Modern.az

İstanbulda sənədsiz azərbaycanlı ailədə əkizlər dünyaya gəldi

İstanbulda sənədsiz azərbaycanlı ailədə əkizlər dünyaya gəldi

Aktual

19 May 2020, 15:00

İstanbulda yaşayan sənədsiz azərbaycanlı ailələrindən birində dünyaya gələn əkiz uşaqlara Mehriban və Əminə adı qoyulub. Sənədsiz yaşayan azərbaycanlılardan Ayxan İsmayılov və Nərmin Rəsulova cütlüyünün əkiz qızları ötən gün Sultan Çiftliyi özəl Bahat xəstəxanasında dünyaya gəlib.

 

Uşaqların və ailənin vəziyyəti ilə bağlı Modern.az-a danışan Türkiyə Respublikasında yaşayan sənədsiz azərbaycanlıların problemləri ilə məşğul olan ictimai fəal, Dünya Azərbaycanlıları Yazarlar və Media Dərnəyinin sədri Kəbutər Haqverdi körpələrin yarımçıq dünyaya gəldiyini bildirib:

 

“Uşaqlar dünyaya yarımçıq, 8 aylıq gəliblər. Həkim əvvəlcədən diaqnoz qoymuşdu ki, uşaqlar erkən doğulacaq. Əkizlər qeysəriyyə əməliyyatı ilə sağlam şəkildə dünyaya gəldi. Təəssüf ki, karantin rejimi ilə əlaqədar olaraq gedib onları ziyarət edə bilmədim. Amma xanımın qonşuları, həkimləri onları tək buraxmayıb ciddi qayğı göstəriblər. Hazırda həm ana, həm də uşaqların vəziyyəti yaxşıdır. Yəqin ki, uşaqlar yarımçıq dünyaya gəldiyi üçün 10-15 günə qədər onlar xəstəxanada qalmağa məcbur olacaq. Ailə 9 nəfərdən ibarətdir. Ailə üzvləri tekstil fabrikində çalışır, amma indi iş prosesi dayandığı üçün maddi baxımdan bir qədər əziyyət çəkirlər. Hələ ki, xəstəxanaya ödəniləcək pulla bağlı danışıq olmayıb, çünki xəstə evə çıxarkən artıq bu söhbətlər olur. 15 gün bundan öncə də bu cür maddi baxımdan problemimiz yaranmışdı. Azərbaycanlı ailələrdən birində uşaq yarımçıq doğulmuşdu və xəstəxanaya 18 min lirə ödəməli idik. Burada yardımsevər insanlar var ki, onların dəstəyi ilə maddi problemlərinin həll olunmasına çalışırıq. Bu ailəyə də mütəmadi ərzaq yardımı edilir. 9 nəfərlik ailə artıq 11 nəfər oldu və tələbatları da çox olacaq. Amma ailədən iki nəfər çalışanda ehtiyacları qarşılamaq olur. Həm xanım, həm də uşaqların atası bura kiçik yaşlarında valideynləri ilə birgə gəlib, burda tanış olub, evləniblər”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü