Modern.az

Gürcüstanda koronavirusa görə karantinə alınanların sayı artdı

Gürcüstanda koronavirusa görə karantinə alınanların sayı artdı

29 Fevral 2020, 12:00

Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına koronavirus şübhəsi ilə yerləşdirilənlərin sayı 40-a çatıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya bildirib.

 

Direktorun sözlərinə görə, hazırda 39 nəfər karantinə götürülüb: 

 

"Onlardan 21-də koronavirus təsdiqlənməyib. Ancaq bununla belə, onlar karantində saxlanılacaq".

 

Qeyd edək ki, Gürcüstanda indiyədək 2 nəfərdə koronavirus aşkarlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı