Modern.az

Bu ölkədə COVİD-19 qurbanlarının sayı 27 119-a çatdı

Bu ölkədə COVİD-19 qurbanlarının sayı 27 119-a çatdı

28 May 2020, 23:23

Son sutka ərzində İspaniyada daha 38 nəfər COVID-19-un qurbanı olub.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatında qeyd olunur.


Məlumata görə, son sutkada 182 nəfər koronavirusa yoluxub. Bununla da pandemiyanın başlanğıcından bəri virusa yoluxanların sayı 237 906-ya çatıb.

İndiyədək ölkədə ölənlərin sayı 27 119 nəfərdir.

Epidemiyanın əvvəlindən bu günədək 123 804 nəfər xəstəxanalara müraciət edib, onlardan 301-i son bir həftədə xəstəxanaya yerləşdirilənlərdir. İntensiv terapiya şöbəsinə indiyədək 11 389, bir həftədə isə 11 nəfər yerləşdirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir