Modern.az

Millət vəkili Eldar Quliyev daha 100 ailəyə yardım etdi - FOTOLAR

Millət vəkili Eldar Quliyev daha 100 ailəyə yardım etdi - FOTOLAR

Aktual

10 Aprel 2020, 16:06

28 saylı Sabunçu üçüncü seçki dairəsindən Milli Məclisin deputatı Eldar Quliyev karantin rejimi dövründə seçicilərinə yardim kampaniyasını davam etdirir.

 

Modern.az xəbər verir ki, deputat bu gün Nardaran kəndində daha 100 ailəyə ərzaq sovqatı göndərib. O, bundan öncə isə 50 ailəyə ərzaq sovqatı göndərmişdi.

Yardim kampaniyasınin gələn həftə də davam etdiriləcək.

Millət vəkili Eldar Quliyev seçicilərini koronavirus dövründə Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərərgahın bütün çağırışlarına birmənalı olaraq əməl etməyə şağırıb.

 

"Hesab edirəm ki, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaşlarımızın sağlamlığı üçün mümkün bütün addımları atır. Hətta Azərbaycanın bu sahədə atdığı addmlar çox ölkələrə nümunə ola bilər". 

Deputat Bakı kəndlərinin karantin rejiminə riayət etdiyini də diqqətə çatdırıb. "Məhz buna görə də Bakı kəndlərində koronavirusa yoluxma hallarına rast gəlinməyib".

Eldar Quliyev bildirib ki, Bakı kəndləri ölkə başçısı tərəfindən yaşı 65-dən yuxarı məhbusların əfv olunmasını təqdirəlayiq hal hesab edib:

"Bakı kəndlərinin sakinləri ölkə rəhbərliyinə təşəkkür edir və bunu çox humanist addım kimi dəyərləndirir".

Deputat koronavirusla bağlı sosial şəbəkələrdə insanları çaşdıran xəbərləri birmənalı olaraq pisləyib: 

"Bir daha insanlarımızı panikaya dusməməyi, yalan məlumatlara inanmamağı tövsiyə edirəm. Biz birlikdə Prezidentimizin rəhbərliyi ilə bu problemin öhtəsindən gələcəyik".

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü