Modern.az

Bakıda yol qəzasında 3 uşaq yaralandı

Bakıda yol qəzasında 3 uşaq yaralandı

12 Oktyabr 2019, 00:41

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az  "Report"a istinadən  xəbər verir ki, hadisə Əmircan qəsəbəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil sürət həddini aşaraq, "VAZ-2107" markalı avtomobillə toqquşub. Hadisə zamanı uşaqlar və onların valideyni xəsarət alıblar. Yaralılar yaxınlıqda olanların köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Uşaqlara qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Hazırda onlar əməliyyat edilirlər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı