Modern.az

Bu şəxslər Ali Məhkəməyə hakim təyin olunacaqlar – ADLAR

Bu şəxslər Ali Məhkəməyə hakim təyin olunacaqlar – ADLAR

Ölkə

30 Aprel 2020, 19:53

Azərbaycan Ali Məhkəməsinə yeni hakimlər təyin olunacaq.

 

Modern.az-ın məlumatına görə, bu barədə Milli Məclisə təqdimat daxil olub. Bakı Apelyasiya Məhkəməsinin hakimləri Kəmalə Abiyeva, Zaur Əliyev, Vüqar Həsənov, Abidin Hüseynov, İsmayıl Xəlilov, Elşad Şamayev Ali Məhkəməyə hakim postuna gətiriləcəklər.

 

Şirvan Apelyasiya Məhkəməsinin sədrinin müavini Ələsgər Novruzovun, Gəncə Apelyasiya Məhkəməsinin İspəndiyar Şəfiyevin, Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Aqil Abbasovun, Çingiz Əsgərovun, Bəhman Qəribovun, Bəhram Məmmədlinin də Ali Məhkəmənin hakimləri təyin olunacağı gözlənilir.

Məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin mayın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü