Modern.az

Ukraynadan qayıdanlar arasında yoluxanların əksəriyyəti tələbələrdir

Ukraynadan qayıdanlar arasında yoluxanların əksəriyyəti tələbələrdir

Aktual

16 May 2020, 16:44

Ukraynadan gələn azərbaycanlılardan koronavirusa yoluxanların əksəriyyəti tələbələrdir.

 

Bunu Modern.az-a bir neçə gün öncə Ukraynadan təxliyyə edilən Fərid Muxtarov bildirib. O qeyd edib ki, elə ailə var ki, bütün üzvlərdə virus aşkarlanmayıb və yalnız virus aşkarlananlar üçün müalicə tətbiq olunacaq:

 

"Koronavirusa yoluxan şəxslər ötən gün "Atletlər kəndi"ndə binalardan birinə yerləşdirildi. Biz Ukraynadan gələndə hamımızdan hava limanında test nümunəsi götürülmüşdü. Bu bir neçə gün ərzində halı pisləşənlər, yaxud da test nəticəsi pozitiv çıxanlar gecə saatlarında digər binalara yerləşdirildi. Elə ailə var ki, yalnız qadında virus aşkarlanıb, həyat yoldaşını karantinə almayıblar. Elə ailə də var idi ki, ata və qızında virus aşkarlanıb, digər üzvlərdə problem yoxdur. Açığı virusa yoluxan vətəndaşların durumu ağır deyildi. Hər biri tək-tək olmaqla ayrı otaqlarda müalicə alacaqlar".

 

F.Muxtarov hər gün tibbi personal tərəfindən yoxlanıldıqlarını deyir:

 

"Hər gün tibb işçiləri tərəfindən hərarətimizin olub-olmaması yoxlanılır. Əgər 37 dərəcə qızdırmamız olarsa, o zaman ciddi nəzarətə alacaqlarını deyirlər. Amma təbii ki, yoxlamalar davamlı olacaq".

 

Qeyd edək ki, mayın 14-ü axşam saatlarında 198 nəfər Azərbaycan vətəndaşı Ukraynadan ölkəmizə təxliyə olunub. Onların hər biri mütləq qaydada karantinə yerləşdiriliblər. Onlardan 29-da COVİD-19-un aşkarlanması barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva tərəfindən ictimaiyyətə məlumat verib.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü