Modern.az

İsgəndər Həmidov Türkiyədən qayıtdı

İsgəndər Həmidov Türkiyədən qayıtdı

4 Oktyabr 2019, 13:06

Sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının (AXH) təsisçisi İsgəndər Həmidov uzun müddətlik müalicədən sonra Bakıya qayıdıb.

Bu barədə Modern.az-a AXH-dən məlumat verilib.

İsgəndər Həmidovun oktyabrın 5-də Xalq Hərəkatının qərargahında mətbuat konfransı keçirəcəyi qeyd olunub.

Bildirilir ki,  sabiq daxili işlər nazirinin səhhəti qaydasındadır.

Qeyd edək ki, İsgəndər Həmidov bu ilin may ayından Türkiyədə müalicə olunur. O, Türkiyənin məşhur “Gülhanə” Tibb Akademiyasında iki dəfə ürək əməliyyatı keçirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı