Modern.az

ABŞ-ın yeni müdafiə strategiyası: 5 ölkə, 3 təşkilat xarici təhdid elan olundu

ABŞ-ın yeni müdafiə strategiyası: 5 ölkə, 3 təşkilat xarici təhdid elan olundu

Dünya

11 Fevral 2020, 12:52

ABŞ Milli Əks-Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi 2020-2022-ci il üzrə strategiyanı açıqlayıb.

 

Modern.az xəbər verir ki, qurumun hesabatında 3 əsas müddəa yer alıb. İlk sırada ABŞ-ın Milli Təhlükəsizliyi üçün təhdid törədən ölkə və təşkilatlar yer alıb.

“Çin və Rusiya dünya üzərindəki bütün milli qüvvələri ABŞ-a qarşı yönəltməyə səy göstərir və ən müasir kəşfiyyat vasitələri ilə silahlanıb. Digər təhlükələr sırasında Kuba, İran, Şimali Koreya, “Hizbullah” hərəkatı, “İslam dövləti”, “Əl Qaidə” qruplaşmaları, transmilli və ekstremist ideologiyalı cinayətkar şəbəkələr, həmçinin, konfidensial informasiyaları və intellektual əmlakı oğurlayan xarici ölkə vətəndaşlar daxildir”.

 

Sənədin ikinci müddəasında xarici ölkələrin kəşfiyyat vasitələrdən danışılır. Bu vasitələr arasında – biometrik qurğular, izləmə və şifrələmə üçün avadanlıq və s. yer alıb. Üçüncü müddəada isə xarici kəşfiyat orqanlarının müxtəlif vasitələrlə nazirliklərə, agentliklərə, laboratoriya, maliyyə sektoru sənaye və elm müəssisələrinə müdaxilə etdiyi vurğulanıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı