə birbaşa Komissiyanın sədri Ramiz Mehdiyevə məxsusdur. Bütün materiallar toplandıqdan sonra iclaslar təyin edilə bilər. Hər il bir qayda olaraq 1-2 dəfə cənab Prezident tərəfindən əfv sərəncamı imzalanır. Amma ötən illərin təcrübəsi göstərir ki, sərəncam adətən ildə bir dəfə Novruz bayramı ərəfəsində olur. Bu il ərzində əfv sərəncamının imzalandığını və hələlik iclasların təyin edilmədiyini nəzərə alsaq, hər il müşahidə olunan halın təkrarlanacağını ehtimal etmək olar”.


Hüquqşünas əfvlə bağlı dəqiq tarix söyləməkdə çətinlik çəkdiyini vurğulayıb:
“Yenə də ötən illərin təcrübəsinə əsasən, Novruzqabağı əfv sərəncamının imzalanacağını gözləmək olar. Amma bu, təbii ki, Prezidentin konstitutsion səlahiyyətlərinə daxildir”.


Qeyd edək ki, Prezident İlham Əliyevin bu il martın 16-da imzaladığı 431 nəfərə şamil olunan “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamla 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan, eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad olunub.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Milli Şura mitinq üçün Bakı Meriyasından yer İSTƏDİ 16 Sentyabr 2019, 12:24 Ən qəddar” idman növü ABŞ-da kütlələrin düşüncə tərzini necə dəyişdi? -  Heydər Əliyevin tərcüməçisi YAZDI 16 Sentyabr 2019, 12:23 Fişənglər göy  əvəzinə yerdə partladı... 20 yaralı var! 16 Sentyabr 2019, 12:18 Deputat: Azərbaycan-Çin əməkdaşlıq münasibətləri yüksək səviyyədə formalaşıb 16 Sentyabr 2019, 12:12 Azərbaycanda əhali sayı da artıb, boşanmalar da… - Rəsmi STATİSTİKA 16 Sentyabr 2019, 12:08 Azərbaycanda 10-dək müavinət və təqaüd növü üzrə təyinat elektronlaşdırılır 16 Sentyabr 2019, 11:39 Binəqədidə yol polisləri şagirdləri maarifləndirdi 16 Sentyabr 2019, 11:35 Azərbaycanın “Avroviziya-2020”də iştirakı rəsmən təsdiqləndi 16 Sentyabr 2019, 11:31 Arif Əliyevin yeni saytında onlar işləyəcək - Baş redaktordan AÇIQLAMA 16 Sentyabr 2019, 11:28 Məhərrəm Quliyev müəllim və şagirdləri təbrik etdi 16 Sentyabr 2019, 11:25 Neftin qiyməti 100 dollara qədər arta bilər - SƏBƏB 16 Sentyabr 2019, 11:16 Teleradio Akademiyası müsabiqə elan edib 16 Sentyabr 2019, 11:10 Prezident və birinci xanım 300 nömrəli məktəbin AÇILIŞINDA 16 Sentyabr 2019, 10:47 Akademiklər Şəkidə iclas keçirdilər 16 Sentyabr 2019, 10:43 Bakı Nəqliyyat Agentliyi sıxlıq müşahidə olunan əraziləri nəzarətə götürdü 16 Sentyabr 2019, 10:16 Bu gün 4 rayonda qaz kəsiləcək 16 Sentyabr 2019, 09:55 Bu jurnalistlər övladlarını 1-ci sinfə APARDILAR 16 Sentyabr 2019, 09:35 Ermənilər kəndlərimizi atəşə tutdu 16 Sentyabr 2019, 09:28 Gələn il üçün büdcədə neftin qiyməti 55 dollardan götürülübsə... – İqtisadçı ŞƏRHİ 16 Sentyabr 2019, 09:24 Tanınmış qiraətçini Mədəniyyət və İncəsənət Universitetindəki işindən niyə ÇIXARDILAR... 16 Sentyabr 2019, 08:57 Bizimkilər - Elçin Alıoğlu: “Jurnalist olmaq heç ağlımın ucundan da keçmirdi” - MÜSAHİBƏ 16 Sentyabr 2019, 08:45 Ordumuz təlimlərə başladı - 10 min hərbçi, 100-dən çox zirehli texnika... 16 Sentyabr 2019, 08:25 Zakir Həsənov ilk dəfə qəzaya uğrayan MiQ-29-dan DANIŞDI: “Pilot göydə zərbə alıb 16 Sentyabr 2019, 08:22 Qəbələdə qəfəsdən qaçan meymun AXTARILIR 16 Sentyabr 2019, 08:09 Ad gününüz mübarək, cənab general-polkovnik! 16 Sentyabr 2019, 08:00 Azərbaycanda yeni dərs ili başladı 16 Sentyabr 2019, 07:53 Bakıda qadın kafedə döyüldü 16 Sentyabr 2019, 00:49 Hacıqabulda iki yük maşını toqquşdu 16 Sentyabr 2019, 00:30 Həsən Ruhani Ankaraya getdi 16 Sentyabr 2019, 00:13 “Birdən-birə həmin oyunlara atsaq, “yana” bilər”  - Qurban Qurbanov 15 Sentyabr 2019, 23:49 Neftin qiyməti yenidən bahalaşacaq - PROQNOZ 15 Sentyabr 2019, 23:27 “Qarabağ” “Neftçi”yə şans vermədi 15 Sentyabr 2019, 23:05 Əli Həsənov Nuru paşadan yazdı: “Bakısız qalmış Azərbaycan...” 15 Sentyabr 2019, 22:49 Leyla Əliyeva polo üzrə dünya kubokunun finalını izlədi - FOTOLAR 15 Sentyabr 2019, 22:27 “Səbail” “Keşlə”ni məğlub etdi 15 Sentyabr 2019, 22:09