Modern.az

Koronavirusla bağlı məhbuslarla görüşə qadağa qoyulacaq? - Penitensiar Xidmətdən AÇIQLAMA

Koronavirusla bağlı məhbuslarla görüşə qadağa qoyulacaq? - Penitensiar Xidmətdən AÇIQLAMA

Ölkə

4 Mart 2020, 13:42

Bu gün dünyanı qorxu içərisində saxlayan koronovirusa yoluxanların və ölənlərin sayı durmadan artır. Buna görə də bəzi ölkələrdə virusun həbsxanalarda yayılmaması üçün məhbuslarla onların yaxınlarının görüşünə müvəqqəti qadağalar qoyulub. 

 

Bəs Azərbaycanda necə, bununla bağlı hər hansı bir məhdudiyyət varmı?

 

Məsələ ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Modern.az-a məlumat verib.

 

“Hazırda bu istiqamətdə həkimlər tərəfindən müəyyən profilaktik tədbirlər həyata keçirilir. İstər qida, istərsə də, görüşlərin təqdim olunması ilə bağlı hər hansı bir məhdudiyyətlər qoyulmayıb. Koronavirusla bağlı həkimlər, eyni zamanda Penitensiar Xidmətin əməkdaşları tərəfindən izahedici işlər də aparılır. Biz məhkumların görüşünə gələn yaxınlarına, əzizlərinə hər hansı bir fəsadların olmaması üçün bu kimi məsələləri də izah edirik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı