Bu gün “Bakı Metrpoliteni” QSC-də Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına əməl etməyən bir nəfər şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Modern.az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.
E.Zahidov qeyd edib ki,şəxs maska taxmaqdan imtina edib:
“Karantin rejimini pozmağı azmış kimi, polisin tələbinə də tabe olmayıb və müqavimət göstərməyə cəhd edib. Bu səbəbdən də həmin şəxssaxlanılıb. Barəsində toplanmış materiallar məhkəməy göndərilib”.
DİN rəsmisinin sözlərinə görə, cavan oğlan məhkəmə qərarına əsasən inzibati qaydada 10 sutkalıq həbs olunub.