Modern.az

Bakıda iki uşağın üzərinə qaynar su töküldü

Bakıda iki uşağın üzərinə qaynar su töküldü

Aktual

21 Noyabr 2019, 10:15

Bakıda 3 nəfər yanıq xəsarətləri ilə xəstəxanaya gətirilib.

 

Səhiyyə Nazirliyindən Modern.az-a bildirilib ki, hadisə Xəzər rayonu, Binə südçülük sovxozunda baş verib. Həmin ərazidə yerləşən fərdi yaşayış evlərindən birində qadın və iki azyaşlı uşağının üzərinə qaynar su tökülüb:

 

"Hadisə nəticəsində yanıq xəsarəti alan 3 nəfər barədə məlumat Təcili Yardım Xidmətinə saat 22.32-də daxil olub. Hadisə yerinə gələn həkim briqadası yanıq xəsarətləri alan 32 yaşlı qadını, 3 yaşlı oğlanı və 5 yaşlı qızı 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırıb".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü