Modern.az

Agentlik sədri: “Hazırda 85 avtobus ehtiyatda saxlanılır”

Agentlik sədri: “Hazırda 85 avtobus ehtiyatda saxlanılır”

Aktual

2 Aprel 2020, 12:09

Xüsusi karantin tədbirləri gücləndirilənddən sonra Bakı Nəqliyyat Agentliyinin yalnız Exspres avtobuslar fəaliyyətə başlayıb.

 

Modern.az-ın məlumatına görə, bunu bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfrasında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

 

Agentlik sədrinin sözlərinə görə artıq 95 avtobus fəaliyyətə başlayıb:

 

“Dünəndən bu günə 21 min sərnişin daşınıb. bundan başqa özəl daşıyıcılar tərəfindən də 4000-ə yaxın sərnişin daşınıb. Hazırda 85 avtobus da ehtiyatda saxlanılır. Lazım olarsa həmin avtobuslar da xəttə buraxılacaq. Avtobus çatışmazlığı yoxdur, narahatlığa əsas yoxdur”.

 

V.Kərimli vətəndaşlara müraciətedərək, vacib olmadıqca küçəyə çıxmamalarını tövsiyə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü