Arxiv
11 Yanvar 2020, 14:48 | MEDİA
Məmur, deputat yanlış danışır, təqsir mediada görülür - PROBLEM

Mətbuatı günahlandırmaq, baş verən neqativ hallara görə mətbuatın üstünə gəlmək sanki adi hala çevrilib. Hallar olub ki, söyləmiş olduğu fikirlərə görə rəhbərlik tərəfindən sıxışdırılan məmurlar, deputatlar dediklərini danıblar və sonda yenə də media qınanılıb.

 

Mətbuatın bu günə salınmasının səbəbi nədir? Problemin kökündə nə dayanır?

 

 

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli deyir ki, “Uman yerdən küsərlər” :

 

“Mətbuat adına sahib çıxan lakin xeyli sayda mətbuatdan uzaq adamlar var.  “Uman yerdən küsərlər”- yəni, insanların mətbuata inanmaq kimi bir funksiyası var ki, narazılıqlar da meydana gəlir. Buna görə də mətbuat peşəkar olmalı, bu inamı tam mənası ilə doğrultmalıdır. Lakin onu da deyim ki, bəzən insanların qınağı haqlı olmur. Bizən aid olmayan məsələlərdə də bizi günahkar çıxarırlar. Bəzən baş verən hadisələrə qeyri-peşəkar yanaşma insanlarda mətbuata inamın ölməsinə əsas səbəblərdən olur. Yəni hadisə baş verərkən ilkin mənbəyə müraciət edilməməsi, faktı dəqiqləşdirməmək və s. təhrif edilmiş xəbərlər formalaşdırır. Jurnalistlər bu axına qoşulmamamlı, doğru yolla getməlidir. Mətbuatın üzərinə sərt münasibətin olması həm də bizim bəzi televiziaaların günahıdır.

 

Yəni, televiziyada yayımlanan verlişləri insanlar örnək kimi götürdükləri üçün bayağı verilişlərin olmasında  jurnalistlər əsas günahkar hesab edilir. İş elə gətirib ki, oğru doğrudan çoxdur. Jurnalist imicini korlayan o qədər adam var ki, insanlar artıq kimə inanacağını bilmir. Jurnalistin əsas funksiyası maarifləndirməkdir, 100 illərlə olan ənənə dəyişməyib. Cəmiyyətin düzgün informasiyaya, maariflənməyə ehtiyacı var”.

 

 

“Musavat.com” saytının baş redaktoru Xalid Kazımlı mətbuata olan basqıya insanların öz uğursuzluqlarının səbəbini mediaya yükləmək cəhdində görür:

 

“İnsanlar öz problemlərinin həlli üçün mübarizə aparmaqdansa, bunu onların əvəzindən jurnalistlərin etməsini istəyirlər, uğur halında Allahın sağolunu demirlər, amma uğursuzluq halında jurnalistlərin üstünə yeriyirlər. İllərdir belədir. Bir çoxları yalançı və əliəyridir, amma onlara elə gəlir ki, günah özlərində deyil, onların yalançı və əliəyri olduğunu göstərən güzgüdə - mediadadır. Mətbuat yaxşıdırsa da, bu cəmiyyətin bağrından qopub, onun kimidir, pissə də. Xəstə cəmiyyətin ideal mediası ola bilmədiyi kimi, yaxşı cəmiyyətin də xəstə mediası olmaz. Media və cəmiyyət bir medalın iki üzüdür”.

 

“Lent.az” saytının əməkdaşı Səbuhi Məmmədli KİV-lə cəmiyyət arasında bir qədər etinasızlığın olduğunu deyir:

 

Yəni hər ikin tərəfin biri-birinə etibarlı olmaması bu məsələnin əsas səbəblərindən biridir. Baş verən son hadisəyə nəzər salaq. Tovuzda azyaşlı qız öldürüləndə insanlar belə bir fikir irəli sürdülər ki, “Yox, insan bu cür cinayət törədə bilməz”. Yəni bir növ bu hadisəni yazıb işıqlandıran jurnalistlər “günah keçisinə” çevrildi. Guya ki, media bu zorakılığı, iyrənc əməli təbliğ edir. Ən əsas arqumentim ondan ibarətdir- Güzgü hər zaman günahkardır.

 

Ölkədə ciddi jurnalist qıtlığı var, demək olar ki, araşdırmaçı jurnalist yox səviyyəsindədir. Yəni normal araşdırma edən, reportaj hazırlayan jurnalistləri biz görmürük. Həmin jurnalistlərin yerini təcrübəsi olmayan və peşəkarlıqdan uzaq olanlar tutur. Redaksiyalarda kütləvi şəkildə yerləşdirilmiş bu şəxslərin ard-arda buraxdığı səhvlər insanlarda təbii olaraq  mətbuata inamsızlığın yaranmasına gətirib çıxarır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirus infeksiyalarını bloklayan süni virus yaradılıb 9 Aprel 2020, 00:57 Fransada koronavirusdan ölənlərin sayı 10 869-a çatdı 9 Aprel 2020, 00:36 Prezidentinin oğlu koronavirusa yoluxdu 9 Aprel 2020, 00:16 Koronavirusla mübarizə üçün Ukraynaya 190 milyon avro ayırıldı 9 Aprel 2020, 00:03 Bu gün 3018 nəfər koronavirus testindən keçirilib - TƏBİB 8 Aprel 2020, 23:46 Neft 34 dollaradək bahalaşdı 8 Aprel 2020, 23:28 Yaponiyada COVİD-19 ilə bağlı rekord göstərici qeydə alındı 8 Aprel 2020, 23:15 Əkrəm İmamoğlunu ölümlə hədələyən şəxs tutuldu 8 Aprel 2020, 22:59 Bu ölkədə 4072 nəfər koronavirusa yoluxdu 8 Aprel 2020, 22:44 Azərbaycanlı diaspor rəhbəri koronavirusa yoluxdu 8 Aprel 2020, 22:27 Koronavirusla bağlı daha bir kəşfiyyat məlumatı üzə çıxdı 8 Aprel 2020, 22:14 ABŞ-da koronavirusa yoluxanların sayı 401 166 nəfərə çatdı 8 Aprel 2020, 22:01 Qənirə Paşayevanın seçicilərinə 3 min maska hədiyyə edildi 8 Aprel 2020, 21:55 Göyçayda üç avtomobil toqquşdu: xəsarət alanlar var 8 Aprel 2020, 21:45 Heydər Əliyev Mərkəzindən İtaliyaya həmrəylik nümayişi 8 Aprel 2020, 21:33 Türkiyədə koronavirusdan ölənlərin sayı 812-yə çatdı 8 Aprel 2020, 21:16 İtaliyada koronavirusdan REKORD sayda sağalma 8 Aprel 2020, 20:59 Britaniyada daha 938 nəfər koronavirusdan öldü 8 Aprel 2020, 20:45 İrandan koronavirusla mübarizədə dəstəyə görə Azərbaycana təşəkkür 8 Aprel 2020, 20:29 Koronavirusa görə GPS peykinin buraxılışını təxirə salındı 8 Aprel 2020, 20:17 Siyasətçi bu səbəbdən prezident olmayacaq 8 Aprel 2020, 20:01 ÜST: Koronavirusun nə zaman bitəcəyini bilmirik 8 Aprel 2020, 19:50 Bakıda “Toyota” ilə “KamAZ” toqquşub:  yaralanan var 8 Aprel 2020, 19:41 “AzərGold” xaricə qızıl satışını dayandırıb 8 Aprel 2020, 19:33 Şəxsiyyət vəsiqəsinin müddəti bitən şəxslərin NƏZƏRİNƏ 8 Aprel 2020, 19:25 Nazirlər Kabinetinin rəsmisi: “Adamlara pul paylansa, daha çox insan işsiz qalacaq” 8 Aprel 2020, 19:17 Maliyyə yardımı kimlərə şamil olunacaq? - Nazir: “Minimal məbləğ 250 manat...” 8 Aprel 2020, 19:11 İbrahim Məmmədov: “Düşmən ölkələr koronavirusla bağlı şayiələr yayırlar” 8 Aprel 2020, 19:01 Azərbsaycanda 82 yaşlı şəxs koronavirusdan sağalıb 8 Aprel 2020, 18:53 Azərbaycanda koronavirusa yoluxma ilə bağlı qırmızı zona yoxdur – Operativ Qərargah 8 Aprel 2020, 18:51 İşdən çıxarılan məmur baş naziri sərt tənqid etdi 8 Aprel 2020, 18:46 UNEC aliminin koronavirus barədə araşdırması apardı 8 Aprel 2020, 18:38 Bakıda piyadanı vurub öldürən sürücü tutuldu 8 Aprel 2020, 18:31 Dövlət Agentliyindən icaze.e-gov.az portalı ilə bağlı XƏBƏRDARLIQ 8 Aprel 2020, 18:28 Ağır xəstələrin rayondan Bakıya gətirilməsinə icazə verilir – Operativ Qərargah 8 Aprel 2020, 18:25