Modern.az

Brazilya Federal Senatının vitse-prezidenti: “Seçkilərdə hər şeyin yaxşı gedəcəyini görmək üçün Azərbaycandayam” - MÜSAHİBƏ

Brazilya Federal Senatının vitse-prezidenti: “Seçkilərdə hər şeyin yaxşı gedəcəyini görmək üçün Azərbaycandayam” - MÜSAHİBƏ

Müsahibə

9 Fevral 2020, 14:21

Brazilya  Federal Senatının vitse-prezidenti, brazilyalı  senator  Antonio Anastasia Modern.az saytına müsahibə verib.

 

Brazilya Federal Senatının vitse-prezidenti: Azərbaycanın siyasi həyatında baş verən belə bir həlledici məqamda Azərbaycanın yanında olmaqdan və burada keçirilən seçkiləri müşahidə etməkdən çox şadam.

 

- Cənab Antonio Anastasia, öncə sizin Azərbaycana dair fikirlərinizi öyrənmək istərdik.

Mən də öncə müsahibə üçün sizə təşəkkürümü bildirirəm. Sizlərə müsahibə verərək, fikirlərimizi bölüşməkdən çox məmmunam. Qeyd edim ki, bu Azərbaycana ilk səfərimdir. Burada gördüklərim mənə çox müsbət təsir bağışladı. Azərbaycan inkişaf etməkdə olan bir ölkədir. Paytaxt Bakı çox gözəl təmiz və heyran edici bir şəhərdir.

 

- Bu gün, 9 Fevral 2020-ci il Azərbaycanda parlament seçkiləri keçirilir. Bununla bağlı nə kimi fikirləriniz var?

- Qeyd edim ki,  Azərbaycanın siyasi həyatında baş verən belə bir həlledici məqamda Azərbaycanın yanında olmaqdan və burada keçirilən seçkiləri müşahidə etməkdən çox şadam. Çünkü seçki demokratiyanın gücünü göstərən əsas amildir. Təbii ki, seçkilərin çox yaxşı keçməsinə imkan olduğu zaman bu mümkün olur. Azərbaycan bizim üçün və dünya üçün çox maraqlı bir ölkədir. Seçki zamanı hər şeyin yaxşı gedəcəyini görmək ümüdüylə Azərbaycana gəlmişəm.

 

- Azərbaycanda keçirilən 9 Fevral 2020 parlament seçkilərini müşahidə etmək üçün Azərbaycana təşrif buyurduğunuzu vurğuladınız. Müşahidəçi qismində yalnız paytaxt Bakıda keçirilən seçkilərdə iştirak edəcəksiniz, yoxsa bölgələrimizdə də olacaqsınız?

- Müşahidəçi qismində yalnız paytaxt Bakıda keçirilən seçkilərdə iştirak edəcəyəm.

 

- Bu müddət ərzində Azərbaycanın rəsmi dövlət və hökümət nümayəndələri ilə görüşləriniz olub?

- Təbii ki olub. Mən Braziliyanın Azərbaycandakı səfiri və braziliyalı millət vəkili, Brazilya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun prezidenti- Klaudio Kajado ilə birlikdə bir neçə görüşlər keçirmişəm. Azərbaycan Milli Məclisinin sədr müavini Valeh Ələsgərov ilə görüşümüz oldu.

 

Brazilya Senatına keçirilən seçkilər, Senatın və Parlamentin işi barəsində də, sizdən  məlumat almaq maraqlı olardı.

- Bildiyiniz kimi Braziliyanın dövlət quruluşu forması Federasiyadır. Məhz buna görə də, bizim parlamentin qurluş forması və işi sizin parlamentindən əsaslı surətdə fərqlənir.Azərbaycan Parlamentinə seçkilər yalnız majoritar qaydada keçirilir. Braziliya Parlamentinə  seçkilər isə həm majoritar, həm də proporsional qaydada keçirilməkdədir. Belə ki, bizim ölkəmizdə senatorların seçimi majoritar, deputatların seçimi isə proporsional seçki xətti üzrə aparılır. Bizim parlamentimizdə iki məclis palatası və bir senat var. Bəs, bunlar arasındakı fərq nədən ibarətdir? Təbii ki, fərq qurluş kompozisiyasının növündədir.Bu sektorlarda tərkib üzvlər və qanunvericilik biri-birindən fərqlənir. Əlbəttə ki, bizdə xarici əlaqələrin qurulması baxımından senat daha böyük məsuliyyət daşıyır. Senatın icra etdiyi əsas funksiya Brazilyanın xarici ölkələrdəki səfirlərinin təsdiqlənməsi funksiyasıdır. Həmçinin senatımızın icra etdiyi tarixi funksiyalardan biri də, senatın ənənəvi şöbə üzvlərinin təsdiqlənməsi məsələsidir.

Sonda Azərbaycan xalqına  tərəqqi, inkişaf və azadlığını daima qorumağı arzu edirəm. Azərbaycanın çox yaxşı inkişaf konsepsiyası var və  inkişafı üçün burada yaradılan bütün imkanları görməkdən çox məmmunam. Bütün Azərbaycan xalqına xoşbəxtlik və parlaq gələcək diləyirəm.

 

Leyla ŞAH

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır