Modern.az

Daha bir sınaq imtahanı pulsuz oldu

Daha bir sınaq imtahanı pulsuz oldu

Aktual

30 Mart 2020, 14:10

Dövlət İmtahan Mərkəzi tərəfindən Koronavirus infeksiyası ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimi nəzərə alınaraq dövlət qulluğuna hazırlaşan namizədlərə dəstək göstərmək məqsədilə otk.az portalında yerləşdirilmiş dövlət qulluğu üzrə onlayn sınaq imtahanları (2 variant) 2020-ci il iyul ayınadək ödənişsiz olacaq.

 

DİM-dən Modern.az-a verilən məlumata görə, onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçib və günün istənilən vaxtında biliklərini yoxlaya bilərlər.

 

Onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, yazılan cavablarla düzgün cavabları müqayisə etmək mümkün olacaq. 

 

Portalda qeydiyyatdan keçmək və imtahana yazılmaq qaydaları ilə “otk.az”da Təlimatlar” bölməsində tanış olmaq mümkündür. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!