Modern.az

2002-ci ildə doğulanların NƏZƏRİNƏ: Hərbi xidmətə çağırış başladı

2002-ci ildə doğulanların NƏZƏRİNƏ: Hərbi xidmətə çağırış başladı

Aktual

1 Yanvar 2020, 12:50

Azərbaycanda yanvarın 1-dən 30-a qədər növbəti həqiqi hərbi xidmətə çağırış həyata keçiriləcək.

 

Modern.az xəbər verir ki, qərar Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” sərəncamına uyğun apaılacaq.

 

Sərəncama əsasən, 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları bu gündən başlayaraq yanvarın 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

 

Eyni zamanda, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulan xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları da bu gündən başlayaraq yanvarın 30-dək ehtiyata buraxılacaqlar.

 

 

 

 

                 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir