Modern.az

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi yardımları davam etdirir

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi yardımları davam etdirir

Diaspor

15 Aprel 2020, 13:28

Dünyanın bir çox ölkəsində yaşayan azərbaycanlılar bu çətin günlərdə böyük bir həmrəylik nümayiş etdirir və bir-birlərinə lazım olan yardımı edirlər.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, son dövlərdə müxtəlif ölkələrdə yaradılan Azərbaycan evləri bu işin öncüllərindəndir. Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) daha bir humanitar addım atıb və Bolnisi rayonunda yaşayan 150 aztəminatlı ailəyə ərzaq yardımı edib.

 

Ərzaq məhsullarının paylanmasında Bolnisi bələdiyyəsi yaxından iştirak edib.

 

Nəzərə çatdıraq ki, bundan əvvəl GAİM Marneulidə yaşayan 250 aztəminatlı ailəyə ərzaq yardımı göstərib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır