Modern.az

İlham Əliyev Lyudmila Duxovnayanı “Şöhrət” ordeni ilə təltif etdi

İlham Əliyev Lyudmila Duxovnayanı “Şöhrət” ordeni ilə təltif etdi

Aktual

23 Oktyabr 2019, 17:04

Prezident İlham Əliyev Lyudmila Duxovnayanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Modern.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə Lyudmila Semyonovna Duxovnaya “Şöhrət” ordeni ilə təltif edilsin.

Qeyd edək ki, Bakıdakı Rus Dram Teatrının aktrisası olan Lyudmila Duxovnaya məşhur azərbaycanlı yazıçı, kinossenarist, prodüser, kinorejissor Rüstəm İbrahimbəyovun ikinci həyat yoldaşıdır. Bu nikahdan onların bir qızı - Fatimə İbrahimbəyova doğulub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü