Türkiyə xarici işlər naziri İran Milli Təhlükəsizlik Şurasının rəsmilərinə zəng edərək ölkəsinin rəhbərlərinin İranla bağlı son sərt bəyanatlarına görə üzr istəyib. Modern.az bildirir ki, bu barədə Fars agentliyi “Arabi Press” qəzetinə istinadən məlumat yayıb.
Məlumatda deyilir ki, Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu İran Milli Təhlükəslik Şurasındakı səlahiyyətlilərlə söhbətində baş nazir R.T.Ərdoğanın son vaxt İrana qarşı sərt ifadələr işlətdiyinə görə üzr istəyib. İrandakı bəzi mənbələrə əsaslanan “Arabi Press” həmçinin Tehranın İranla “ 5+1” qrupu ilə görüşünün Bağdadda keçirilməsi ilə bağlı fikrinə münasibət bildirib. Təklifi dəstəkləyən Davudoğlu bir daha iranlı rəsmiləri müzakirə yeri kimi İstanbulu seçməyə çağırıb.